Profilaktika və mübarizə tədbirləri
. Dikroselioza qarşı əsasən sanitar-baytarlıq tədbirlərinin
aparılması məsləhət bilinir: xəstəliyə tutulmuş heyvanların müalicəsi, heyvan peyininin biotermiki üsulla
(5-60
0
C-də) zərərsizləşdirilməsi, torpaqüstü molyuskların mexaniki və bioloji üsullarla tələf edilməsi.
Abşeron bağlarında ənciri, üzümü qarışqalardan təmizləmək məqsədi ilə onları su ilə dolu qabda bir neçə
dəfə çalxalamaq, suyu dəyişdirdikdən tam yuyulduqdan sonra istifadə olar. Torpağın kimyəvi preparatlarla
dehelmintazasiyası, qarışqa yuvalarının kütləvi dağıdılması və 2,5%-li XKT insektisdin emulyasiya ilə
dezinseksiya edilməsi məsləhət görülür.
1 nömrəli Bakı Tibb Kolleci
86
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 41
Şistosomozlar
Törədiciləri şistosomozlardır
. Yastı sorucu qurdlardır. Uzunlugu 4-20mm dir. İnsanda 3
növü müşahidə edilir:
1-
qan şistosomozları (şistoma hemasobium). Bunlar sidik cinsiyyət orqanlarının, qan damarlarında
parazitlik edir. Yumurtaları iri rəngsiz oval formadadır.
2-
manson şistosomozları(şistoma mansoni).Bunlar qarın boşluğu və yoğun bağırsağın venasında
parazitlik edir. Yumurtaları iri sarı rəngli uzunsov oval formadadır.
3-
yapon şistosomozları(şistoma yaponium). Bunlar qarın boşluğu və yoğun bağırsağın venalarında
parazitlik edir. Yumurtaları oval formada digərlərinə nisbətən kiçik olur. Qarıncıqları da var.
Törədiciləri orqanizmə dəridən daxil olaraq qan damarlarına keçir, buradan isə sidik kisəsi, bağırsaq
və qarın boşluğu venalarında toplanır və törədicilər orqanizmdə 10 illərlə yaşayıb yetkinlik mərhələsinə
çevrilir.
Klinikası
- xəstəliyin ilk fazasında öskürək, qatı bəlğəm, əzələ oynaqlarda ağrı olur ,daha sonra
qaraciyər, dalaq, limfa vəzilərinin böyüməsi müşahidə edilir. Bu faza 1-2 həftə çəkir. Daha sonra
sidikdə, nəcisdə qan müşahidə edilir. Xəstəliyin manson və yapon tipində isə qaraciyər böyümüş olur.
Diaqnostika
- törədicilər nəcis və sidikdə tapılır. Xəstəliyin 10-14-cü günü xəstə orqanizmindən
yumurtalar daha çox xaric olur. Diaqnoz qoymaq üçün nəcisdən yaxma götürmək üçün kato metodu ilə
diaqnoz dəqiqləşdirilir. Xəstəlik ən çox Afrika, C.Ş.Asiya və Latın Amerikasında
təsadüf edilir.
Profilaktikası
- çalışmaq lazımdır ki, şistosomozlar təsadüf edilə biləcək su hövzələrindən
isdifadə edilməsin. Bu məqsədlə həmin su hövzələri üzərində nəzarət güclənməsi və ümumiyyətlə
kanalizasiya sularının təmizlənmədən, su hövzələrinə axıdılmasının qarşısı alınmalıdır.
1 nömrəli Bakı Tibb Kolleci
87
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 42
Difillobotrioz
Enli lent qurd
– Diphyllobotrium latum–ilk dəfə 1778-ci ildə K.Linney tərəfindən təsvir edilib.
Quruluşu.
İnsanın orqanizmində parazitlik edən ən iri qurddur, onun uzunluğu 10 m-ə qədər,
bəzən daha çox olur. Baş və ya skoleks 3-5 mm ölçüdə olub, uzunsov-oval formadadır. Başın ensiz
tərəfində 2 uzununa sorucu yarığa (botrilərə) malikdir ki, enli lent qurd bu yarıqlarla bağırsaq divarına
yapışır.
Bədən (strobila) eni uzunundan böyük olan çoxlu buğumlardan ibarətdir və buna görə də ona enli
lent qurd deyilir. Yetişmiş buğumların mərkəzində çətir şəklində tünd ləkə-uşaqlıq görünür. Uşaqlıq
yumurta ilə doludur.
Enli lent qurdun yumurtası nisbətən iridir– uzunluğu 75 mkm-ə qədərdir. Bir enli lent qurd hər gün
bir neçə milyon yumurta xaric edir.
Həyat dövrəsi.
Enli lent qurd insan, it, pişik, donuz və balıqyeyən bəzi vəhşi heyvanların nazik
bağırsağında parazitlik edir. Yumurta ifrazatla xaric olur və sonrakı inkişafı üçün suya düşməlidir. Orada
yumurtadan sürfə yetişir (korasid). Sürfə girdə formada olub, kipriklərlə örtülüdür. Korasidlər şirin su
xərçəngləri – sikloplar tərəfindən udulur, bu sonuncular isə balıglar tərəfindən udulur. Balığın bədənində
sürfələr ( bu andan etibarən ona pleroserkoidlər deyilir) əzələ və daxili orqanlarda, xüsusən kürüdə
toplanırlar. Ən çox durna balığı, xanı balığı yoluxur. Pleroserkoidlərin ağ- süd rəngli, 1-25 mm ölçülü,
botriyaları olan başı var. Bədən buğumlara bölünməyib, lakin büküşlərlə örtülüdür, kiprikləri (xovları) və
kapsulu yoxdur. Kifayət qədər qaynadılmamış balıqdan, az duzlu kürüdən qida kimi istifadə etdikdə insan
bağırsağında sürfə 2 ay müddətində yaşlı qurda çevrilir. Parazitin ömrü 10 ilə çatır. İnsan qağayı enli qurdu
ilə də yoluxa bilər.
Klinika.
Enli lent qurd difillobotrioz xəstəliyinin törədicisidir. Xəstəlik adətən, gizli
simptomlarla gedir: zəiflik, başgicəllənmə, ürəkbulanma, nəcisin pozğunluğu, qarında ağrılar. Bəzi
xəstələrdə anemiya inkişaf edir.
Diaqnoz.
Nəcisdə enli lent qurdun yumurtasının təyininə əsaslanıb. Ən effektiv üsul Kato
üsuludur. Çox zaman xəstələrdən strobila parçaları nəcislə xaric olur ki, bunu sorğu ilə və ya baxışla
öyrənməklə yoluxmuş şəxsləri aşkar etmək olar.
Profilaktika.
Balıqcıqlar, su nəqliyyatı işiləri, sahil qəsəbəsi sakinləri laborator müayinə
olunurlar və aşkar edilən xəstələr mütləq müalicə edilirlər. İldə 3 dəfə hər növdən 15 ədəd olmaqla təbii
su hövzələrindən balıq tutulub müayinə olunur. Əhali arasında təbliğ etmək lazımdır ki, balığı termik
emaldan bu cür keçirsinlər: lay-lay (qat-qat) tikələri (çəkisi 100 qrama qədər) 25 dəqiqədən az olmayaraq
qızartmalı və ya qaynadıldıqdan sonra azı 20 dəq olmaqla suda bişirməli. Yaşayış yerlərinin sanitar abadlığı
və su hövzələrinin nəcislə çirklənməsinin qarşısının alınması böyük əhəmiyyət kəsb edir.
1 nömrəli Bakı Tibb Kolleci
88
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 43
Himenolepidoz
Cırtdan qurd (Himenolepis nana) 0,5-5 sm uzunluğunda helmintdir. Lentşəkilli bədəni (strobila)
boyun və baş hissədən ibarətdir. Başda olan 4 sormac və tacşəkilli 20 -30 qarmaqlarla o, bağırsaq divarına
yapışır. Strobila ağ rəngdə olub, çox zərif və asan qopandır. Çoxlu miqdarda kiçik buğumlardan təşkil
olunmuşdur. Sonuncu yetkin buğumlar yumurta ilə doludur və hələ bağırsaqda ikən dağıldıqda
yumurtalar ifrazata qarışır. Yumurta oval və ya dairəvi formalı, şəffaf, rəngsizdir. Nazik, 2 konturlu
qişaya malikdir. Onkosferlər (rüşeymlər) girdə, şəffaf, rəngsiz olub, yumurtanın mərkəzi hissəsini
tuturlar. Onların nazik qişası və 3 cüt qarmağı vardır. Onkosferin hər qütbündən 6 sap gedir ki, onlar da
rüşeymi yumurtanın mərkəzində saxlayırlar.
Həyat dövrəsi
: Cırtdan qurd insanın nazik bağırsağında, bəzən gəmiricilərin bağırsağında
parazitlik edir. Bir insanda yüzlərlə, bəzən minlərlə fərd ola bilər. Yoluxmuş insan nəcisi ilə yumurta
xaric olur. Şəxsi gigiyena qaydaları pozulduqda yumurtalar qapı dəstəklərinə, oyuncaqlara və s. düşür,
buradan çirkli əllərlə və milçəklər çirkləndirmiş qida vasitəsilə ağıza düşür. Sonrakı mərhələdə
onkosferlər qişadan azad olur və bağırsaq xovlarına daxil olurlar. Xovlarda sürfələrə çevrilirlər
(sistiserkoidlər). Onlar bağırsaq xovunu 4-6 sutkadan sonra dağıdaraq bağırsaq boşluğuna düşürlər. Sonra
bağırsaq divarına yapışır və 1 həftə ərzində yaşlı qurda çevrilirlər. Yumurta bağırsaq boşluğuna bilavasitə,
qurdun buğumundan da düşə bilər. Buna görə də bir çox hallarda bağırsaq daxili
«özünüyoluxdurma» (autoinvaziya) və ya daha dəqiq desək «təkrari özünüyoluxdurma» -
autosuperinvaziya baş verir. Bu, yumurta ətraf mühitə çıxmadan baş verir.
Klinik şəkli.
Cırtdan qurd himenolepidoz xəstəliyi törədir. O, həzm və sinir sistemi pozğunluqları
ilə xarakterizə olunur. Bağırsaq zədələndikdə qarında müxtəlif xarakterli ağrılar, davamsız nəcis,
ürəkbulanma, iştahın azalması müşahidə olunur. Sinir sistemi zədələndikdə baş ağrıları, əsəbilik, diqqət
və yaddaş zəifliyi baş verir. Allergiya konyunktivit, rinit, qaşınan səpkilər və
s. şəklində meydana çıxır.
Diaqnoz.
Əsas üsul yumurtaların təyini üçün nəcisin mikroskopiya üsuludur. Yumurtalar ətraf
mühitdə tez məhv olduqlarından mikroskopiya üçün götürülən nəcis 1 neçə saat ərzində müayinə
olunmalıdır. Bu səbəbdən quru nəcisin müayinəsinin mənası yoxdur. Laborator diaqnostikanın effektliyi
üçün müayinədən əvvəlki gün axşam 0,5-1 q dozada fenasal işlədici ilə birgə verilir. Analiz üçün nəcis
səhər götürülür. Fenasal qurdun strobilasını dağıdır və nəticədə çoxlu miqdarda yumurta bağırsaq
boşluğuna düşür və nəcislə xaric olur. Laborator diaqnostika zamanı periodikliyi nəzərə almaq lazımdır.
Buna görə də 5- 7 gün fasilə ilə 3 qat müaiynə məsləhət görülür. Əgər müalicədən sonrakı 6 ay ərzində
4-6 analiz zamanı, nəcisdə yumurta tapılmırsa, onda belə şəxs müalicə olunmuş sayılır. Himenolepidozun
davamlı hallarında dispanser müşahidə 1 ilə qədər uzadılır. Yoxlama analizlərin sayı 8-10-a çatdırılır.
Profilaktika və mübarizə tədbirləri
. Himenolepidoz hər yerdə yayılmışdır. Ən çox uşaqlar
yoluxurlar. Uşaq, məktəbəqədər və məktəb (1-4-cü siniflər) uşaqları və işçiləri ildə 1 dəfə laborator
müayinədən keçirlər. Himenolepidozlu xəstələrin aşkarı üçün ailənin bütün üzvləri müayinə olunmalıdır.
Müalicə- profilaktika tədbirləri yoluxmuşun getdiyi uşaq müəssisəsində və ailəsində eyni vaxtda
aparılmalıdır.
Dehelmintizasiya dövründə sanitar rejimin tələblərinə ciddi əməl olunmalıdır. Uşaqlar şəxsi
gigiyena qaydalarına əməl etməlidir. Ayaqyolu, qapı cəftələri, su kranları qaynanmış su ilə işlənilir. Nəcis
xlorlu əhənglə və ya 1 saat qaynadılmaqla zərərsizləşdirilir. Uşaqlara asanlıqla yuyulan oyuncaqlardan
istifadə etmək məsləhət görülür. Cırtdan qurd ilə yoluxmuş qida müəssisəsi işçiləri müalicə dövründə
işdən azad olunurlar.
1 nömrəli Bakı Tibb Kolleci
89
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 44
Sestodlar sinfi: Teniarinxoz və Tenioz
Öküz soliteri (teniyası) – Taeniarhynchus saginatus -
Uzunluğu 5-6 m və daha çox olur.
Baş dəyirmi formalı, 1-2 mm diametrli olub, 4 sormacı var. Nazik boyun inkiaf zonası olub bədənə keçir.
Bədən çoxlu (1000-2000-ə qədər) buğumdan ibarətdir. Bədənin başlanğıc hissəsində olan gənc buğumlar
(strobilalar) təxminən kvadrat formadadaır, hermafroditdirlər. Bədənin sonundakı yaşlı (yetkin)
buğumların uşaqlığı var. Uşaqlıq 18-36 yan şaxələrə malikdir və içərisi 150 000-ə qədər yumurta ilə
doludur. Sonuncu buğumlar yetişmə dərəcəsinə müvafiq olaraq strobiladan qopurlar və aktiv hərəkətləri
nəticəsində bağırsaqdan xaricə çıxırlar. Baxmayaraq ki, hər gün 6 -8 və daha çox buğum ayrılır, soliterin
uzunluğu dəyişmir, çünkli inkişaf zonalarında yeni buğumlar əmələ gəlir. Öküz soliterinin ömrü 20 ilə
qədər, bəzən daha çoxdur.
Yumurta dəyirmi və ya oval formalı olub, rəngsizdir. Daxilində rüşeym (onkosfer) yerləşir.
Rüşeym 3 cüt qarmağa malikdir. Xaric olan yumurtanın qişası çox tez dağılır. Buna görə də
mikroskopiyada adətən yalnız onkosferlər görünür. Bəzən yumurtanın dağılan qişasının qalıqları da
görünür.
Həyat dövrəsi
. Öküz soliteri insanın nazik bağırsağında parazitlik edir. Buğumlar nəcislə və ya
aktiv surətdə özləri düz bağırsaqdan xaricə çıxırlar. Buğum dağıldıqda yumurtanın bir hissəsi nəcislə
xaric olur. Ətraf mühitə buğumlar və ya nəcis düşdükdə torpaq, ot, küləş, heyvan saxlanan yer, heyvan
otarılan yer onkosferlə kütləvi şəkildə çirklənir. Çirklənmiş yemlə onkosfer iribuynuzlu mal- qaranın
orqanizminə düşür, əzələlərə çökür və sürfəyə çevrilir (finnalar və ya sistiserklər). Finnalar 0,5 sm-ə qədər
ölçülü, ağ rəngli, qovuğdur. İçərisindəki şəffaf mayedə baş ağ nöqtə şəklində görünür. Başın quruluşu
yaşlı soliterin quruluşu kimidir. Heyvanın bədənində finnalar 1 -2 il qala bilər, sonra məhv olurlar. İnsan
yaxşı bişməmiş və ya çiy finnalı ətdən istifadə etdikdə yoluxur. Finnalar kababda, kifayət qədər
qaynadılmamış ətdə, az dondurulmuş ətdə, inək farşında (insanlar onu çiy yeyir və ya tamına baxırlar) qala
bilər.
İnsanın nazik bağırsağında finnanın başı bağırsaq divarına yapışır və artıq 3 aydan sonra yaşlı, cinsi
yetkin parazitə çevrilir.
Klinika və diaqnoz
. Öküz soliteri ilə yoluxma teniarinxoz xəstəliyi törədir. Xəstəni qarındakı
ağrılar, bağırsaq pozğunluğu, iştahın dəyişməsi, baş ağrıları narahat edir, mədə turşuluğu azalır.
Buğumların aktiv xaric olmasının sorğusu ən sadə diaqnostika üsuludur. Demək olar ki, bütün
xəstələrdə bu hala rast gəlinir. Sorğunun səmərəliliyini artırmaq üçün buğumun preparatı göstərilir.
Sorğu müsbət olduqda xaric olan buğumları laboratoriyaya gətirmək təklif olunur və burada diaqnoz
dəqiqləşdirilir. Bəzi şəxslər, məsələn: uşaqlar, yeniyetmələr, qocalar, qida müəssisəsi işçiləri,
heyvandarlar buğumların xaricolma faktını tibb işçilərindən gizlədə bilərlər. Laborator üsullardan
anusətrafı hissədən alınmış qaşıntının mikroskopiyası, sadə yaxma, qalın yaxma, Kato, zənginləşdirmə
üsulları işlədilməsinə baxmayaraq, onkosferlər nəcisdə həmişə tapılmır.
Müalicə:
fenasal ilə aparılır.
Profilaktika və mübarizə tədbirləri
- Teniarinxozla mübarizədə əsas məsələ xəstələrin aşkar
edilməsi və mütləq dehelmintizasiasıdır. Xəstəlikdən sağalmış şəxsi 6 ay dispanser müşahidədə
saxlayırlar. Xəstələrin aşkar edilməsi üçün hər il tibb müəsisələri tərəfindən əhali arasında, xüsusən
maldarlar və mal-qara saxlayanlar arasında sorğu keçirilir.
Kompleks profilaktik tədbirlər
. Ferma və çəxsi həyət evləri olan yerdə ayaqyolu tikilməsi,
mal-qaranın yeminin nəcislə çirklənməsinin qarşısının alınması, həyətdə mal-qara kəsilməsinə icazə
verilməməsi, ətin sanitar-baytar ekspertizası, əhali arasında sanitar- maarifi işi, ət və ət məhsullarının
ciddi termik emalı (nəzərə almalı ki, finnalar 120
0
C temperaturda. dondurulmuş ətdə və 2 saat qaynadılmış
ətdə məhv olurlar.
1 nömrəli Bakı Tibb Kolleci
90
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 45
Tenioz
Donuz soliteri (Taenia solium
) - Xarici görünüşcə öküz soliterinə oxşayır, lakin uzunluğu 3
m-dən çox olmur. Başda 4 sormacdan başqa 22-32 ədəd qarmaq olur. Uşaqlıq 8-12 yan şaxəyə malikdir
və içərisində 50000-ə qədər yumurta olur. Buğumlar aktiv hərəkətə malik deyil.
Həyat dövrəsi.
Donuz soliteri insanın nazik bağırsağında bir neçə il parazitlik edir. Buğumlar
ətraf mühitə nəcislə xaric olur.
Əgər onkosferlər donuzlar tərəfindən udularsa (çirkli yem və ya xəstə insan nəcisi yedikdə),
donuzun əzələlərində 2-2,5 ay ərzində finnalar inkişaf edir. Bu finnalar öküz soliteri finnalarını
xatırladır.
İnsan kifayət qədər termik emaldan keçməmiş finnozlu ətdən qida kimi istifadə etdikdə yoluxur.
Bəzi hallarda insan onkosferlə yoluxa bilər. Xəstədən ağıza düşməklə və autoinvaziya yolu ilə qusma
zamanı onkosfer bağırsaqdan mədəyə düşdükdə, həmçinin yuyulmamış tərəvəzdən (əgər onun əkildiyi
torpağa gübrə kimi zərərsizləşdirilməmiş bərk və ya maye tullantı istifadə edilmişsə) qida kimi istifadə
etdikdə yoluxma baş verə bilər. Donuz onkosferləri ilə yoluxma nəticəsində insanın dərisi altında,
əzələlərdə, gözdə, baş beyində finnalar (sistiserklər) əmələ gəlir və bu zaman ağır xəstəlik - sistiserkoz
törənir. Sisterklər içərisi şəffaf maye ilə dolu 1,5 sm-ə qədər diametrli şəffaf qovluqlardır. Sistiserklər 2-
4 ay ərzində formalaşır. İnsan orqanizmində sistiserklər bir neçə il yaşayır, sonra ölür və daşlaşır.
Klinika və diaqnoz
: Donuz soliteri tenioz xəstəliyi törədir. Diaqnostika məqsədilə nəcisdə
buğumlara baxır və nəcis mikroskopiya edilir.
Buğumda uşaqlığın çıxacağı yoxdur, buğumlar passiv olaraq xaric olurlar.Nəcisdə yumurta və
onkosferi tapmaq çətindir (teniarinxozda olduğundan da). Buna görə də tenioza şübhə olduqda buğumların
nəcislə düşməsini soruşmalı (sorğu üsulu). Nəcis bir neçə dəfə müayinə olunmalıdır. Yadda saxlamaq
lazımdır ki, öküz və donuz soliteri onkosferləri bir-birindən seçilmir. Bu halda laborator cavabda
göstərirlər ki, teniid onkosferləri tapıldı (hər iki soliter teniidlər ailəsinə aid olduğundan). Müvafiq olaraq
xəstəlik də teniidoz adlandırılır. Buğumların xaricolma xarakterinə və quruluşuna görə (buğumu 2 əşya
şüşəsi arasında sıxır və uşaqlığın yan şaxələrini sayırlar) adətən teniarinxozu teniozdan ayırmaq mümkün
olur. Son diaqnoz həmçinin dehelmintizasiya zamanı alınan başın öyrənilməsi ilə qoyula bilər. Sistiserkoz
diaqnozu klinik, rentgenoloji və laborator məlumatlara əsasən qoyulur.
Müalicə:
vermoks, erkək ayıdöşəyi ekstraktı işlədilir.
Profilaktika və mübarizə tədbirləri
: Aşkar edilmiş xəstələr mütləq müalicə olunmalıdır.
Şəxsi gigiyenaya ciddi əməl edilməlidir (həmçinin laborantlar tərəfindən onkosferlə yoluxmanın qarşısını
almaq üçün). Elə etmək lazımdır ki, ətraf mühit insan nəcisi ilə çirklənməsin və donuzlar həmin çirkli
yerə buraxılmasın. Donuzların qapalı saxlanması məsləhət görülür. Əhaliyə izah edilir ki, donuzların baytar
nəzarəti olmadan kəsilməsi qorxuludur. Baytar nəzarətindən keçməyən ət ciddi qaynadılmalıdır.
1 nömrəli Bakı Tibb Kolleci
91
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 46
Sestodlar sinfi: Exinokokk və Alvekokk
Sestodlar (Cestoda) -
Yastı, lentvari bədənə (strobila) malik olub, buğumlardan (proqlotidd)
ibarətdir. Bədən uzunluğu və buğumların sayı müxtəlif nümayəndələrdə müxtəlifdir. Baş və ya skoleks
sormaclarla təchiz olunub, bəzi növlərində əlavə olaraq qarmaqla (teniyalar dəstəsi) və ya sorucu yarıqla
– botriya ilə (lent qurdlar dəstəsi) təchiz olunublar. Həzm, qan dövranı və tənəffüs sistemi yoxdur. Bütün
sestodlar hermafroditdir və çoxu biohelmintdir.
Exinokokk (Echinococcus granulosus)
0,5 sm-ə qədər ölçülü, ağ rəngli kiçik sestoddur.
Bədəni lentşəkilli olub, bir neçə buğumdan ibarətdir. Sonuncu buğum yetişmiş buğumdur və ıçərisində
800- ə qədər yumurta olur. Uşaqlığın yan şaxəsi var.
Həyat dövrəsi.
Exinokokk itin (az hallarda canavarın, tülkünün, çaqqalın) bağırsağında parazitlik
edir. Exinokokk buğumları heyvan nəcisi ilə və həm də aktiv surətdə özü bağırsaqdan çıxaraq heyvanın
yununu, suyu, torpağı və s. exinokokk onkosferləri ilə çirkləndirir.
Onkosferlər ətraf mühitdə yaxşı qalırlar. Su və yemlə onlar kənd təsərrüfatı heyvanlarının
bağırsağına düşür. Burada onkosferdən çıxan sürfələr qaraciyərə daxil olurlar. Burada onlar böyüyür,
exinokokk qovuğuna çevrilir (ölçüsü 10-20 sm diametrə çata bilər). Çox zaman bir heyvanda qaraciyər və
ağciyərlərin çoxlu exinokokk qovuqları ilə zədələnməsi rast gəlir. Qovuq exinokokkun sürfə mərhələsi
olub, içərisi şəffaf, rəngsiz maye ilə doludur. Qovuq exinokokk “qumu”- çoxlu xırda rüşeymlərdən –
başlardan və çox vaxt çoxlu kiçik qovuqlardan (ikincili, qız qovuqlar adlandırılan) ibarətdir. Zədələnmiş
heyvan orqanları ılə iti yemlədikdə it qovuqla yoluxur və qovuq yetkin parazitə çevrilir.
