Tibb Kolleci
20
MÖVZU 6
İmmunoprofilaktika sahəsində dövlət siyasəti.
Peyvənd işinin təşkili
Peyvənd işinin təşkili:
Spesfik peyvəndlər profilaktik və əksepidemik tədbirlər kompleksinə
mühüm rola malik olub, müxtəlif infeksiyalarla mübarizədə eyni əhəmiyyət daşımır. Hava-damcı
yoluxma mexanizmi ilə yayılan infeksiyalara (difteriya, qızılca, göyöskürək, vərəm və s.) profilaktik
peyvəndlər həlledici rol oynadığı halda, bağırsaq infeksiyalarında (qarın yatalağı, dizenteriya və s.)
yardımçı əhəmiyyət kəsb edir.
Respublikada əhalinin profilaktik peyvəndlənməsinə rəhbərlik və nəzarət Səhiyyə Nazirliyininin
sanitar-epidemioloji sektoru tərəfindən həyata keçirilir. Profilaktik peyvəndlərin peyvəndlərin icrası
Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir.
Bütün profilaktik peyvəndlər yalnız müalicə-profilaktika müəssisələrində yerinə yetirilməlidir.
Peyvəndlərin evdə aparılması qəti qadağandır. Tibb işçiləri olmayan kiçik yaşayış məntəqələrində
peyvənd, adətən, həkim və orta tibb işçilərindən ibarət briqada tərəfindən yerinə yetirilir. Bu halda
peyvənlər müvvəqqəti təşkil edilmiş peyvənd məntəqələrində icra olunur.
Peyvənd otağı təmiz olmalı, aseptika, antiseptika qaydalarına ciddi riayət olunmalıdır. Alətlər
üçün nəzərdə tutulan stol, həmçinin döşəmə sabunlu isti su ilə yuyulmalı və ya dezinfeksiyaedici
məhlullan (0,2% xloramin və ya 2% lizol) silinməlidir. Stolun üzərində steril örtük çəkilməlidir.
Əhali peyvənd ediləcək gün və yer barədə əvvəlcədən xəbərdarlıq edilməlidir. Şəhər əhalisinə
profilaktik peyvəndlər peyvəndin növündən və əhali qrupundan asılı olaraq, ümumi və ya xüsusi tibb
şəbəkəsinin mütəxəssisləri tərəfindən aparılır. Tibbi sanitar hissələrə malik müəssisələrdə peyvəndləmə
GEM-nin göstərişi və nəzarəti altında tibb işçiləri tərəfindən icra edilir.
Peyvəndlənmənin tamlaşdırılması üçün hər ilin yanvarında Respublika Səhiyyə Nazirliyi Sanitar-
epidemioloji sektoru tərəfindən səhiyyə təşkilatlarına növbəti
il üçün peyvəndlənmənin
planlaşdırılmasını müəyyənləşdirən sənəd göndərilir. Əvvəlki illərdə profilaktik peyvəndlənmənin təhlili
əsasında peyvənd ediləcək kontingent, peyvəndləmə müddəti və təkrarlığı müəyyən olunur, həmçinin
əhalinin yoluxucu xəstəliklərdən qorunmasında istifadə ediləcək preparatlar göstərilir.
Kənd yerində uşaqların peyvəndlənmə planı xidmət rayonunda yaşayan uşaqların qeydiyyatı
əsasında aparılır. Yenidoğulmuş, təzə gəlmiş və “itirilmiş” uşaqların qeydiyyatı kənd icra hakimiyyəti
nümayəndəliklərində dəqiqləşdirilir. Planlaşdırmanın gedişində əvvəllər aparılmış peyvəndlər nəzərə
alınmalıdır.
Peyvəndlənmə planları şəhərlərdə yaşlı əhali qrupuna həmin kontingentə xidmət göstərən
poliklinikalarda, kənd yerlərində isə rayon və sahə xəstəxanalarında tərtib edilir.
Ümumi qəbul edilmiş qaydaya görə peyvənd planları yerlərdə müvafiq müəssisələr tərəfindən
təsdiq olunduqdan sonra ərazi GEM-nə göndərməli, onlar isə cəm şəklində Səhiyyə Nazirliyinə təqdim
edilməslidir.
Peyvəndlərin aparılma qaydası:
Peyvənd olunacaq bütün uşaqlar həkim tədərifindən ciddi
şəkildə müayinə olunmalı, anamnestik məlumatlar hesaba alınmalıdır. Əvvəllər aparılmış
immunizasiyaya qarşı reaksiya, yanaşı gedən xəstəliklər, dərman preparatları və qida məhsullarına qarşı
allergiyanın olması və s. nəzərə alınmalıdır.
Kənd yerlərində yaşayan və xroniki xəstəlikləri, allergik vəziyyətləri olan uşaqlar peyvənddən
əvvəl mütləq şəkildə həkim tərəfindən müayinə olunmalıdır.
Kəskin xəstəlik keçirmiş şəxslər tam kliniki sağalmadan 1 ay sonra, meninqokokk infeksiyası
keçirmiş şəxslər isə uyğun olaraq 6 və 12 aydan tez olmayaraq peyvənd edilə bilərlər. Bir infeksiyaya
qarşı peyvənd olunmuş şəxs digər infeksiyaya qarşı yalnız 2 ay keçdikdən sonra peyvənd edilə bilər.
Mənfi immunoloji sınğa (Mantu) malik uşaqlar yalnız sınaq qoyulduqdan sonra peyvəndə cəlb edilə
bilər.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
21
Peyvənd otağında təxirəsalınmaz tibb yardım göstərmək üçün lazımi dərmanlar olmalı, bioloji
preparatların saxlanılması üçün şərait yaradılmalıdır.
Preparat yeridilməzdən əvvəl tibb işçisi preparata dair təlimatla yaxından tanış olmalı, ampulanı
açmazdan əvvəl üzərindəki etiketin təyinata uyğunluğunu yoxlamalıdır. Preparat yeridildikdən sonra
uşağın adı, soyadı, təvəllüdü, preparatın adı, seriyası, nəzarət nömrəsi, peyvəndin edilmə tarixi
göstərilməklə qeydiyyat aparılmalıdır.
Bakterial və virus preparatları təlimatda göstərilən şəraitdə uyğun saxlanılmalıdır. Diri vaksinlərin
saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Gigiyena və Epidemiologiya Mərkəzlərində direktorun əmri
ilə peyvənd preparatlarının saxlanılmasına, daşınmasına cavabdeh tibb işçisi ayrılır. Peyvənd
materiallarının daxil olması xüsusi jurnallarda qeydə alınır.
Profilaktik peyvəndlərin qeydiyyatı -
Uşaqlarda profilaktik peyvəndlərin qeydiyyat olunduğu
əsas sənəd uşağın inkişaf tarixi və profilaktik peyvənd kartı sayılır. Şəhər uşaq poliklinikalarının peyvənd
kabinetlərinin xidmət ərazisində yaşayan bütün uşaqlar üçün, o, cümlədən 14 yaş daxil olmaqla, peyvənd
kartotekası yaradılır. Peyvəndlərin qeydiyyatı kartası hər bir həkim sahəsi prinsipinə uyğun, sahə
daxilində isə növbəti peyvəndləmə növbəsinə müvafiq düzülür.
Kartotekaya baxan tibb bacısı aparılmış peyvəndlər barədə məlumatı uşağın inkişaf tarixinə və
peyvənd kartasına köçürür. Burada dəri sınaqlarının nəticələri də qeyd olunur.
Uşaq müəssisələrində aparılmış peyvəndlərin nəticələri müvafiq qeydiyyat jurnalında qeydə alınır.
Həmin jurnallar ayda bir dəfə peyvənd kabinetlərinə təhvil verilir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
22
MÖVZU 7
Sanitar-epidemioloji xidmət. Karantin infeksiyaları.
İnfeksion xəstəliklərin təsnifatı
İnsanın yoluxucu xəstəliklərinin təsnifatı -
Keçən əsrin 70-ci illərində tətqiqatçıların
əksəriyyəti yoluxucu xəstəliklərin təsnifatının L.V.Qromaşevskinin nəzəriyyəsinin əsasında qurulmasını
məqsədəuyğun hesab edirdilər. Bu nəzəriyyəyə görə, yoluxucu xəstəlik törədicilərinin sahibinin
orqanizmində lokalizasiyası onların bioloji xüsusiyyətlərinin cəmi ilə təyin edilir, təkamül prosesində
qazanılmış parazit həyat tərzi isə öz sahibinin daxili mühitinə və spesifik yoluxma mexanizminə növ
adaptasiyasıdır.
İnsanın yoluxucu xəstəliklərini L.V.Qromaşevski 5 qrupa bölür:
1. I qrup – bağırsq yoluxucu xəstəlikləri (törədicinin bağırsaqda və ətraf orqanlarında lokalizasiyası);
2. II qrup – tənəffüs yollarının yoluxucu xəstəlikləri (törədicinin tənəffüs yollarının selikli qişasında
və ağciyərlərdə lokalizasiyası);
3. III qrup – qan sisteminin yoluxucu xəstəlikləri (törədicinin qan və limfada lokalizasiyası);
4. IV qrup – xarici örtüyün yoluxucu xəstəlikləri (əsasən xarici örtükdə - dəridə və selikli qişalarda
loklizasiyası);
5. V qrup – müxtəlif yoluxma mexanizminə malik yoluxucu xəstəliklər.
Sonralar bu təsnifat daha bir neçə qrupla tamamlanmışdır – bir neçə yoluxma mexanizmi olan
infeksiyalar əlavə edilmişidir. Çox güman ki, yalnız hemo-kontakt yoluxma mexanizminə malik nozoloji
formalar xüsusi qrupa aid ediləcək, lakin bu, heç də özünü doğrultmur. Belə ki, yoluxma mexanizminə
mail xəstəliklər bir neçə yoluxma mexanizmli xəstəliklər qrupuna daxil edilə bilər, çünki onların vertikal
və ya homokontakt mexanizmlə yanaşı, digər yoluxma yolları da var
L.V.Qromaşevski və onun tələblərinin apardığı tədqiqatlar nəticəsində yoluxucu xəstəliklərin
təsnifatının elmi əsasları yaradıldı. Tədqiqatlar bu sahədə gələcək elmi işlərin aparılması üçün əsas oldu.
Təsnifatın əsasını törədicinin spesifik yoluxma mexanizminin onun orqanizmdə lokalizasiyası uyğunluğu
müddəası təşkil edirdi. Onun əsasında antroponozların təsnifatı verildi. Lakin bu əsaslarla zoonozların
təsnifatlaşdırılması çətinliklərə rast gəldi.
Yoluxucu xəstəliklərin təsnifatının digər əsaslarda qurulmasının çoxlu cəhdləri olmuşdur.
Onlardan ən əhəmiyyətlisi yoluxucu xəstəliklərinin törədicilərinin müxtəlif təbiətli olmasını nəzərə
almaq idi. Bu cəhətdən infeksiya mənbəyinin təhlili çox maraqlıdır. Epidemioloqlar müşahidə etmişlər
ki, bir halda yoluxucu xəstəliklərin törədicilərinin mənbəyi insan, digər halda heyvandır. Ona görə də
Virxovun təklif etdiyi zonalar termini qəbul edildi. Bu, heyvanların yoluxucu xəstəlik törədicilərinin
insanlara keçmək qabiliyyətinə malik olmasıdır. Sonralar zoonozları əksinə, insanların yoluxucu
xəstəlikləri antroponoz xəstəliklər adlandırıldı.
Antroponozlar
– törədiciləri ancaq insanın paraziti olan yoluxucu xəstəliklər qrupudur. Onların
yaşaması törədicilərin insandan insana fasiləsiz yayılamsı ilə təmin olunur. Heyvanlar antroponoz
xəstəliklərin törədicilərinə ya tamamilə qeyri-həssasdır, ya da onlar üçün bioloji dalan hesab olunurlar.
