MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


MÜHAZİRƏ 10. TAXIL VƏ UN MƏHSULLARININ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə140/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   136   137   138   139   140   141   142   143   ...   184
MÜHAZİRƏ 10. TAXIL VƏ UN MƏHSULLARININ 
MiKROBİOLOGiYASI, SANİTARİYA VƏ GİGİYENASI 
 
Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları 
Bitkilər  özlərinin  inkişaf  dövrünə  torpaqda  toxumun  cücərməsi  vaxtından 
başlayır.  Deməli,  mikroorqanizmlərin  bitki  səthinə,  sonra  isə  taxıla  düşməsinin 
ilkin mənbəyi torpaq hesab olunur. 
Torpaqlarda,  xüsusilə  münbitliyi  yüksək  olanlarda  kifayət  qədər  üzvi  və 
mineral maddələr, nəmlik və hava olur ki, bu da müxtəlif qrup mikroorqanizmlərin 
– göbələk, bakteriya və aktinomisetlərin inkişafı üçün əlverişli mühit yaradır. Çox 
zaman 1q torpaqda bir neçə milyona qədər mikroorqanizm olur. 
Torpaqlarda  mikroorqanizmlərin  tərkibi  müxtəlif  və  dəyişkəndir.  O,  torpağın 
növündən,  onun  becərmə  üsulundan,  gübrələrdən,  iqlim  şəraitindən,  havadan  və  bir 
çox  amillərdən  asılıdır.  Mikroorqanizmlərlə  bitkinin  kök  kütləsinin  olduğu  torpaq 
qatı,  «rizosfer»  xüsusilə  zəngindir.  Tədqiqatlar  göstərir  ki,  buğdanın,  qarğıdalının, 
günəbaxanın,  soyanın  və  digər  kənd  təsərrüfatı  bitkilərinin  rizosferində  olan 
mikrooranizmlərin  sayı  başqa  torpaqlara  müqayisədə  5-10  dəfə  çoxdur.  Rizosferdə 
mikroorqanizmlərin  güclü  inkişafı,  bitki  kökünün  onların  istifadə  edə  biləcəyi  qida 
maddələrini  –  şəkərləri,  amin  turşularını  və  digər  məhsulları  ifraz  etməsi  ilə 
əlaqədardır. 
Bitkilərin  rizosferində  çoxlu  miqdarda  spor  əmələgətirməyən  çöp  şəkilli 
Pseudomonas cinsli bakteriyalara təsadüf edilir. Az  miqdarda  müxtəlif süd turşusu, yağ 
turşusu, çürüdücü bakteriyalara da rast gəlinir. 
Çürüdücü  bakteriyalar  arasında  ən  çox  spor  əmələgətirən  çöplərə:  Bacillus 
mycoides, Bacillus mesentericus, Bacillus subtilis, Bacillus megatherium və başqa 
növlər müşahidə olunur. 
Bakteriyalardan  başqa,  rizosferin  mikrobiotasında  Penicillium,  Fusarium, 
Botrytis, Trichoderma cinslərinə aid olan göbələk nümayəndələri də tapılır.  
Adları  sayılmış  mikroorqanizm  qruplarının  əksəriyyəti    saprotrof  həyat  tərzi 
keçirirlər. 


161 
 
Bitkilərin  rizosferində  saprotroflərlə  yanaşı  bitkilərdə  müxtəlif  xəstəlik 
törədənlərə – fitoparazitlərə də rast gəlinə bilər. 
Vegetasiya  prosesində  kök  zonasında  olan  mikroorqanizmlərin  bir  hissəsi 
tədricən  bitkilərin  yerüstü  orqanlarına  keçir  və  bu  orqanlarda  inkişaf  etməkdə 
davam edir. 
Mikroorqanizmlər  əvvəlcə  gövdədə,  yarpaqda,  çiçəkdə  məskunlaşır,  sonra 
bitkilər  inkişaf  etdikcə  mikroorqanizmlər  yumurtalığa  və  yetişən  sünbülə,  qıcaya 
və başqa yerlərə keçir. 
Mikroorqanizmlər  bitkilərin  səthinə  qismən  küləklə,  tozla,  yağışla, 
həşəratlarla da aparılır. 
Bitkilərin səthində qida  maddələrin azlığı  ilə əlaqədar çox  məhdud  miqdarda 
spesifik mikroorqanizm növləri, başlıca olaraq bakteriyalar inkişaf edə bilər. 
Bitkilərin  epifit  mikroorqanizmləri  bitkilərin  səthində  yaşayan,  təbii  bitki 
toxumasının  ifrazatı  və  onda  olan  az  miqdar  çirkli  üzvi  birləşmələr  hesabına 
qidalanan  mikroorqanizmlər  epifit  adlanır.  Bu  mikroorqanizmlər  qlafdan  bitki 
hüceyrəsinə  daxil  olmaq  qabiliyyətinə  malik  olmur  və  bir  qayda  olaraq  bitkilərin 
inkişafına zərərli təsir etmirlər. 
Tipik epifitlərə spor əmələ gətirməyən, çöp şəkilli Pseudomonas cinsi, başlıca 
olaraq  Pseudomonas  herbicola  (ot  çöpləri)  və  Pseudomonas  flöoresceus  kim 
bakteriyalar aiddir. Pseudomonas herbicola çox xırda ölçülü (13 x 0,60,7 mkm), 
hərəkətli  çöplərdir.  Onlar  qram-mənfidir,  spor  əmələ  gətirmir,  aerobdur.  Ətli 
peptonlu aqarda dənəvər koloniya əmələ gətirir, əvvəlcə boza çalar, sonra tədricən 
qızılı-sarı  rəngli  olur.  Pseudomonas  flöoresceus  daha  xırda  ölçülü,  hərəkətli 
çöplərdir,  qram-mənfidir,  qidalı  mühitdə  bozvari  yaxud  rəngsiz  koloniya  verir, 
yaşıla  çalar,  sarı  flüoressensiyaedici  piqment  əmələ  gətirir  və  substrata  daxil  olub 
onu müvafiq rənglə rəngləyir. 
Onlardan  başqa  bitkilərin  səthində  və  yetişən  taxılda  müxtəlif  kokklar,  spor 
əmələ  gətirən  bakteriyalar,  həmçinin  bəzi  kif  göbələyinin  növlərinə  də  rast  gəlinə 
bilər. 


162 
 
Mikroorqanizmlərin  bir  qismi  qida  maddələrin  və  nəmliyin  çatışmaması 
nəticəsində sükut vəziyyətində olur. 
Epifit  mikrobiotanın  miqdar  və  növ  tərkibi  əhəmiyyətli  dərəcədə  havanın 
vəziyyətindən, başlıca olaraq havanın temperaturundan və nəmliyindən asılıdır. 
İsti nəmli havada bitkinin səthində tipik epifit  mikroorqanizmlər – spor əmələ 
gətirməyən  çöplər  və  kokklar  üstünlük  təşkil  edir.  Quru,  isti  havada  spor  əmələ 
gətirməyən  bakteriyalar  tamamilə  yox  olur,  yaxud  onların  miqdarı  əhəmiyyətli 
azalır,  onların  yerinə  spor  əmələ  gətirən  bakteriyalar,  başlıca  olaraq  Bacillus 
mesentericus, Bacillus subtilis, Bacillus mycoides meydana çıxır.  
Rütubətli, sərin havada xeyli miqdarda kif göbələkləri aşkar edilir. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  mikroorqanizmlər  bitkilərin  səthindən  tədricən 
yumurtalığa, sonra isə yetişən dənə keçir. Yetişmə artdıqca dəndə şəkərin  miqdarı 
azalır,  lakin  nişasta  və  hemisellülozanın  ehtiyatı  çoxalır,  fermentativ  proseslərin 
fəallığı  azalır,  kəskin  su  itkisi  gedir  (25%-ə  qədər  və  aşağı).  Bu  göstərilən 
dəyişiklik  nəticəsində  dən  mikroorqanizmlərin  inkişafı  üçün  bir  qədər  az  əlverişli 
substrata  çevrilir  və  onlardan  çoxu  quru  dəndə  müvəqqəti  həyat  fəaliyyətini 
dayandırır (anabioz). 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin