MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə56/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   52   53   54   55   56   57   58   59   ...   184
Kök yumruları bakteriyaları.Rus alimi M.S.Voroninin (1866) tədqiqatları ilə 
məlum olmuşdur ki, paxlalı bitkilərin kökündə olan yumrularda çöpvari bakteriyalar 
vardır.M.S.Voronin  həmin  bakteriyaların  morfologiyasını  vəölçülərini  təsvir  etmiş 
və  bunların  yumru  əmələ  gəlməyə  səbəb  olduqlarını  göstərmişdir.Sonralar  bu 
bitkilərin  havada  olan  azotu  fiksə  etməsi,  alman  alimləri  H.Hezrigel  və  H.Vilfab 
(1886) tərəfindən təcrübələrlə isbat edilmişdir. 
1886-cı ildə, bu bakteriyalar M.Beyerinq tərəfindən təmiz kultura halında əldə 
edilmiş  və  ətraflı  öyrənilmişdir.  O,  sübut  etmişdir  ki  kök  yumrularında  olan 
bakteriyalar  molekulyar  azotu  təmiz  kulturada  deyil,  yalnız  bitki  ilə  simbioz 
münasibətdə fiksə edir. 
Kök  yumruları  bakteriyaları  qram-mənfi,  hərəkətli,  spor  əmələ  gətirməyən 
xırda çöplərdir (1,2-3 mkm). 
Torpaqda  kök  yumruları  bakteriyalarının  fəal,  qeyri-fəal  formalıştammlarına 
təsadüf  olunur.Fəal  ştamlarıəsasən  çəhrayı  rəngli  yumrular  əmələ  gətirib,  atmosfer 


72 
 
azotunu  fəal  fiksə edir.Qeyri-fəal ştamları  isə bitkinin bütün kök sistemindəçox  xırda, 
yaşıl  rəngli  yumrular  əmələ  gətirir.  Kök  yumruları  bakteriyaları  neytral  mühitli  (pH-
6,5-7,5), bitki əkilən torpaqlarda 24-26°C temperaturada daha sürətləçoxalırlar. 
Kök yumruları bakteriyalarının aşağıdakı növləri torpaqda geniş yayılmışdır:  
1)  Rhiz.trifoli – üçyarpaq yonca bitkisinin kökündə yaşayır; 
2) Rhiz.coponicum – soya bitkisinin kökündə yumrular əmələ gətirir; 
3) Rhiz.phaseoli – lobya bitkisinin köklərində yaşayır; 
4) Rhiz.meliloti – yonca və xəşənbül bitkisinin kökündə yumrular əmələ gətirir; 
5) Rhiz.simplex – xana bitkisində yaşayır; 
6) Rhiz.leguminosarum – noxudda yaşayır; 
7) Rhiz.lupini – acı paxlada yaşayır; 
8)  Rhiz.ornithopi – saradel bitki kökündə yaşayır; 
9) Rhiz.pschati – iydə bitkisinin kökündə yaşayır. 
Bitki 
köklərinə 
daxil 
olmuş 
bakteriyalar 
paxlalı 
simbioz 
münasibətdədir.Bitkilər  bakteriyaları  azotsuz  üzvi  maddələrlə  (şəkərlərlə),  su  və 
mineral  duzlarla,  bakteriyalar  isə  bitkiləri  atmosferdən  fiksə  edib,  üzvi  azotlu 
birləşmələrəçevirdiyi  maddələrlə  təmin  edir.Hesablamalar  göstərir  ki,  kök 
yumruları  bakteriyalarının  fəaliyyəti  nəticəsində  torpağın  hər  hektar  əkin  qatı  100 
kq-a qədər azotlu üzvi maddələr ala bilir. 
Kənd  təsərrüfatında torpaqların  məhsuldarlığını artırmaq  üçün kök  yumruları 
bakteriyalarından hazırlanmış bakterial gübrə – nitragindən geniş istifadə edilir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin