MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Mikroorqanizmlərin azotlu üzvi maddələri çevirməsi və onların əhəmiyyəti



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə52/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   48   49   50   51   52   53   54   55   ...   184
 
Mikroorqanizmlərin azotlu üzvi maddələri çevirməsi və onların əhəmiyyəti 
Azot  –  zülal  molekulunun  vacib  tərkib  hissəsidir.Təbiətdə  onun  əhəmiyyəti 
kifayət  qədər  çoxdur.Bitki  və  heyvan  qalıqları  formasında  torpağa  daxil  olan 
azotun  demək  olar  ki  hamısı,  azotlu  üzvi  birləşmələr  şəklindədir.Lakin  bitkilər 
azotu yalnız mineral birləşmələr formasında (ammonium nitrat və nitrat turşusunun 
duzlarışəklində)  istifadə  edirlər.Azotlu  üzvi  maddələr  bitkilər  tərəfindən  istifadə 
olunmaq üçün, əvvəlcəəsasən nitrat və ammonyak formasına çevrilməlidir.Onların 
bədənində azotdan, yenidən mürəkkəb zülal birləşmələri əmələ gəlir. 
Zülali maddələrdəki azotun mineral formaya çevrilməsi ammonifikasiya və ya 
çürümə adlanır.  Bu  proses  müxtəlif  bakteriyalar, aktinomisetlər  və kif  göbələkləri 
tərəfindən həyata keçirilir. Ammonifikasiya zülallar, amin turşuları, aminoşəkərlər, 
nuklein  turşuları,  aminlər,  amidlər,  fosfatidlər,  sidik  turşusu  kimi  müxtəlif 
quruluşlu azotlu birləşmələri çevrilməyə məruz qoyur. 
Üzvi azotun minerallaşmasının ilkin məhsulu ammonyak hesab olunur. 
Təbiətdə ammonyak əvvəlcə  nitritə, sonra  isə  nitrata kimi oksidləşir ki, buna 
da nitrifikasiya deyilir.Bu prosesi nitrifikasiyaedici bakteriyalar törədir. 
Nitratın  nitrit  turşusuna,  bəzən  isə  sərbəst  azota  kimi  reduksiya  olunması 
denitrifikasiya  adlanır.Bunların  hər  biri  müəyyən  qrup  mikroorqanizmlər 
tərəfindən həyata keçirilir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin