Profilaktika və mübarizə tədbirləri
. Passiv immunizasiya göstərir ki, seroprofilaktika
xəstəliyin qarşısını almaqda az əhəmiyyətlidir. Lakin xəstə ilə təmasda olan zəif uşaqlarda
immunqlobulinin erkən istifadə edilməsi xəstəliyin gedişini yüngülləşdirmək üçün təklif edilir. Son
zamanlar diri vaksin ştamı alınmışdır. Su çiçəyi ocağında uşaqlara dərialtı peyvənd aparılması
epidemioloji və immunoloji effekt verir. Lakin bu vaksin təcrübədə istifadə edilmir.
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
35
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Epidemioloji nəzarət
. Uşaq müəssisəsində ilk xəstələnmiş uşağın erkən təcrid edilməsi
alovlanmanın qarşısını alır və ya xəstələnənlərin sayını azaldır. Təcridi müalicə müəssisələrində daha
erkən aparmaq lazımdır ki, xəstəxanadaxili yoluxma baş verməsin.
Su çiçəyi ilə xəstə uşaq müəssisəsində səpkinin əmələ gəlməsindən 5 gün əvvəl kollektivdən təcrid
edilir. Təmasda olan 7 yaşa qədər uşaqları 21 gün müddətinə digərlərindən ayırırlar. Xəstələnmənin
dəqiq vaxtı aydın edildikdə uşaqları uşaq müəssisələrinə inkubasiya dövrünün ilk 10 gününə qədər
buraxmaq olar,təcrid inkubasiya dövrünün 11-ci günündən 21 gününə kimi aparılır.
İlk xəstə uşaq xəstəliyin başlanmasından 24 saat əvvəl uşaq müəssisəsinə gəlməyibsə, onda
müəssisədə karantin qoyulmur. Kəmərləyici dəmrovla xəstələri su çiçəyi ilə xəstələnmiş uşaqlardan
ayırmaq lazımdır.
Laborator diaqnostikası.
Su çiçəyinin təcili diaqnostikası mürəkkəbdir və geniş təcrübədə
tətbiq olunmur. Ona suluqlardan hazırlanmış yaxmalarda virus antigeninin immunflüoressensiya üsulu ilə
aşkar edilməsi aiddir. Törədicini təbii çiçək virusundan fərqləndirmək üçün elektron mikroskopiya
üsulundan istifadə edilir. Son illərdə varisella-zoster virusuna qarşı əkscisimləri aşkar etmək məqsədilə
bir neçə seroloji üsullar təklif olunmuşdur: KBR, dolayı ümumi flüoressensiya reaksiyası, hüceyrə
kulturasında virusu neytrallaşdıran, passiv hemaqqlütinasiya reaksiyası, qeyri-düz hemaqqlütinasiyanı
ləngitmə reaksiyası.
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
36
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 15
Epidemik parotit
Epidemik parotit(svinka,mumps)-kəskin yoluxucu xəstəlikdir,əsasən qulaqətrafı tüpürcək
vəzilərinin zədələnməsi,eləcə də digər üzvlərin patoloji prosesə cəlb edilməsi ilə səciyyələnir. Təbii
şəraitdə ancaq insanlar epidemik parotitlə xəstələnirlər.
Qısa tarixi məlumat
. Epidemik parotitin klinik təsviri Hippokrat tərəfindən e.ə. 406-377-ci
illərdə verilmişdir. Xəstəliyin yoluxucu təbiəti ancaq XIX əsrin axırında rus həkimləri İ.V.Troitski (1883)
və İ.F.Filatov (1891) tərəfindən sübut edilmişdir. Parotit virusu ilk dəfə Yahnson və Goodpasture
tərəfindən 1934-cü ildə alınmışdır. Rusiyada bu virusu ilk dəfə 1949-cu ildə A.K.Şubladze və
M.A.Selimov əldə etmişlər.
Etiologiyası.
Epidemik parotitin virus təbiətli olması ilk dəfə Yohnson və Goodpasture tərəfindən
sübut edilmişdir. Müəlliflər meymunun qulaqətrafı vəzinə epidemik parotitlə xəstənin tüpürcəyini
yeridərək onlarda parotit yoluxucu xəstəliyini müşahidə etmişlər. Epidemik parotit virusu (VEP, mumps
virus) paramikso virus ailəsinə, paramiksovirus cinsinə aid RNT genomlu viruslardır. Virusun
nukleokapsidi 150-180 mm diametrdədir, xarici lipoproteyin qişası ilə örtülmüşdür,orada hemaqqlütinin,
neyraminidaza, lesitsinaza və onları təyin etmək üçün fermentlər yerləşmişdir. Antigen quruluşu sabitdir,
genetik rekombinasiyalar aşkar edilməmişdir. Müxtəlif yerlərdə əldə edilən ştamlar arasında fərq
tapılmamışdır. Parotit virusu 60
0
C-yə qədər qızdırıldıqda 20 dəqiqədən sonra,70
0
C-də 10 dəqiqədən
sonra, ultrabənövşəyi şüaların təsirindən bir neçə dəqiqə ərzində məhv olur. Virus efirə, xloroforma,
dezoksixolata, formalinə, metilen abısına həssasdır; D aktinomitsina davamlıdır. Toyuq embrionları
parotit virusuna çox həssasdırlar.
Yoluxma mexanizmi
. Epidemik parotit xəstəliyində yoluxma hava-damcı yolu ilə həyata keçir.
Xəstəliyin törədicisi ətraf mühitə tüpürcək damcıları vasitəsilə xaric edilir, oradan isə ağızın selikli
qişasına daxil olur. Digər hava-damcı yoluxucu xəstəliklərindən fərqli olaraq,törədici yuxarı tənəffüs
yollarında deyil tüpürcək vəzilərində yerləşir. Bu xəstəlikdə kataral əlamətlər qeyd edilmir,virus
tüpürcəklə ifraz olunur. Xəstəlik zamanı tüpürcək ifrazı azalır,o qatılaşır və törədicinin xaric olunması
zəifləyir.
İnfeksiya mənbəyi
. Epidemioloji və eksperimental tədqiqatlar nəticəsində sübut edilmişdir
ki,parotit xəstəliyində törədicinin mənbəyi xəstəliyi kəskin ,gizli və əlamətsiz keçirən şəxslərdir.
Mütəşəkkil uşaq müəssisələrində gizli və əlamətsiz keçən xəstəlik növləri epidemioloji cəhətdən
təhlükəlidir.
Epidemioloji xüsusiyyətləri
. Epidemik parotit hər yerdə yayılmışdır. Ərazidə əhalinin
müxtəlif qrupları arasında və zaman daxilində qeyri-bərabər yayılmışdır. Peyvəndin aparıldığı dövrdən
əvvəl xəstəliyin səviyyəsi ilə əhalinin sıxlığı arasında dəqiq əlaqə izlənirdi.Xəstəlik şəhərlərdə kənd
yerlərinə nisbətən 2,3-4,0 dəfə çox qeyd edilirdi.
Epidemik parotit xəstəliyi əsasən uşaq və mütəşəkkil kollektivlərin yoluxucu xəstəliyidir. MDB
ölkələrində 15 yaşından aşağı uşaqlar arasında ümumi xəstələnmənin 95%-i qeydə alınır. Oğlanlar qızlara
nısbətən 1,5 dəfə çox xəstələnirlər. Lakin 20 yaşından sonra qadınlar arasında xəstəlik nisbətən
çoxdur(uşaqlarla təmas). Uzun illər parotit xəstəliyi “əsgər”xəstəliyi hesab olunurdu.Son zamanlarda
əsgərlər arasında xəstəliyin səviyyəsinin azalması urbanizasiya və uşaq müəssisələrinin sayının artması
ilə əlaqədər xəstəliyin tez-tez rast gəlməsi ilə (immuniteti olan çağırışçıların çoxəlması)əlaqərardır.
Epidemik parotit xəstəliyi fəsillərlə əlaqədardır.
Müasir dövrdə epidemik prosesin təzahür etməsi peyvənd işinin təşkilindən asılıdır. Ümumi
peyvəndləmə 150-180% olduğu halda, ayrı-ayrı şəhərlərdə o 50-80%-ə qədər aşağı endirilmişdir,
peyvənd aparılmayan digər şəhərlərdə isə bu göstərici 500% və daha yuxarı səviyyədədir.
Profilaktika və mübarizə tədbirləri
. Spesifik profilaktika məqsədilə A.A.Smorodintsev
(1954) tərəfindən toyuq embrionlarında parotit əleyhinə diri vaksin hazırlanmışdır.
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
37
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Peyvənd ilk növbədə 1-7 yaşlı uşaqlar arasında aparılır. MDB ölkələrində epidemik parotitə qarşı
peyvənd 1980-cı ildən başlanmışdır. Peyvəndin epidemioloji effektivliyi göstərilmişdir (peyvənd
olunanlar arasında olunmayanlara nisbətən xəstəlik on dəfələrlə azalır).Kütləvi peyvənd zamanı ən yaxşı
nəticə xəstəliyin dövrü qalxmasının enməsi mərhələsində aparıldıqda əldə edilir. Epidemik parotitlə
xəstələnmənin xeyli aşağı salınması üçün böyük şəhərlərdə 1 -14 yaşlı uşaqların 30%, kiçik şəhərlərdə
15-20%-nin peyvənd edilməsi vacibdir. Lakin bu yolla yaranmış immun təbəqə epidemioloji
salamatlığın uzun müddət saxlanması üçün kifayət deyildir. İlk növbədə uşaqların (1 yaş və yuxarı) kütləvi
peyvənd edilməsi, sonra məktəb yaşında (6 yaş) onların təkrar revaksinasiyası məsləhət görülür. Hazırda
parotit, qızılca, məxmərək polivaksinindən MMR istifadə olunur.
Epidemioloji nəzarət
. Epidemik parotit zamanı profilaktik tədbirlərin effektivliyi xəstənin evdə
təcrid edilməsindən asılıdır. Təcridin vaxtı xəstəliyin başlanmasından 9 günə qədərdir. Ağır xəstələri
xəstəxanaya yerləşdirirlər. Ocaqda olan və parotitlə xəstələnməmiş 10 yaşına qədər uşaqlar
21 gün ərzində uşaq müəssisəsinə buraxılmır. Uşaq müəssisələrində kənardan parotit xəstəliyi
gətirilərsə, inkubasiya dövrünün müddəti nəzərə alınaraq 25 gün ərzində karantin qoyulur. Virus xarici
mühitə tüpürcəklə ifrazedildiyindən bəzi məişət əşyaları,xüsusilə oyuncaqlar dezinfeksiya edilir,qab-
qacaq qaynadılır. Xəstə olan otaq nəm üsulla yığışdırılır və havası dəyişdirilir. Bəzi hallarda, əsasən
klinik göstəriş olduqda, immunoqlobulin profilaktikası aparılır, nəticədə xəstəliyin gedişi yüngülləşir.
Hər bir parotit yoluxucu xəstəliyi haqqında GEM-ə məlumat verilməlidir.
Laborator diaqnostikası
. Epidemik parotitin laborator diaqnostikası parotit virusunun əldə
edilməsi və ona qarşı yaranmış əkscisimlərin aşkar edilməsinə əsaslanır. Bunun üçün qan zərdabı müayinə
olunur (xəstəliyin 7-8 günü və 2-3-cü həftəsində), bu dövrdə (7-8-ci) əkscisimlər əmələ gəlir və ən yüksək
titrə qalxır (2-3 həftə). Bu məqsədlə neytralizasiya, hemaqqlütinin ləngimə, komplementin birləşmə,
eritrositlərin birləşmə reaksiyalarından istifadə edilir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 16
Vərəm
Bu xəstəlik qədimdən məlum olan xəstəlikdir. Onun tənəffüs qrupuna daxil olmasını yunan
həkimləri söyləmişlər. 1882-ci ildə R.Kox xəstəliyin törədicisini aşkar etmişdir.
Etiologiyası.
Xəstəliyin törədicisi mikobakteriyalardır (Mycobacterium tuberkulosis), qısa BK-
bakteriya, Kox çöpləri də deyilir. Vərəm çöplərinin uzunluğu 1-4 mikrondur. Spor və kapsul əmələ
gətirmir. Törədici xarici mühitə davamlıdır. Bəlğəmdə bir neçə həftə, yağda 10 ay qalır. Dezinfeksiyaedici
maddələrdən 5%-li karbol turşusunda bəlğəmdə törədici 24 saata tələf olur.