Zoonozlar
– infeksiya mənbəyi heyvanlar olan xəstəliklər qrupudur. Zoonozların törədiciləri
filogenezdə müəyyən növ heyvanların uyğunlaşmışdır və onlar törədicilərin daimi saxlanmasını təmin
edir. Zoonozların törədiciləri əlverişli sosial-iqtisadi şəraitdə insanları da yoluxdura bilir, insan zoonoz
xəstəliklərin törədiciləri ilə yoluxaraq epidemioloji əhəmiyyətə malik xəstəlik mənbəyinə çevrilir.
Antropozoonozlar
– insanın yoluxucu xəstəliklərinin 3-cü qrupudur. Onun törədiciləri
filogenezdə həm insanlara, həm də heyvanlara uyğunlaşmış və onların əsl parazitləridir.
Antropozoonozlarda epidemik və epizootik proseslər arasında əlaqə vardır. Təkamüldə parazitin insan və
heyvanlara uyğunlaşması dərəcəsindən asılı olaraq epidemik və epizootik proseslərin müxtəlif növləri
qeyd edilə bilər. Ancaq antropozoonozların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
23
törədiciləri insan və heyvanlar arasında dövr edir. Ona görə də bu xəstəliklərdə epidemik və epizootik
proseslər qarşılıqlı səciyyələnir.
V.D.Belyakov (1989) insanların yoluxucu xəstəliklərinin təsnifatını bu xəstəliklərin törədicilərinin
ekoloji və filogenetik yaxınlığı baxımından tərtib etmişdi. Təsnifatın birinci ccərgəsində
törədicilərin
rezervuarından asılı olaraq 3 xəstəlik qrupu verilmişdir:
1. Antroponozlar:
bağırsaq; tənəffüs yolları; qan; xarici örtük.
2. Zoonolar:
bağırsaq; tənəffüs yolları; qan; xarici örtük.
3. Sapronozlar:
bağırsaq; tənəffüs yolları; xarici örtük xəstəlikləri.
Daha sonra B.L.Çerkasski ekoloji-epidemioloji təsnifatı təklif etmişdir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
24
MÖVZU 8
Qrip
Qrip (Influenza)
- kəskin virus xəstəliyi olub, yüksək intoksikasiya, yuxarı tənəffüs yollarının
zədələnməsi simptomları və ikincili bakterial flora ilə şərtlənən ağırlaşmalara meyilliliyi ilə səciyyələnir.
Qrip insanin virus etiologiyalı kəskin yoluxucu xəstəliyidir. Hava-damcı yolu ilə yayılaraq tez- tez
epidemik və bəzən də pandemik şəkildə yayılır. Kliniki gedişi ümumi daxili intoksikasiya və yuxarı
tənəffüs yollarının zədələnməsi ilə təzahür edir.
Qrip xəstəliyinin törədicisi
RNT tərkibli virus, Orthmyxoviride ailəsindən, İnfluenzavirus
cinsindən olan virusdur. O, ilk dəfə 1933-cü ildə aşkar edilmişdir.
Qeyd edildiyi kimi, virusun 3 tipi ayırd olunur: A, B və C. Onlar öz aralarında bir-birinə oxşayırlar,
lakin antigen tərkibinə görə fərqlənirlər.
A qripinin iri epidemiyaları
2-3 il intervalla, pandemiyalar isə təqribən 10-15 il intervalla baş
verir. B qripinin epidemiyaları isə 3-4 il intervalla baş verir. C tipi virusu ilə törədilən qrip sporadik və
ya qapalı kollektivlərdə kiçik alovlanmalar şəklində təzahür edir.
Qrip zamanı infeksiya mənbəyi
– xəstə, xüsusilə yüngül,silinmiş və simptomsuz formalarda
olan şəxslərdir, belə ki, xəstələr kollektivdən təcrid edilmirlər. Xəstə xəstəliyin şiddətlənmə dövründə
xüsusilə yoluxdurucudur, yoluxdurucu dövr 4-7 gün təşkil edir
İnfeksiya hava-damcı yolu ilə ötürülür. Qripə qarşı həssaslıq yüksəkdir.insanlar istənilən yaşda
xəstələnirlər. Uşaqlar həyatının ilk aylarında qriplə bir qədər az xəstələnirlər,çünki onların bir qismi
anadan transplasentar yolla alınmış immunitetin sayəsində qeyri-həssas olurlar. 6 ayından başlayaraq,
passiv immunitet praktik olaraq hamıda itir və bu yaşdan etibarən uşaqlar qripə qarşı xüsusilə həssas
olurlar. Beləliklə, qripə qarşı ümumi həssaslıq davamsızdır,immunitet tipospesifikdir, qısa inkubasiya
dövrünə malikdir(1-2 gün),hava-damcı yoluxma yolu bu kəskin virus xəstəliyinin kütləvi yayılması üçün
əlverişli şərait yaradır. Qrip virusu epitelotrop və toksikdir. O,nəfəsalma zamanı hava ilə orqanizmə
düşərək tənəffüs yollarının selikli qişasının epitel hüceyrələrində reproduksiya edir. Inkubasiya dövrü bir
neçə saatdan 1-2 sutkaya qədərdir.
Qısa tarixi məlumat və yayılması
. Kütləvi xəstəlik kimi qrip hələdə qədim vaxtlardan təsvir
edilmisdir.
Etiologiyası.
Qripin törədicisini ilk dəfə 1931-ci ildə ingilis baytar həkimi Shope donuz
influenziyası olan xəstələrdən almışdır,indi ona Myxovirus influenzae adı verilmisdir.Müasir təsnifata
görə qrip virusu Ortomyxoviridae ailəsinə daxildir.
A virusu,bir qayda olaraq,qripin pandemiyasını törədir.B qrip virusu ikinci dalğa kimi A qripinin
törətdiyi xəstəliyin aşağı endiyi dövrdə ona qoşularaq xəstələnməni artırır. 1980-1981-ci illərdə qışda
baş verən qrip epidemiyası bu cəhətdən istisnalıq təşkil edir və etioloji cəhətdən B virusu ilə bağlıdır,
sonradan ona A
2
qrip virusu qoşulmuşdu. C qrip virusu əsasən sporadik xəstələnmə və kiçik
epidemiyalar törədir.
Laborator diaqnostikası. Qrip virusunu əsnək və burun seliyində,həmçinin xəstəliyin ilk
günlərində qanda aşkar etmək olar.Lakin onların aşkarlanma faizi yüksık deyildir. Seroloji
reaksiyalardan-neytrallaşdırma reaksiyası və KBR istifadə edilir.
Profilaktikası.
Ümumi sanitr-profilaktik tədbirlər (uşaq müəssisələrinin sanitar-gigiyenik
vəziyyətdə saxlanması, düzgün rejim, otaqların civə-kvars lampaları ilə şüalandırılması) həyata keçirilir.
Uşaqların bədənlərinin möhkəmləndirilməsi tədbirlərinə böyük diqqət verilir.
Epidemik ocaqda uşaqların hamısına hər burun yoluna 2 damcı olmaqla gündə 4 dəfə bütün
alovlanma dövründə interferon damızdırılması məsləhət görülür. Südəmər uşaqlara, xüsusilə zəifləmiş və
yanaşı xəstəliklərdən əziyyət çəkənlərə profilaktika məqsədilə qripəleyhinə immunoqlobulin (0,15ml/kq)
təyin edirlər. Qripin spesifik profilaktikası üçün bir sıra diri və öldürülmüş vaksinlər təklif
olunmuşdur.A.A.Smorodensev tərəfindən hazırlanmış ilk vaksin – diri vaksin intranazal təyin nolunur.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
25
Praktikada həmçinin müxtəlif öldürülmüş vaksinlər işlədilir. Bununla yanaşı, qeyri-spesifik
profilaktika tədbirlərinə üstünlük verilir.
HİB infeksiyası
Hemofil infeksiyası
– kəskin infeksion xəstəliklərdir. Törədiciləri b qrupuna aid olan çöplərdir.
Xəstəlik zamanı tənəffüs orqanları, mərkəzi sinir sisteminin zədələnməsi və müxtəlif orqanlarda irinli
ocaqların əmələ gəlməsi ilə xarakterizə olunur.
Etiologiyası:
Törədiciləri – Hemophilus influenzae (Pfayfer çöpləridir). 16 növü məlumdur. İlk
dəfə 1889-cu ildə qrip epidemiyası zamanı Pfayfer tərəfindən aşkar edilib. Qram mənfidir, kapsula əmələ
gətirir. İnsanlarda patologiya əmələ gətirən hemofil inhfeksiyasının b növü qan dövranına keçmə
qabiliyyətinə malikdir.
Epidemiologiyası:
İnfeksiya mənbəyi yalnız xəstə şəxslər, sağlam basilgəzdirənlərdir. Bu hal
bir neçə gündən, bir neçə aya qədər çəkə bilər.
Yoluxma mexanizmi:
Hava-damcı yolu ilədir. Bəzən təmas yolu ilə də yoluxma baş verə bilər.
Xəstəlik bir şəxsdən digərinə danışıq zamanı, öskürmə, asqırma vasitəsilə, tüpürcəklə, yoluxmuş
oyuncaqlarla və ev əşyaları ilə keçir. Xəstəliyə əsasən 6 aydan 4 yaşa qədər olan uşaqlar yoluxur. Çox
nadir hallarda yeni doğulmuşlar, böyük yaşlı uşaqlar və böyüklər arasında təsadüf edilir.
Xəstəliklə aşağıdakı yoluxma risk qrupları var:
1. 2 yaşa qədər uşaqlar və qocalar;
2. Uşaq müəssisəsinə gedən uşaqlar;
3. Südəmər uşaqlar;
4. Maddi imkanı zəif olanlar;
5. VİÇ-infeksiyalı uşaqlar;
6. Alkoqoliklər;
7. Limfoqranulomatozlu xəstələr;
8. Dalağı çıxarılmış şəxslər.
Xəstəliyə qışın axırı yazda daha çox təsadüf edilir. Xəstəlikdən sonra davamlı immunitet əmələ
gəlir. Xəstəliyin inkubasion dövrü təyin edilməyib.
Klinikası:
Xəstəlik kəskin başlayır. KRX əlamətləri olur. Xəstəlik aşağıdakı kliniki şəkildə keçə
bilər: irinli meningit, kəskin pnevmoniya, sellyulit, qırtlağın iltihabı, irinli artrit, perekardit, sinusit, otit,
tənəffüs yollarının xəstəlikləri.
Diaqnozu təsdiq etmək üçün irində, bəlğəmdə, hemofil çöplərinin aşkar edilməsidir. Müalicə
düzgün aparılmadıqda xəstəlik ölümlə nəticələnir. Müalicə məqsədilə ampisillin, amoksiklab, biseptol
işlədirlir.
Xəstəliyin profilaktikası:
xəstələrə və kontaktda olan şəxslərə, risk qrupundan olan xəstələrə
xəstəliyin 1-ci həftəsində Rifampisin təyin edilir (10-20 mq/kq). Ən effektiv olaraq vaksinasiyanın
aparılmasıdır. Vaksin uşaqlara 2, 3, 4 aylığında 0,5 ml əzələ daxilinə vurulur. Vaksini AGDT, Poliomielit
və Hepatit B ilə eyni vaxtda aparırlar.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
26
MÖVZU 9
Difteriya
Difteriya
(yunanca diphtera-ərp, qaysaq, pərdə) səlikli qişada özünəməxsus fibrinoz ərp və
ümumi intoksikasiya əlamətləri ilə keçən antroponoz mənşəli yoluxucu xəstəlikdir.
Yayılması.
Difteriya bütün dünyada geniş yayılmış xəstəlikdir. Xəstələnmə seviyyəsi ayrı-ayrı
çlkələrdə müxtəlif səbəblər üzündən (sosial şərait, peyvənd işinin təşkili, coğrafi vəziyyət, iqlim, əhalinin
sıxlığı və s.) müxtəlif olur.Tropik iqlimə malik və əhalisi seyrek yerləşmiş ölkələrdə difteriyaya az
təsadüf edilir.
Son illərdə peyvənd və epidemiya əleyhinə tədbirlərin geniş tətbiqi nəticəsində bir çox inkişaf
etmiş ölkələrdə difteriya ləğv edilmiş, digərlərində isə çox aşağı səviyyəyə endirilmişdir. MDB-nin əksər
respublika, diyar və vilayətlərində müasir difteriya sporadik halda qeyd edilir,bir çoxlarında isə tamamilə
ləğv olunmuşdur.