İnsan su ilə, qida, tərəvəzlə, çirkli əllərlə vasitəsi ilə onkosferi udur və yoluxur. Onkosferlər
həmçinin yoluxmuş itlə çirklənmiş yerdə inək və ya qoyun yatdıqda onların yununa düşə bilər, yun
qırxanda, heyvana qulluq zamanı və s. hallarda insan yoluxa bilər.
Klinikası:
Exinokokk qovuğu insanın istənilən orqanını zədələyə bilər, lakin adətən qaraciyər və
ağciyərlər zədələnir. Bu zaman exinokokkoz xəstəliyi əmələ gəlir.
Xəstədə zədələnmiş orqan tədricən böyüyür. Proses qaraciyərdə olduqda sağ qabırğaaltı nahiyyədə
ağırlıq və ağrı müşahidə olunur. Əgər ağciyərlər zədələnibsə, xəstəni döş qəfəsindəki ağrılar, öskürək,
təngnəfəslik, bəzən qanhayxırma narahat edir.
Exinokokk qovuğu tədricən inkişaf edir, bəzən bu inkişaf bir neçə il çəkir. Qovuq bronxa, qarın
boşluğuna, plevra boşluğuna açıla bilər və ya irinləyə bilər. Bu ağırlaşmalar çox qorxuludur və ölümə
səbəb ola bilər.
Müalicəsi:
Cərrahi yolladır.
Diaqnoz
Xəstənin klinik, rentgen və laborator üsullarla (HAR, REMA,İFA və s.) kompleks
müayinəsinə əsaslanır. Şiş və ya kistanın diaqnostik punksiyası zamanı, həmçinin cərrahi yolla çıxarılmış
qovuğun exinokokkoz zamanı rəngsiz şəffaf (bəzən sarımtıl) möhtəviyyatı, irinlədikdə isə irinli maye
alınır. Sentrafuqadan keçdikdən sonra çöküntüdə mikroskopiya zamanı qişa, skoleks, qarmaq qırıqları
(hissələri) tapıla bilər ki, bu da exinokokk üçün xarakterikdir və düzgün diaqnoz qoymağa kömək edir.
Profilaktika və mübarizə tədbirləri
: Kütləvi və ya xüsusi müayinələrlə, rentgenoloji və
laborator müayinələrlə, “risk” qrupunun (heyvandarlar, ovçular, iti olanlar) arasında xəstələr aşkar edilir.
Exinokokkoza şübhəli şəxslər və exinokokk qovuğu cərrahi əməliyyatla çıxarılmışlar 5 -10 ilə qədər
dispanser müşahidəyə alınır və onlar hər il klinik və laborator müayinə olunurlar. Exinokokkun ev
heyvanları arasında sirkulyasiyasını dayandırmaq və insanların yoluxmasının qarşısını almaq üçün sanitar
maarifi böyük məna kəsb edir.
1 nömrəli Bakı Tibb Kolleci
92
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 47
Alveokokkoz
Alveokokk xarici görünüşünə və quruluşuna görə exinokokku xatırladır (çox zaman alveokokku
çoxkameralı exinokokk adlandırırlar), lakin bəzi quruluş xüsusiyyətlərinə görə fərqlənir. Məsələn: başda
olan qarmaqların sayı azdır, uşaqlıq çıxıntılarsız, kürə şəklindədir. Sürfə mərhələsi exinokokkdan fərqli
olaraq çoxlu miqdarda kiçik qovuqlardan ibarətdir, onlar vahid sıx düyün əmələ gətirirlər. Belə quruluşuna
görə də bu parazit alveolyar və ya çoxkameralı adını almışdır. Bütün bu çox kiçik qovuqcuqlar tünd sarı
qatı maye ilə dolu olub, içərisində skolekslər vardır.
Dostları ilə paylaş: |