MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


MÜHAZIRE 4. PATOGEN MİKROORQANİZMLƏR, QİDA



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə58/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   54   55   56   57   58   59   60   61   ...   184
MÜHAZIRE 4. PATOGEN MİKROORQANİZMLƏR, QİDA 
XƏSTƏLİKLƏRİ VƏ ONLARIN MİKROBİOLOJİ ƏSASLARI 
İnfeksiyaların mənbələri və yoluxma yolları 
İnsan, heyvan və bitkilərdə müxtəlif xəstəlik əmələ gətirən mikroorqanizmlərə 
patogen  və  ya  xəstəlik  törədənlər  adı  verilir.  Patogen  mikroorqanizmlər  təbiətdə 
geniş  yayılmışdır  ki,  bu  da  onların  təkamül  prosesində  bitki,  heyvan  və  insan 
orqanizminə  uycunlaşaraq  onların  hesabına  yaşamaq  qabiliyyəti  qazanması  ilə 
əlaqədardır. 
Mikrobun  patogenliyi  onun  növ  əlamətidir.  Bununla  yanaşı,  digər  növlərin 
ayrı-ayrı  ştammları  az  və  ya  çox  patogen  olur.  Patogen  mikrobun  xəstəlik  törətmə 
qabiliyyətinin  dərəcəsinə  virulentlik  deyilir  ki,  bu  da  fərdi  əlamətdir.  Mikrobun 
virulentliyi  daimi  deyildir.  Mikrobun  virulentliyi  nə  qədər  yüksək  olarsa, 
mikroorqanizmi  yolux-durmaca  bir  o  qədər  az  miqdarda  mikrob  düşməsi  kifayət 
edir. Xəstə orqanizmdən yenicə ayrılmış patogen mikroblar çox virulent olur. 
Mikroorqanizmlərin müxtəlif ştammlarının virulentliyi minimum ölüm dozası 
ilə  müəyyən  edilir.  Ən  kiçik  ölüm  dozası  məlum  heyvanı  müəyyən  vaxt  ərzində 
öldürə  bilən  mikrobun  ən  az  miqdarına  deyilir.  Yüksək  virulentliyə  malik 
mikroblar  və  ya  onların  toksini  cüzi  miqdarda  belə  həssas  heyvanı  öldürür. 
Məsələn,  siçanlara  qarayara  çöplərinin  virulent  ştammlarını  daxil  etdikdə 
(0,0001ml) onlar tezliklə tələf olur. 
Virulentlik  patogen  mikrobların  fərdi  xüsusiyyəti  olub,  bir  çox  amillərlə 
əlaqədardır. Onlardan biri kapsula əmələ gətirməkdir ki, bu da, məsələn, insanlarda 
xəstəlik  törədən  patogenlərin  leykositlər  tərəfindən  udulmasına  və  qanın 
bakterisidlik  xüsusiyyətinə  mane  olur  və  beləliklə  bu  mikroblar  orqanizmlərdə 
çoxalaraq  müxtəlif  xəstəlik  törədirlər.  Həmin  amillərdən  digəri  mikrobun 
orqanizmə  daxil  olması  üçün  xüsusi  fermentlər  əmələ  gətirməsidir.  Bu 
fermentlərdən  biri  hialuronidaza  adlanır.  O,  birləşdirici  toxumaların  tərkib  hissəsi 
olan  Hialuron  turşusunu  parçalayaraq  toxumanın  keçiricilik  qabiliyyətini  artırır. 
Bununla əlaqədar bu fermentə invaziya və yayılma amili adı da verilir. 


75 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin