Azotobakterlər torpaqda sərbəst yaşayırlar. Bunlar 1901-ci ildə, Hollandiya
alimi M.B.Beyerinq tərəfindən bağça torpaqlarından ayrılıb, təmiz kultura halında
əldə edilmişdir. Azotobakterin torpaqda yayılmış növləri, bir-birindən morfoloji,
kultural və fizioloji xüsusiyyətləri ilə fərqlənir. Bunların bütün növləri aerobdur.
İnkişaflarının ilk dövrlərində iri, yoğun çöpvari formada olub, hərəkətlidir.
Hüceyrə yaşlandıqdan sonra hərəkətini itirib, üzərləri kapsula iləəhatə olunur.
Bunlar karbon və enercini müxtəlif üzvi birləşmələrdən – şəkərlərdən, spirtlərdən,
üzvi turşulardan alırlar. Bunların inkişafıüçün 28-30°C temperatura, oksigenli
şərait, pH=7,2-8,0, mühitdə kalsium, fosfor duzları, mikroelementlər və normal
73
rütubət olmalıdır. Azotobakterlərin torpaqda aşağıdakı növləri yayılmışdır:
Azotobacter
chroococeum,
Azot.agile,
Azot.vinelandiv,
Azot.nigericans,
Azot.golophilum.
Clostridium pasterianum-un azot fiksə etməsi.Torpaqda sərbəst yaşayan və
atmosfer azotunu fiksə edən növlərdən biri də 1895-ci ildə S.N.Vinoqradski
tərəfindən təmiz kulturaya çıxarılıb, öyrənilmiş Clostridium pasterianum-dur.
Bunlar çöpvari formaya malikdirlər, uzunluqları 2,5-7,5 mkm-dir. Bu bakteriyalar
qram-müsbət, obliqat anaerobdurlar. Mühitdə pH=5,5-8,0 olduqda onlar 25°C
temperaturada yaxşı inkişaf edirlər.
|