Qida xəstəlikləri və onların mikrobioloji əsasları Toksiki mikroorqanizmlərlə qidanın yoluxması nəticəsində (qidalanma) əmələ
gələn xəstəliyə qida xəstəliyi deyilir. Bu mikroorqanizmlər qidalara müxtəlif
yollarla daxil olur. Onlar qida məhsulunu hazırlayan işçinin əli ilə, havadan tozla,
çirklənmiş su ilə daxil ola bilər. Bir çox məhsullarla (məsələn, ət, süd) xəstə
heyvanlardan da toksiki mikroorqanizmlər keçə bilər.
Ərzaq məhsullarının tədarükü və saxlanması ilə məşcul olan şəxslər qida
xəstəliklərinin yayılma şəraiti, onun baş vermə səbəbləri və ona qarşı mübarizə
tədbirləri ilə tanış olmalıdırlar. Qida xəstəlikləri əmələ gəlməsinə və əlamətlərinə
görə iki qrupa bölünür: qida infeksiyası və qida zəhərlənməsinə.