Etiologiyası.
Difteriya çöpleri polimorf olub, 1-6mkm, eni isə 0,3 eni isə 0,5mkm arasında
tərəddüd edir. Bəzən daha qısa və ya əksinə, uzun olurlar. Hərəkətsiz, sporsuz, Qrammüsbət, ucları şiş,
ancaq başını xatırladan çöplərdir. Neyser üsulu ilə boyandıqda daxilində 2, bəzən daha çox tünd rəngə
boyanan dənəciklər görünür ,bunlara Babeş-Ernst və ya volyutin dənəcikləri deyilir. Difteriya çöpləri
oksigen olduğu şəraitdə və zəif qələvi reaksiada (pH-7,6-8,0) yaxşı inkişaf edir. Adi qidalı mühitlərdə pis
bitir, qan və zərdab olan mühitlərdə sürətlə böyüyür. Ən yaxşı qidalı mühit Leffler və Klauberq- tellurlu
qidalı mühitlərdir. Difteriya mikroblarının 3 tipi məlumdur:giravis,mitis və intermedius. Bundan
əlavə,təbiətdə yalançı difteriya çöpləri də yayılmışdır. Difteriya toksik formasında ən çox gravis tipi, tək-
tək baş verən xəstələnmə hallarında isə mitis tipi tapılır.
Difteriya çöpləri duru mühitdə 60
0
C temperaturda 10 dəqiqə ərzində məhv olurlar. Tüpürcəklə
stəkanın kənarına düsdukdə 15 günə kimi salamat qalırlar. İşıqda 4-8 saatdan sonra məhv olurlar. tozda 5
həftəyə,suda və süddə 6-20 gün,meyitdə isə 2 həftəyə qədər yaşayırlar; 5%-li karbon turşusu, 1%-li
süleymani məhlulları və 50-60%əli spirt bir dəqiqə ərzində onları məhv edir. Otaq hərarətində 2 aya qədər
yaşayırlar. 2-3 gün çəkən (bəzən 7 gün) inkubasiya dövründə xəstə yoluxucu deyil, çöplər ətraf mühitə
yayılmır.
İnfeksiya mənbəyi
. Difteriya xəstəliyində infeksiya mənbəyi xəstə və törədicigəzdirənlərdir.
Törədicinin toksigen ştamları bütün xəstəlik və rekonvalessensiya dövründə (3 -4 ay müddətində)
orqanizmdən ifraz olunurlar.Ayrı-ayrı hallarda isə törədici xəstəlik başlanandan 7 həfdə sonra tapılıb.
Bəzən törədicigəzdirmə 90 günə qədər davam edə bilər. Sağlam törədici gəzdirənlərdən yoluxma
rekonvalessentlərə nisbətən 20-24 dəfə az baş verir.
Yoluxma mexanizmi
. Difteriyanın yayılması əsasən hava-damcı yoluxma mexanizmi ilə
müəyyən edilir. Xəstə və törədicigəzdirənin ətrafında hava öskürək, asqıraq, danışıq, qışqırma və ağlama
zamanı difteriya çöpləri ilə çirklənir. İnfeksiya mənbəyindən 0,5-2 m məsafədə olanlar difteriya ilə daha
tez yoluxurlar. Törədicinin quru şəraitə davamlılığı hava-toz yolu ilə də yoluxmağa imkan verir. Məişət
əşyaları (qab-qacaq,oyuncaq və s.) vasitəsilə difteriya nisbətən zəif yayılır. Xəstə uşağın tez-tez və uzun
müddət istifadə etdiyi oyuncaq daha böyük epidemioloji əhəmiyyətə malikdir. Qida vasitəsilə (süd, kremli
pirojna və s.) difteriyanın yoluxması nadir hallarda baş verir. Bəzi hallarda difteriya törədicisini dəriyə,
gözə və tənasul üzvlərinə bu mikroblarla çirklənmiş əllə yoluxdurmaq mümkündür.
Dostları ilə paylaş: |