şöbə sianobakteriyalar – göy-yaşıl yosunlar. Bunlara birhüceyrəli,
koloniya
halında
və
ya
sapşəkilli
müxtəlif
rəngli
yosunlar
aiddir.
Sianobakteriyaları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlərdən biri onların
qılafının daxili hissəsinin mursindən ibarət olması, lizosinə həssaslığı, nüvə
maddəsinin hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması,
mitoxondrii və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onları
prokariotlara daxil etməyə imkan verir. Bunlar avtotrof orqanizmlərdir.
Bu orqanizmlər şirin sularda, torpaqda, bəzən isə dənizlərdə yaşayırlar. Onlar
durğun sularda, nohurlarda, göllərdə və sakit axan çaylarda (plankton kimi) da
geniş yayılmışdır. Bu yosunlar adətən yay zamanı sürətlə inkişaf edərək suyu
bozumtul-göy rəngə boyayırlar. Göy-yaşıl yosunlar qeyri-əlverişli şəraitə çox
davamsız olub, qidalara az tələbkardır. Hindistanda, Yaponiyada, Çində bu
yosunlardan düyü əkinlərinin məhsuldarlığını artırmaq, yəni torpağı bu
orqanizmlərin hesabına azotla zənginləşdirmək üçün istifadə edilir. Bu yosunlar
üzvi maddələrlə zəngin olan çirkli sularda daha sürətlə çoxalırlar. Bunlar həddən
artıq çoxalmaqla su hövzələrində onurğasız heyvanların, balıqların tələf olmasına
səbəb olurlar.