Qranozan (NİUİF-2) – ağ, boz və yaxud sarımtıl toz olub, kəskin xoşa
gəlməyən iyə malikdir. Qranozanda 2,0-2,5% təsiredici maddə etilmerkurxlorid
(C
2
H
5
HgCl) olur. Preparatın qalan kütləsi qatqı maddələridir. Çox zəhərlidir.
Formalin və digər preparatlarla müqayisədə daha effektli hesab edilir, belə ki,
toxumla keəçn bir çox xəstəlik törədiciləri əleyhinə geniş təsir dairəsinə malikdir.
Merkuran kombinə olunmuş preparat olub, qranozan və heksoxlorandan
(20%) ibarətdir. Xarici görünüşünə görə merkuran ağ, açıq-boz, yaxud sarı rəngli
tozdur. Qranozan kimi çox zəhərlidir.