I faza embrional inkişaf və ya laq faza ( böyünmənin dayanmsı)dövründəhüceyrələrdə fermentlər,nuklein turşuları və zülallar sizntez
olunur. Bu dövrdə hüceyrələr bölünmür, lakin mühitə uyğunlaşır. Onlar morfoloji
və və fizioloji dəyişkənliyə uğrayır, ölçüsü böyüyür və hüceyrələr bu dövrdə xarici
mühit amillərinə qarşı çox həssas olurlar.
II faza loqarifmik və ya eksponensial fazalaq fazanı əvəz edir. Bu dövrdə
hüceyrələr kifayət qədər qidalı maddələrlə təmin olunmuş, mühitdə isə hələlik
maddələr mübadiləsinin zərərli məhsulları toplanmışdır. Ona görə də bu fazada
hüceyrənin çoxalması hər növün özünə məxsus müddətdə eyni maksimal sürətlə
həndəsi proqreslə gedir, Qidalı maddələr sürətlə istifadə olunur. Lazımsız
metabolizm məhsulları toplanır, çoxalmanın zəifləməsi gedir. Bəzi hüceyrələr
bölünmədən qalır, hətta tək-tək tələf olan hüceyrələr də müşahidə olunur.