Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   34
Epidemiologiya pdf 1N BTK


Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
törədicigəzdirənlik deyilir. Tranzitor törədicigəzdirənlər daha az təhlükə törədirlər, onların orqanizmində 
törədicilər qısa müddət ərzinə qalır. 
Patogen  mikroorqanizmlərin  əksəriyyətinin  yaşaması  və  artması  üçün  yeganə  təbii  şərait  canlı 
orqanizmdir  ki,  o  da  onların  parazitlik  təbiəti  ilə  bağlıdır.  Xarici  mühit  belə  canlılar  üçün  müvəqqəti 
yaşayış  yeri  olaraq  onların  müəyyən  müddət  saxlanılmasını  təmin  edir.  Həssas  insan  və  heyvan 
orqanizmdə patogen mikrobların yaşaması, onların nəinki törəyib artması üçün, eləcə də təbiətdə bir növ 
kimi saxlanılması üçün şərait yaradır. 
Qeyd etdiyimiz kimi, yoluxucu xəstəliyin mənbəyi insanlar və müxtəlif növ heyvanalarda  ola bilər. 
İnsanlar arasında yayılan yoluxucu xəstəliklərin əsas qrupunu  antroponozlar, yəni  ancaq insana xas olan 
xəstəliklər təşkil edir. Bu xəstəlik amillərinin bioloji sahibi insandır. Elə ona görə də, antroponozlarda 
infeksiya menbəyi yoluxmuş şəxs olur. 
Antroponozlara qızılca, göyöskürək, qrip, dizenteriya, virus hepatit, qarın yatalağı və s. yoluxucu 
xəstəliklər  aiddir.  İnfeksiya  mənbəyi  (yoluxmuş  insanlar)  infeksion  prosesin  gedişinin  müxtəlif 
formasında (kəskin, yüngül formaları və törədicigəzdirmə) patogün mikroblar ətraf mühitə ifraz edir. 
Yoluxucu  xəstəliklərdə  2-ci  infeksiya  mənbəyi  heyvanlardır,  belə  xəstəliklər  zoonozlara  aiddir. 
Zoonoz  xəstəliklər  insanın  yoluxucu  və  invazion  xəstəliklərinin  böyük  qrupunu  təşkil  edir,  bu 
xəstəliklərdə infeksiya mənbəyi müxtəlif heyvanlardaır. Heyvanların əhliləşdirilməsi insanlara zoonoz 
xəstəliklərin keçirilməsində mühüm rol oynayıb. 
Bəzi zoonozlar üçün təbii ocaqlılıq xarakterikdir. 
Kənd  təsərrüfatı  heyvanlarının  xəstəliklərində  (vərəm,  qarayara,  manqo,  sap,  salmanelyoz,  Kü- 
qızdırması, dabaq və. s) xəstə heyvanlar üçün çox vaxt infeksiya mənbəyi rolunu oynayır. Bununla yanaşı, 
bir çox  vəhşi heyvanlar da, onların içərisində gəmiricilər  xüsusi əhəmiyyət daşıyır, bir  çox  təbii ocaqlı 
xəstəliklərsə infeksiya mənbəyinə çevirirlər. İnsanlarda rast gəlinən yoluxucu xəstəliklərin təxminən 1/3 
zoonozlar təşkil edir. 
Abiotik mühit 
(torpaq, su, yerüstü ekoloji sistemlər) – 3-cü infeksiya mənbəyidir, belə mühit 
infeksiya mənbəyi sayıldıqda xəstəliklər 
sapronoz xəstəliklər 
adlanır. Sapronozların törədiciləri ətraf 
mühitdə daima və sərbəst şəkildə yaşayır və özlərinin təbiətdə mövcud olması üçün epidemik prosesə 
bir o qədər də möhtac deyildirlər. Bu törədicilər insanın və heyvanların psevdoparazitlərdir. Sapronozlar 
törədiciləri sərbəst yaşayan saprofitlərdən və bitkilərdən, buğumayaqlılardan, hidrobiontlardan təkamül 
etmişdir. Sapronozlara yersiniozlar, legionelyozlar, meloidozlar aiddir. 
Beləliklə, insanlar infeksiya mənbəyi olduqda belə xəstəliklər 
antroponoz
, heyvanlar olduqda 
zoonoz xəstəliklər adlanır. 
Törədiciləri  ətraf  mühitdə  əlverişli  şəraitdə  artıb  çoxalan  infeksion  xəstəliklərə  sapronoz 
xəstəliklər deyilir. Törədiciləri üçün təbii yaşayış mühiti olan və onların təbiətdə  mövcud olmasını təmin 
edən biotik insan və ya heyvan orqanizmi və biotik (su, torpaq) obyektlərin cəmi infeksiya törədicilərinin 
rezervuarı 
adlanır. 
Yoluxma mexanizmi
Patogen mikrobların yoluxma mexanizmi  xəstəlik törədicisinin yoluxmuş 
orqanizmdən sağlam orqanizmdən sağlam orqanizmə ötürülməsini təmin edən tarixi təkamül prosesində 
yaranmış  bir  vasitətir.  Və  ya  “
Yoluxma  mexanimi 
təkamül  prosesində  törədicinin  formalaşmış 
infeksiya mənbəyindən həssas insan və ya heyvan orqanizminə ötürülməsi vasitəsidir”. 
Antroponoz  infeksiyalarda  aşağıdakı  yoluxma  mexanizmləri  ayırd  olunur: 
aspirasion,  fekal- 
oraltransmissivkontaktvertikal
Aspirasion və ya aerozol 
yoluxma mexanizmi 2 yolla realizə olunur: hava-damcı və hava- 
toz. 
 
Fekal-oral 
yoluxma    mexanizmi  törədiciləri  insanların həzm yolunda olan bağırsaq 
infeksiyaları üçün xarakterikdir. 
Transmissiv 
yoluxma mexanizmi  törədiciləri qanda yerləşən xəstəliklər zamanı qansoran 
həşəratlar vasitəsilə həyata keçirilir. 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
Kontakt 
(təmas) yoluxma mexanizmi xarici örtüklərin infeksyaları zamanı yoluxmuş və həssas 
orqanizmin dəri örtüyü, selikli qişalar ilə və ya törədicilərlə çirklənmiş əşyalar vasitəsilə həyata keçir. 
Vertikal 
yoluxma  mexanizmi  dölün  bətndaxili  dövrdə  müxtəlif  xəstəlilərə  yoluxması  zamanı 
zamanı həyata keçir (toksaplazmoz, məxmərək, İİV-infeksiya). 
Təbii mexanizmlərlə yanaşı, 
süni 
yoluxma mexanizmləri (artifisial) yoluxma mexanizmi  daha çox 
xəstəxanadaxili infeksion xəstəliklər zamanı realizasiya olunur. 
Yoluxma  mexanizmi  haqqında  təlim  L.V.Qromaşevski  tərəfindən  işlənib  hazırlanmışdır.  O, 
törədicinin  yoluxma  mexanizminin  onun  orqanizmdə  lokalizasiyasına  uyğun  gəlməsi  qanununu 
formalaşdırmışdır.  Bu  qanuna  əsasən  törədicinin  yoluxmuş  orqanizmdən  xaric  edilməsi  və  həssas 
orqanizmə  daxil olması  üsulu  onun sahib  orqanizmdə lokalizasiyası  ilə  müəyyən  edilir  ki,  bu da əksər 
hallarda  törədicinin  bir  fərddən  digərinə  ötürülməsi  mexanizminə    müvafiq  gəlir.  Təbii  şəraitdə 
infeksiyanın 4  əsas yoluxma mexanizmi realizə olunur:  fekal-oral (bağırsaq  infeksiyalarında), aerozol 
(tənəffüs  yolu  infeksiyalarında),  transmissiv  (qan  infeksiyalarında)  və  təmas  (xarici  örtüklərin 
infeksiyalarında). 
Törədici  əsasən  bağırsaqda  lokalizasiya  etdikdə  yoluxmuş  orqanizmdən  onun  xaric  edilməsi 
ifrazatlarla (nəcis, sidik) və ya qusuntu kütlələri vasitəsilə baş  verir. Törədicinin həssas  orqanizmə daxil 
olması ağız vasitəsilə (əsas etibarilə çirklənmiş su və ya qidanın qəbulu zamanı)  həyata keçir, sonra o, 
yeni orqanizmin  həzm  yolunda yerləşir.  Ona görə  də bağırsaq infeksiyalarının  törədicilərinin  yoluxma 
mexanizmi 
fekal-oral 
mexanizm adlanır. 
Əgər törədici əsasən tənəffüs yolunun selikli qişasında lokalizasiya edirsə,  onda  nəfəsvermə 
zamanı aerozolun tərkibində xaric edilir. Həssas orqanizmə törədicinin düşməsi  havanın udulması 
zamanı baş verir, nəticədə törədici təkrarən yeni orqanizmin tənəffüs yollarında yerləşir. Ona görə  də 
tənəffüs yolunun törədicilərinin yoluxma mexanizmini 
aspirasion 
(aerozol) mexanizm adlandırırlar. 
Törədici  qan-damar  sistemi  və  limfada    yerləşdikdə  yoluxmuş  orqanizmdən qansoran 
buğumayaqlıların (həşəratların və gənələrin) vasitəsilə xaric edilir və həssas  orqanizmin  qan-damar 
sisteminə yoluxmuş buğumayaqlının qansorması zamanı yeridilir. Qan infeksiyalarının törədicilərinin 
yoluxma mexanizmi 
transmissiv 
mexanizm adlanır. 
Törədicinin  xarici  örtüklərdə  (dəri  və  onun  törəmələri,  ətraf  mühitə  çıxışı  olan  selikli  qişalar) 
lokalizasiyası zamanı resipiyentin xarici örtüklərinə onun keçməsi infeksiya mənbəyi ilə təmas zamanı 
həyata  keçir.  Bununla  əlaqədar  olaraq,  xarici  örtüklərin  infeksiyalarının  törədicilərinin  yoluxma 
mexanizmi 
təmas 
mexanizmi adlanır. 
Bu  əsas  yoluxma  mexanizmlərdən  başqa,  törədicilərin  bir  nəsildən  digər  nəslin  fərdlərinə 
ötürülməsi  (horizontal  yoluxma)  beşinci  – 
vertikal 
yoluxma  mexanizmi  ilə  həyata  keçir  ki,  bu  da 
törədicinin anadan dölə, yəni bir nəsildən digərinə ötürülməsini təmin edir. 
Yoluxucu  xəstəliklərin  törədicilərinin  infeksiya  mənbəyindən  yeni  həssas 
orqanizmə yoluxması prosesi mürəkkəb proses olub, 3 mərhələdən ibarətdir: 
1. birinci məhələdə – törədici yoluxmuş orqanimdən xaric olur 
2. ikincidə davamlılığından asılı olaraq xarici mühitdə müəyyən müddət  yaşayır 
3. üçüncü mərhələdə isə yenidən həssas orqanizmə daxil olur 
Patogen mikrobun bioloji sahibin orqanizmində spesifik lokalizasiyası hər bir yoluxucu  xəstəliyin 
törədicilərinin  müəyyən  yoluxma  mexanizmi  üçün  şərait  yaradır.  Başqa  sözlə  desək,  törədicinin 
orqanizmdə lokalizasiyası və bir bioloji  sahibdən digərinə  yoluxma mexanizmi  bir-birilə sıx əlaqədardır. 
Yoluxucu xəstəlik  törədicilərinin  xarici  mühitə  müxtəlif  davamlılığı yoluxma  mexanixmi ilətyin 
edilir.  Məsələn,  malyariya  parziti  xarici  mühit    amillərinə  davamsızdır,  ona  görə  də  xəstəliyin 
yayılmasında  iştirak edən qansoran həşəratlar (ağcaqanadlar)  törədiciləri xarici mühitin mənfi təsirindən 
qoruyur və öz inkişaf tsikllərini başa çatmağa imakan verir. 
Törədicinin  yoluxmuş orqanizmdən  sağlam  orqanizmə ötürülməsinə  şərait  yaradan  və  epidemik 
prosesin fasiləsizliyini təmin edən ətraf mühit amilləri yoluxucu xəstəlik törədicilərinin yoluxma 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
10 
 
 
 
amilləri adlanır. Onlara cansız yoluxma amilləri  –  hava,  su, torpaq,  qida  məhsulları,  əmak vasitələri, 
məişət  əşyaları  və  canlı  keçiricilər  –  buğumayaqlılar  aiddir.  Törədicinin  ötürülməsində  iştirak  edən 
amillərin cəmi onun yoluxma yolunu təyin edir. 
Patogen  parazitlərin  yoluxma  mexanizmi  və  amilləri  haqqında  fikirlərə  əsaslanaraq  yoluxucu 
xəstəliklərin 
aşağıdakı yoluxma yollarını ayırd etmək olar: 
1. Hava-damcı və hava-toz; 
2. Transmissiv; 
3. Su; 
4. Qida; 
5. Məişət (İstehsalat). 
Bəzi yoluxucu xəstəliklərdə, məsələn, bağırsaq xəstəliklərində törədici bir neçə yolla yayılır. 
Yoluxma  yolları 
–  yoluxma  amillərinin  cəmi  olub,  konkret  epidemik  şəraitdə  törədicinin  bir 
orqanizmdən  digərinə  ötürülməsini təmin  edən  ətraf  mühit elementləridir.  Belə ki,  fekal-oral yoluxma 
mexanizmi su,  qida, məişət  yolları ilə realizə olunur.  Aerozol  mexanizm hava-damcı və hava-toz yolu, 
təmas mexanizmi – infeksiya mənbəyi ilə birbaşa fiziki təmas (Lass qızdırması), cinsi təmas  (cinsi yolla 
ötürülən  20-dən  çox  infeksiya)  zamanı  baş  verir.  Hemokontakt  mexanizm  tibbi  əməliyyatlar  və 
manupulyasiyalar zamanı həyata keçir. 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
11 
 
 
 
MÖVZU  3 
 
Həssaslıq və immunitet. Epidemik prosesin hərəkətverici qüvvələri. 
Epidemik prosesin təzahürləri 
 
İnsanların və heyvanların xəstəliklərə qarşı həssaslığı və rezistentliyi: 
Həssaslıq  –  parazitin  və  sahibin  təkamülü  prosesində  formalaşan  orqanizmin  növ  əlamətidir, 
törədicinin  daxil  olmasına  qarşı  orqanizmin  infeksion  proseslə  cavab  vermək  qabiliyyətidir. 
Epidemioloji  nöqteyi-nəzərdən  insanların  populyasiyası  qeyri-həmcins  olması  (heterogenlik)  ilə 
səciyyələnir, istənilən vaxt o, həmin infeksiyaya qarşı həssas və qeyri-həssas fərdlərlə təmsil olunur. 
Törədiciyə olan  münasibət,  həssaslıq  səviyyəsi  (və  ya  qeyri-həssaslıq) aşağıdakı 
əsas amillərlə şərtlənir: 
1. Növ və fərdi rezistentlik; 
2. Təbii (aktiv və passiv) və süni (aktiv və passiv) immunitet. 
Patogen  amil  əsas  etibarilə  yoluxucu  xəstəliyin  spesifikliyini  təmin  edir,  onun  təzahür  forması, 
davametmə müddəti, ağırlıq dərəcəsi  və nəticəsi  mikroorqanizmin müdafiə mexanizmlərindən asılıdır. 
Mikroorqanizmin həssaslığı feno- və genotipik xüsusiyyətləri, ətraf mühit  amillərinin təsiri ilə şərtlənən 
reaktivliyin dəyişkənliyi ilə təyin olunur. 
Müdafiiə  baryerlərinə 
xarici 
(dəri,  gözün,  tənəffüsün  yollarının,  mədə-bağırsaq  yolunun  və 
cinsiyyət  üzvlərinin  selikli  qişaları), 
daxili 
(histiohemositar)  baryerlər,  hüceyrə  və  normal  (qeyri- 
spesifik və spesifik) sistemlər aiddir. 
Qeyri-spesifik müdafiə amillərinə faqositoz qabiliyyətə malik hüceyrələr – makro və mikrofaqlar 
aid edilir ki, bunlar xarici baryerlərdən sonra patogen  mikroorqanizmlərin  yayılmasına  yolunda növbəti 
mərhələdir. 
Normal  anticisimlər,  komplement,  interferonlar  mühüm  müdafiə  funksiyasını  yerinə  yetirir. 
Mikroorqanizmlərə qarşı  spesifik  müdafiə  immun  sistem tərəfindən  yerinə yetirilir,  xəstəliyin inkişaf 
ehtimalı, gedişinin xarakteri və nəticəsi onunla müəyyən edilir. 
Yoluxucu xəstəliklərə qarşı həssaslıq səviyyəsində bir çox amillər və şərait təsir göstərir: həddindən 
artıq donma və qızma, qidalanma xarakteri, orqanizmin vitaminlərlə təchiz olunması, ətraf mühit amilləri 
(kimyəvi  maddələr,  radiasiya),  immunsupressiya  effektinə  malik  dərman  preparatlarının 
(kortikosteroidlərin, sitostaktiki və s.) təsiri, emosional fon və stress hallarının olması. Patogenlərə qarşı 
həsaslıq insanlarda birincili və ikincili immundefisit zamanı (məs: İİV/QİÇS zamanı) kəskin yüksəlir. 
Həssaslıq insan orqanizminin növ xüsusiyyəti və ya törədicinin daxil olmasına infeksion proseslə 
cavab vermək qabiliyyətidir. 
İnsan  və  heyvan  orqanizminin  yoluxucu  xəstəliklərə  qarşı  təbii  həssaslığı  irsi  keçən  bioloji 
xüsusiyyətdir.  Təbii  həssaslığın  mahiyyəti  yoluxmuş  orqanizmdə  parazitin  spesifik  patogen  təsiri  və 
orqanizmin fizioloji reaktivliyi nəticəsində qanunauyğun olaraq patoloji  və  immunoloji  vəziyyətlərin və 
reaksiyaların baş verməsindən ibarətdir. 
Təbii yolla yaranmış  qeyri-həssaslıq insanlarda  və ya müəyyən  heyvan növlərində  filogenez  və 
ontogenezdə əsası qoyulmuş növ xüsusiyyətdir. Bu xüsusiyyət orqanizmdə filogenik cəhətdən ona yad 
olan parazitin yaşamasına imkan vermir. 
Təbii  həssaslıq  və  qeyri-həssaslığa  misal  kimi  insan  orqanizminin  qarın  yatalağı,  qızılca,  qrip 
xəstəliklərinə  qarşı  həssaslığı  və  heyvanların  bu  xəstəliklərə  qarşı  qeyri-həssalığını,  bunun  əksinə, 
insanın  iribuynuzlu  heyvanların,  itlərin  taunu,  toyuq  vəbası  xəstəliklərinə  qarşı  qeyri-həssaslığın  və 
əksinə, həmin heyvanların yüksək həssaslığını göstərmək olar. 
Təbii  qeyri-həssaslıq  immunitet  yaratmır,  immunitet  naticisimlərin  anadan  (passiv  qazanılma) 
keçirilməsi və yoluxucu xəstəlik keçirdikdən sonra (aktiv qazanılma) orqanizmin aktiv şəkildə əldə 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
12 
 
 
 
etdiyi ancisimlərin sayəsində yaranmış təbii spesifik qeyri-həssaslıqdır. İnsan orqanizmində  vaksinlər və 
immun zərdablar vasitəsilə süni (aktiv və passiv) immuntet yaratmaq olar. 
Rezistentlik  immunitet  deyildir.  Orqanizmin  rezistentliyi  ontogenezdə  əldə  edilmiş  patogen 
parazitlərin təsirinə  qarşı  fərdi qeyri-spesifik  fizioloji  davamlılıqdır. Orqanizmin rezistentliyi  müxtəlif 
şəraitlərdən,  səbəb  və  amillərdən  asılıdır:  fərdi  (ontogenik)  inkişafın  səviyyəsindən,  orqanizmin 
anatomik-fizioloji  xüsusiyyəylərindən,  sinir  sistemi  və endokrin  aparatının  (hipofiz,  böyrəküstü  vəzi, 
qalxanvari vəzi) inkişafından və funksional vəziyyətindən,  xüsusilə  də  qidalanma  və  vitamin balansından. 
Rezistentliyinin  dəyişməsi  ultrabənövşəyi  və  ionlaşdırıcı  şüaların,  meteoroloji  amillərin,  somatik  və 
yoluxucu  xəstəliklərin  təsirindən  baş  verə  bilər.  Rezistentliyi  yüksəltmək  üçün  müxtəlif  vəsait  və 
üsullardan istifadə olunur. 
Bununla belə,  epidemioloqlar  müxtəlif  şəxslərin  fərdi  immuniteti  ilə  yanaşı, həmçinin  kollektiv 
immuntetlə  də  rastlaşırlar.  Bu  baxımdan  immunitet  geniş  immun  təbəqənin  olması  nəticəsində 
kollektivlərin  qeyri-həssaslığı  kimi  deyil,  daha geniş  mənada “əhalinin immunteti”  kimi  başa  düşülür, 
onun yaranmasında müxtəlif amillər (təbii və süni qazanılmış  immunitetdən başqa,  əhalinin yaşayış tərzi, 
aparılan  əksepidemik  tədbirlərin  effektivliyi  və  s.)  iştirak  edir  və  bunlar    yoluxucu  xəstəliklərə  qarşı 
həssaslığın səviyyəsini tənzim edir. 
Epidemik prosesin hərəkətverici qüvvələri: 
Epidemik  prosesin  əsas  hərəkətverici  qüvvələrini  onun  3  mütləq  şəritinin  (infeksiya  mənbəyi, 
yoluxma  amilləri,  həssas  orqanizm)  qarşılıqlı  təsirinin  cəmi,  sosial  şərait  və  coğrafi  mühitin  əlverişli 
amilləri təşkil edir. 
Yoluxucu xəstəliklərin cəmiyyətdə yayılması və onların profilaktikası və ləğv edilməsində sosial 
şərairlər mühim rol oynayır. Onların içərisində aşağıdakı sosial şərait elementləri əsas yer tutur: 
1. əhalinin iqtisadi fəaliyyətinin xarakteristikası (sənaye, kənd təsərrüfatı, ticarət, xüsusi peşlələr) və 
iqtisadiyyatın coğrafiyası; 
2. əhalinin maddi təminatının dərəcəsi və ümumi sanitariya mədəniyyətinin səviyyəsi; 
3. iş prosesləri zamanı və məişətdə insanların ünsiyyət formaları; 
4. əhalinin sıxlığı və yerləşmə xüsusiyyətləri; 
5. yaşayış məntəqələrinin abadlıq səviyyəsi (su təchizatının tipləri, su təmizləyici  sistem); 
6. əhalinin məişət xüsusiyyətləri, tarixən formalaşmış adət ənənələri; 
7.  nəqliyyat  yolları şəbəkəsi, nəqliyyatın üstünlük təşkil edən növləri, nəqliyyat  əlaqələrinin 
xarakteristikası; 
8. əhalinin demoqrafik göstəricisi (doğum, ölüm); 
9. miqrasiya prosesinin səciyyəsi; 
10. səhiyyənin vəziyyəti, tibb elminin, eləcə də epidemiologiya və onunla əlaqəli sahələrin (Gigiyena, 
Mikrobiologiya, Virusologiya, Yoluxucu xəstəliklərin kinikası və s.) inkişaf səviyyəsi. 
V.D.Belyakov epidemik prosesi bir-birilə sıx qarşılıqlı əlaqəsi olan 3 bölmədən ibarət sistem kimi 
nəzərdən keçirir. 
Birinci  bölmə  (yarımsistem) 
–  epidemik  prosesin  amillərinin  (bioloji,  sosial,  təbii),  onun 
inkişafının səbəb və şəraiti. 
İkinci  bölmə  (yarımsistem) 
–  epidemik  prosesin  inkişaf  mexanizmi  (özünütənzimləmə, 
yoluxma mexanizmi, təbii-ocaqlılıq nəzəriyyələri). 
Üçüncü  bölmə  (yarımsistem
)  –  epidemik  prosesin  aşkar  olunması  (yoluxucu  xəstəliklərin 
ərazidə, insanlar arasında müəyyən vaxtda yayılmsı). 
Alimə görə, epidemik prosesin təzahürləri insanların təbii və sosial yaşayış mühitləri əhəmiyyətli 
rol oynayır. Parazitlər sitemlərin özünütənziləmə nəzəriyyəsi əsasında V.D.Belyakov epidemik prosesin 
daxili tənzimləməsinin 4 müddəasını müəyyən  etmişdir: 
1.  bir-birinə  münasibətlərinə  görə  parazit  və  sahib  populyasiyalarının  genotipik  və  fenotipik 
heterogenliyi; 
2. bir-biri ilə qarşılıqlı təsirdə  olan populyasiyaların bioloji xüsusiyyətlərinin qarşılıqlı dəyişkənliyi; 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
13 
 
 
 
3.  epidemik  prosesin  qeyri-bərabər  inkişafını  müəyyən  edən  parazit  populyasiyasının  fazalı  yenidən 
qurulması; 
4. epidemik prosesin fazalı yenidənqurulmasında sosial və təbii şəraitin tənzimedici rolu. 
Epidemik prosesin əsas amilləri bunlardır: bioloji, sosial, təbii. Onlardan birincisi səbəb,  digərləri 
isə  epidemik  prosesin  fasiləsiz  inkişafını  təmin  edir.  Buna  görə  də  biz  epidemik  prosesin  amillərini 
ayrıca  təsvir  etməklə  yanaşı, ümumilikdə infeksion  patologiyada  səbəbiyyət  probleminə  də  toxunmağı 
lazım bildik. 
Epidemik  prosesin  hərəkətverici  qüvvələri 
–  epidemik  prosesin  bioloji,  təbii  və  sosial 
amilləridir. Törədicinin və sahibin populyasiyasının qarşılıqlı təsiri müəyyən sosial və təbii şəraitlərdə 
baş verir və deməli, həmin şəraitlərdən asılı olur. 
Başqa  sözlə, epidemik proses, yəni yoluxucu xəstəlik törədici və insan populyasiyasının qarşılıqlı 
təsirinin  nəticəsidir,  qeyri-həmcinslik  və  xüsusiyyətlərin  dəyişkənliyi  bu  populyasiyalarının 
xarakteristikasıdır.  Ona  görə  də  epidemik  prosesin  təzahürləri  nəinki  yoluxma  riski  ilə,  həm  də 
xəstələnmə riski ilə təyin edilir. 
Yoluxucu xəstəliklərin törədicilərin törədicilərinin 
yoluxma amilləri 
– törədicilərin infeksiya 
mənbəyindən həssas orqanizmə daşınmasını təmin edən ətraf mühit elementləridir. 
Hər bir yoluxucu xəstəliyin klinikası törədicinin spesifikliyi ilə təyin olunur, lakin eyni bir törədici 
iştirak  etdikdə  belə,  klinika  müxtəlif  ola  bilər:  bir  törədici  zamanı,  məsələn,  Epşteyn  Barr  virusu  ilə 
infeksion  mononukleoz  və  Berket  limfoması,  su  çiçəyi  və  kəmərvari  herpes,  yaxud  qızılca  və 
yarımkəskin skreozlaşmış panensefalit (qızılca virusu) inkişaf edə bilər. 
Epidemik  prosesin  təzahürləri: 
Epidemik  prosesin  təzahürləri  bunlardır:  sporadik 
xəstələnmə, epidemik alovlanma, epidemiyalar, pandemiyalar, ekzotik xəstələnmə, epidemik ocaq. 
Sporadik  xəstələnmə
.  Müəyyən  ərazidə  müəyyən  xəstəlikdə  epidemik  prosesin  adi  qeyd 
olunan səviyyəsidir. Bir və ya bir neçə illər ərazidə yoluxucu xəstəliklərin tək-tək hallarına təsadüf edilir. 
Epidemik ocaq 
– yoluxucu xəstəliyin aşkar edildiyi kollektiv olub, onun üzvləri  arasında həmin 
infeksiyanın  yayılma  təhlükəsi  vardır.  Epidemik  ocağın  sərhədləri  yoluxucu  xəstəlik  törədicilərinin 
yoluxma  mexanizminin  xüsusiyyətləri  və təbii-sosial  mühitin  konkret  şəraitləri  ilə  bağlıdır.  Məsələn, 
antroponozlarda  epidemik  ocaq  epidemik  prosesin  başlıca  halqası  sayılır.  Bildiyimiz  kimi,  epidemik 
proses bir-biri ilə bağlı və biri digərindən törənən epidemik ocaqlardan ibarətdir. Belə ki, qızılca zamanı 
xəstənin yaşadığı mənzil epidemik ocaq sayıla bilər. Zoonozlarda isə, əksinə, xəstə şəxsin yaşadığı yer 
epidemik ocaq deyildir, belə ki, insan bəzi hallar istisna olunmaqla (taun, sarı qızdırma) infeksiya mənbəyi 
sayılmır.  Ona  görə  də  zoonozlarda  epidemik  ocaq  ayrı-ayrı,  bir-biri  ilə  bağlı  olmayan  xəstəliklərlə 
səciyyələnir  ki,  onların  sayı  ocaqla  olan  əlaqənin  intensivliyini  müəyyən  edilir.  Zoonoz  infeksiya 
epidemik ocağın mövcud olması insanın epizootik ocaqla əlaqəsi kəsilən kimi dayanır. 
Epidemik  ocaq  müəyyən  zaman  müddətəndə  fəaliyyət  göstərir  ki,  onun  davametmə  müddəti 
xəstənin  təcrid  edilməsi  anından  və  yekun  dezinfeksiyanın  aparılmasından  sonra  xəstəliyin  maksimal 
inkubasiya müddəti sayılır. Bu dövrdə ocaqda yeni xəstələrin youxması mümkündür. 
Nozoarel 
– əvvələr də yoluxucu xəstəliklərin aktiv ocaqların qeydə alındığı ərazilər. 
Epidemik alovlanma 
– qrupşəkilli xəstəlik olub, ailədən, kollektivdən, yaşayış məntəqəsinin 
sərhədindən kənara çıxmır və bir-biri ilə vahid infeksiya mənbəyi, yoluxma yolları ilə bağlıdır. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin