Molekulyar azotun fiksə olunması.Bizi əhatə edən atmosferin həcmcə 4/5
hissəsini (78%-ni) molekulyar azot təşkil edir.Lakin bitkilər nə atmosfer
azotundan və nə də torpaqda olan mürəkkəb azotlu birləşmələrdən olduğu kimi
istifadə edə bilmirlər.Yalnız azot fiksə edən mikroorqanizmlər adi şəraitdə
atmosfer azotundan istifadə edib, onu üzvi azotlu birləşmələrəçevirə bilir ki, bu
prosesin də torpağın münbitliyinin artırılmasında böyük əhəmiyyəti vardır.
Atmosfer azotunu fiksə edən mikroorqanizmlər əsasən iki qrupa
bölünürlər.Birinci qrupa paxla fəsiləsi bitkiləri ilə simbioz münasibətdə yaşayan və
köklərində kök yumrularıəmələ gətirən bakteriyalar aid edilir. İkinciyə – torpaqda
sərbəst yaşayan aerob Azotobacter-lər vəyağ turşusuna qıcqırma əmələ gətirən
anaerob Clostridium pasteurianum aiddir.