Törədicilərin 4 növü var:
1. İnsan növü
2. Öküz tipi
3. Quş növü
4. Siçan növü
Adlarını çəkdiyimiz növlərdən ən çox insan və öküz növü təsadüf olunur. O biri növlərə nadir
hallarda təsadüf edilir .
Patogenez və klinikası
. Xəstəliyin patogenezi mürəkkəbliyinə görə fərqlənir. Xəstəliyin
törədicisi hava-damcı yolu ilə yayılır. Vərəm törədicisi müxtəlif üzvlərdə (ağciyərdə, bronxlarda, limfa
düyünlərində- mezadenit) yerləşə bilər. Xəstəliyin inkubasiya müddəti 6 gündən 8 həftəyə qədər ola bilər.
Əsas təhlükə o vaxt ola bilər ki, xəstənin ifrazatı (BK+) olsun. İnfeksiya mənbəyi Vərəm antropozoonoz
xəstəlikdir. Əsas infeksiya mənbəyi xəstə şəxsdir. Xəstə öskürmə, danışıq zamanı törədici ifraz edir (1
ml bəlğəmdə 100.000 mikrobakteriya vardır). Xəstəlikdə infeksiya mənbəyi kimi basilgəzdirənlər hesab
olunur. Xəstə insanlardan başqa infeksiya mənbəyi iri buynuzlu heyvanlar da ola bilər. Çox nadir hallarda
it, pişik, at yoluxdurucu ola bilər. Heyvanlar xəstə olduqda südlə xəstəliyi keçirə bilərlər.
Yoluxma mexanizmi
. Xəstəliyin əsas yoluxma mexanizmi hava-damcı və hava-tozladır, eləcə
də qab-qacaq, paltar, yataq dəsti və kitabla da ola bilər. Xəstəlik alimentar (süd məhsulları) yolla da keçə
bilər. Bilavasitə təmas yolla da xəstəlik keçə bilər. Cərrah cərrahiyyə əməliyyatı apardıqda,
patoloqanatom meyidi təşrit etdikdə yoluxma baş verə bilər. Vertikal yolla də keçə bilər(anadan).
Epidemik xüsusiyyətləri
. Bu xəstəliyə hər yedə təsadüf edilir. Əhalinin sanitar vəziyyətinin pis
olması, müharibə ilə əlaqədar olduqda, sıxlıqla, aclıqla xəstəliyin alovlanmalarına təsadüf olunur.
Xəstəlikdə fəsilliyin də rolu var (yazqabağı). Hal-hazırda xəstəliyə uşaqlar, yeniyetmələr, yaşlılar, eləcə
də narkomanlar və içki içənlər arasında daha çox müşahidə olunur. Xəstəliyə hamı həssasdır. Orqanizmin
müqaviməti olduqda xəstəlik olmur. Xəstəliyin epidemiyası uşaq müəssisələrində və yeniyetmələr
arasında hava-damcı və qida vasitəsilə də ola bilər. Epidemioloji müşahidələrə görə xəsətəliyin artması
qış aylarının axırlarına düşür. Xəstəlikdə alovlanma havadamcı, eləcə də qida vasitəsilə ola bilər.
Profilaktika və mübarizə tədbirləri.
Belə xəstələr xüsusi vərəm əleyhinə olan dispanserə
hospitalizə olunmalıdırlar. Xəstənin yaşadığı mənzilin ümumi sanitar vəziyyətini nəzərə almaq lazımdır.
Əgər xəstəlik uşaq müəssisələrində baş veribsə, işçilər-personal flüroqrafiyadan keçməlidirlər. Bütün
yoluxucu xəstəliklərdə olduğu kimi, vərəm xəstəliyində də ərazidə olan GEM infeksion ocağa nəzarət
etməlidir. Dezinfeksiya işləri aparılır. Xəstənin istifadə etdiyi əşyalar (qab- qacaq, dəsmal və s.) yataq
dəsti dezinfeksiya kamerasına göndərilir. Mübarizə aparmaq üçün həssaslığı yoxlamaqdan ötrü Mantu
sınağından istifadə olunur. Sınağı qoymaq üçün tuberkulin preparatından istifadə edilir. Bu sınaq saidə
dəri içərisinə (0,1 ml) vurulur. 72 saatdan sonra yoxlanılır, qızartının ölçüsünə görə (-); (+) hesab olunur.
Cavaba əsasən də planlı şəkildə diri kulturadan hazırlanmış vərəmə qarşı vaksin vurulur (BSJ). Fransız
alimləri Kalmet və Geren öküz tipli vərəm bakteriyalarının virulentliyini süni yolla zəiflətməklə vərəm
vaksinini almışlar. Vaksin planlı aparılır (5-7-ci gün doğum evində) təlimata əsasən müxtəlif yaşlarda
vaksinasiya və revaksinasiya alır.
Diaqnoz.
Xəstəyə diaqnoz qoymaq üçün epidemioloji anamnezə, kliniki və rentgenoloji, laborator
müayinəyə əsasən müəyyənləşdirilir. Xəstəliyin ağciyər forması olduqda bəlğəm Qona, Petranyana və s.
qidalı mühitdə əkilir.
38
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
39
MÖVZU 17
Meningit
Meningit – baş və onurğa beyinin yumşaq qişalarının iltihabıdır. Bu iltihabı virus və bakteriyalar
törədə bilər. Bakterial meningit və meninqokokk septisemiya çox ciddi xəstəliklərdir və təcili
antibiotiklərlə müalicə olunmalıdır. Amyöblu meningit – çox ciddi və nadir rast gələn xəstəlikdir. Lakin
bu xəstəlik, təəsüf, demək olar ki, həmişə ölümlə nəticələnir. O, geotermal su hovuzlarının sakini olan
amyöb tərəfindən törədilir: insan su altında üzərək onun burnundan bədəninə keçə bilər.
Viruslu meningit bakterial formasından daha çox yayılmışdır. O həyati təhlükə yaratmır, lakin
bədəni çox zəyiflədir. Virus asqırarkən və öskürərkən, həmçinin natəmizlik nəticəsində kanalizasiyayla
yayılır.
Meningitin inkişaf səbəbləri -
Əksər patogen mikroblar meningit törədə bilər:
meninqokokklar, pnevmokokklar, B tipli hemofil basil (Hib), vərəm mikobakteriyaları, bağırsaq basili, B
qrup streptokokk bakteriyaları, amyöb, viruslar.
Meninqokokk daşıyıcısı asqıranda və öskürəndə, törədici mikrob hava ilə başqa insanlara keçə bilər,
lakin, yaxşı ki, hər insan meningit xəstəliyinə yoluxmur. Yoluxma öpüşlə də keçə bilər.
Meningitin simptomları -
Meningitdən şübhələnərkən xəstə mütləq həkimə müraciət
etməlidir və ya təcili xəstəxanaya yatırılmalıdır.
Xəstədə yüksək hərarət, titrəmə, güclü baş ağrıları,
aydın işıqdan qıcıqlanma, boyun əzələlərin rigidliyi
(xəstənin çənəsi boynuna çatmayanda), süstlük və dəridə
səpkilər, oynaq və əzələlərdə ağrılar və tutmalarla yanaşı
qusma olduqda təcili tibbi yardım çağırmaq lazımdır.
Meningiti və meninqokokk septisemiyasını dərhal
müəyyən etmək olmur, çünki simptomatikası qripə çox
bənzəyir. İnkubasiya dövrü 2 gündən 10 günədək davam
edir. Bəzi simptomlar olmaya bilər, və onların büruzə
verməsində bir ardıcıllıq yoxdur. Xəstəliyin başqa
simptomlarla da büruzə verə bilməsini unutmamaq
lazımdır, çünki bu yanılda bilər.
Meningitin fəsadları:
Pnevmokokk meningitinin nəticəsi
– eşitmə ilə bağlı ağırlaşmalardır.
Meningit ölümlə nəticələnə bilər (bir neçə saat içində), əsasən də tibbi yardım üçün gec müraciət
edəndə.
Profilaktik tədbirlər
- Meningitin bəzi formalarının qarşısını vaksinasiya ilə almaq olar. Vaksin
yeridiləndən sonra yalnız 3 il ərzində təsir göstərir və sadəcə 80% insanları yoluxmadan qoruyur. Vaksin
18 ayadək uşaqları qorumur.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
40
MÖVZU 18
Legionelyoz
Legionellozn - Legionelyoz kəskin respirator infeksiya və pnevmoniya əlamətləri ilə gedən
infeksion xəstəliok olub, əksər hallarda ürək-damar və tənəffüs çatışmazlığı qanaxma verir.
Etiologiyası: Leginolyozun törədiciləri Legionella pneumophiledir. Mikrobun 30-dan çox növü
vardır. L pneumophile – pnevmaniya yerdə qalanları məs. L micdadei, L bozemanii və s. Tənəffüs
orqanlarının xəstəliklərini törədirlər.
Epidemiologiyası: Legionelloz sapranoz infeksiyasının tipik
nümayəndəsi hesab edilir. Xəstəliyin mənbəyi və yoluxma yolları dəqiq
deyil. İnsandan insana keçmir. Yaz payız ayları epidemiya şəklində
yayılır. Qalan vaxtlar aerogen yolla keçməsi təsdiq olunmuşdur.
Yoluxma faktorlarına torpaq, kondisionerin havası, duş qurğularının
başlığı aiddir. Mikrob su aerozolu şəklində tənəffüs yollarına düşür.
Çox vaxt legionello kondisionerin su sistemindən, vanna və çən
suyundan, duşun başlığından tapılır. Əsasən kondisioner sistemi pis
işləyən mehmanxana və otaqlarda, uşaq bağçalarında, qospitallarda
olan şəxslər xəstələnir. Popiros çəkənlər,
alkoqoliklər, ağ ciyərin xroniki xəstəlikləri – emfizeması, bronxoextazı olanlar, immunodepressdent
qəbul edənlər legionellozla da çox xəstələnir.
Parogenezi və patoloji anatomiyası: Giriş qapısı tənəffüs yollarıdır. Orada mikrob hemorragik
və nekrobiotik dəyişikliklər əmələ gətirərək məhv olur. Endotoksin bir sıra orqan və sistemləri zədələyir,
ağır hallarda İTŞ (infeksion toksiki şok) baş verir. Əksər xəstələrdə tənəffüs və böyrək çatışmazlığı
ensefalopatiya, DDL (damar daxili laxtanma) əmələ gəlir. Lakin daxili orqanların zədələnməsində
mikrob faktoru da böyük rol oynayır. Əsas potoloji anatomik dəyişiklik ağ ciyərlərdə ocaqlı və ya
yayılmış pnevmoniya və nekroz sahələrindən ibarətdir.
Alveolların diffuz iltihabı fibrinoz-irinli pnevmoniya aşkar edilir. Nekroz prosesi qaraciyərə də
yayılır.
Klinikası: Gizli dövr 2-10 gün çəkir. Legionelloz 3 klinik formada:
1. Legioner xəstəliyi və ya ağır pnevmoniya
2. KRİ (kəskin respirator infeksiya) – Pontiak qızdırması
3. Ekzantema – Fort- BRAQQ qızdırması şəklində özünü göstərir.
Legionerlərin xəstəliyi çox vaxt üşütmə, qızdırma, kefsizlik, əzələ və oynaqlarda ağrı, baş ağrısı ilə
kəskin başlayır. Az müddət ərzində qızdırma 39-40°S-ə çatır və 5-7 gün yüksək səviyyədə qalır. İlk gündən
quru öskürək, döşdə ağrı, töyşümə, zökəm rast gəlinir. Öskürək və dərin tənəffüs zamanı döşdə ağrı
güclənir, tezliklə selikli bəlğəm xaric olur.
Auskultasiya zamanı ağciyərlərdə krepitasiya edən xırıltılar eşidilir. Həmin nahiyələrdə vezikulyar
tənəffüs zəifləyir. Bəzən plevra da prosesə cəlb olunur. Plevra boşluğuna az miqdarda eksudat toplanır.
Adi pnevmaniya və respirator infeksiyalardan fərqli olaraq legionellozlu xəstələrdə mədə-bağırsaq və
sinir sistemi də zədələnir. Bəzi xəstələrdə qusma, ishal, qarında ağrı, hətta mədə- bağırsaq qanaxması
aşkar edilir.
Ağırlıq dərəcəsinə görə leginelyoz yüngül, orta ağır və ağır formalarına bölünür .
1. Yüngül forma subfebril qızdırma, kəskin rinit, mialgiya ilə gedir.
2. Ağır forma dərhal kəskin ürək-damar və tənəffüs çatışmazlığı, ağ ciyərlərin infarktı və qanhayxırma,
burun, mədə-bağırsaq,uşaqlıq qanaxmaları, hematuriya k.b.ç. verir. Ölümün əsas səbəbi İTŞ (infeksion
toksini şok) olur.
Xəstəlik xoş xassəli olduqda 2-ci həftədən sağalma başlayır. Lakin ventgenoloji, mənzərə sinir
sistemi tərəfindən dəyişikliklər – zəiflik, başgicəllənmə, əsəbilik uzun sürür.
Ağırlaşmaları: Ağ ciyər absesi, plevranın empieması, tromboemboliya, müxtəlif qanaxmalar,
kəskin böyrək və ürək-damar çatışmazlığı, İTŞ olur.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
41
MÖVZU 19
Qarın yatalağı (typhus abdominalis).
Paratif A və B (paratyphus abdominalis A, B)
Qarın yatalağı (typhus abdominalis), paratif A (paratyphus abdominalis A) və paratif B (paratyphus
abdominalis B) yüksək hərarət, orqanizmin ümumi intoksikasiyası,bakteriemi- ya,limfatik aparatın,başlıca
olaraq nazik bağırsaqların zədələnməsi və bəzi hallarda uzun müd-dətli bakteriya gəzdirmə ilə
səciyyələnən kəskin yoluxucu xəstəliklərdir. Klinik əlamətlərinə görə bunlar biri-birindən az fərqlənir.
Yayılması.
Müasir dövrdə qarın yatalağı və paratiflərə dünyanın bütün ölkələrində rast gəlinir.
Xəstəlik ən çox İtaliya, Yuqoslaviya,Y unanıstan və İspaniyada, Amerika qitəsində (ən çox cənubi
Amerika ölkələrində), Afrikada, Misir, Əlcəzair və CAR-da qeyd edilir. MDB-də bu xəstəliyə sporadik
şəkildə müxtəlif coğrafi iqlim şəraitində təsadüf edilir.
Etiologiyası
. Qarın yatalağı və paratiflərin (A,B) törədiciləri Salmonella cinsinə aid mikroblardır,
bunlar ancaq insan üçün patogendirlər. Paratif B bakteriyaları heyvanların, xüsusilə ev heyvanlarının
(donuzlar, iri və xırdabuynuzlu qaramal, atlar, quşlar) bağırsaqlarında da aşkar edilir. Qarın yatalağı, eləcə
də aratif A və B bakteriyaları 1-3x0,5-0,6 mkm ölçüdə olub, görünüşlərinə görə bağırsaq çöplərindən
fərqlənirlər. Qram-mənfi, hərəkətli, sporsuz, kapsulsuz, fakültativ anaerobdurlar, adi qidalı mühitlərdə
37
0
C hərarətdə yaxşı bitirlər. Bakteriyalar xarici mühitdə davamlılıq göstərirlər. Torpağın tərkibindən,
rütubətdən, temperaturdan, pH və s. asılı olaraq bir neçə gündən 2-3 aya, nəcisdə 1-3 gündən bir neçə
həftəyə, suda bir neçə gündən 2 həftəyə qədər, su hövzəsinin lilində bir neçə ay, buzda bütün qışı, ərzaq
məhsullarında onların pH-dan asılı olaraq bir neçə saatdan bir neçə həftəyə qədər, məişət əşyalarında bir
neçə saatdan bir neçə günə qədər salamat qalırlar. Dezinfeksiyaedici maddələrə qarşı həssasdırlar. Karbol
turşusu, xlorlu əhəng, xloramin və s. təsirindən bir neçə dəqiqə ərzində məhv olurlar. Suyun bir litrində
aktiv xlorun miqdarı 0,5-1mq-a çatdıqda bu bakteriyalar tamamilə məhv olur.
Dostları ilə paylaş: |