76
Mikrob qan vasitəsi ilə üzvlərə yayılmaqla bərabər, qanda və müxtəlif
toxumalarda artarsa, buna sepsis və ya septisemiya deyilir (qarayara, pasterelloz).
Bəzi patogen mikroblar orqanizmdə öz təsirlərini əsas ekzotoksigenləri
vasitəsilə təsir edirlər, bu da toksemiya adlanır (dovşancıq, botulizm, infeksion
enterotoksemiya və s.).
Patogen mikroblardan başqa orqanizmin müxtəlif boşluqlarında (tənəffüs,
həzm sistemi üzvləri, dəri örtüyü və s.) bir qrup mikroorqanizmlər də yaşayır ki,
bunlara şərti patogen mikroblar deyilir. Orqanizmin normal fizioloji yaşayışı
zamanı şərti patogen mikroblar xəstəlik törətməyərək saprotrof kimi yaşayırlar.
Lakin müxtəlif təsirlərdən orqanizmin normal fizioloji funksiyaları pozulduqda,
onlar patogenlik xassəsi qazanaraq xəstəlik törədirlər.
Dostları ilə paylaş: