İmmunitetin növləri. İmmunitet- mənşəyinə görə anadangəlmə və həyatda
qazanılma olur.
79
Anadangəlmə, təbii və ya irsi immunitet – orqanizmin genetik xüsusiyyəti ilə
əlaqədardır. Belə immunitet zamanı yalnız bir növə aid olan canlılar başqa
canlıların xəstəliklərinə tutulmur. Məsələn qaramal, insanların yoluxducu qarın
yatalağı ilə, insanlar isə heç vaxt toyuq vəbası ilə xəstələnmirlər. Belə bir
immunitet anadangəlmə olub, irsi xarakter daşıyır və növün bioloji
xüsusiyyətlərindən asılı olaraq, bu nəsildən-nəslə keçir.
İnsan öz həyatı boyu müxtəlif yollarla immunitet qazana bilir, lakin belə
immunitet nəslən keçmir. Belə qazanılan immunitet, təbii immunitetin əksinə
olaraq doculduqdan sonra həyatda qazanılır ki, bu da iki yolla meydana çıxır: təbii
qazanılma və süni qazanılma ilə o, müəyyən bir xəstəliyi keçirdikdən sonra
yaranan immunitet təbii qazanılmış immunitet adlanır. Çiçək, qızılca və s.
yoluxmalarla xəstələnmiş insanlarda möhkəm və ya daimi immunitetlər yaranır və
ona görə də insan bu xəstəliklərlə ikinci dəfə xəstələnmir. Deməli, keçirilən
xəstəlikdən sonra əldə edilən immunitet təbii qazanılan immunitetdir. Elə
xəstəliklər də vardır ki, bunlardan sonra əmələ gələn immunitet tezliklə itir, yəni
müvəqqəti olur. Ona görə də qanlı ishal, süzənək, siflis, qrip kimi xəstəliklər təkrar
olunur.
Süni qazanılan immunitet insan müdaxiləsi ilə, yəni orqanizmə müxtəlif
peyvəndlər etmə yolu ilə də əldə edilə bilir. Bunun da iki növü vardır: fəal və
qeyri-fəal.
Peyvəndləmə (aşılama) vasitəsilə – öldürülmüş və ya diri vaksinlə əldə edilən
immunitetə fəal immunitet adı verilir, çünki burada orqanizmin özü bilavasitə iştirak
edir. Bu zaman orqanizmdə immun maddələr yaranır. Belə immunitet uzun
müddətlidir. Qeyri-fəal immunitetdə isə immun maddələr orqanizmə hazır şəkildə
zərdabla birlikdə daxil edilir. Deməli, orqanizm özü anticisimciklər əmələ gətirmir və
fəaldan fərqli olaraq bu immunitet tez meydana gəlib (zərdab vurduqdan 1-2 saat
sonra) 15-20 günə qədər davam edə bilər.
İnfeksion xəstəliklərin profilaktika və müalicəsində spesifik vaksin və
serumlardan geniş istifadə edilir. Vaksin və serumları orqanizmə yeritdikdə üzv və
toxumalarda həmin mikroba və ya virusa qarşı immunitet yaranır.
80
Orqanizmə vaksinlərin parenterial yolla yeridilməsi fəal immuni-zasiya,
serumların yeridilməsi isə qeyri-fəal immunizasiya adlanır.
Dostları ilə paylaş: |