Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
Epidemiologiya pdf 1N BTK


Epidemiologiyası: 
İnfeksiya  mənbəyi  vəhşi  və sinatrop  heyvanlar,  suda  üzən  quşlar,  balıq  və 
insanların orqanizmi sayılır. Botulizm törədicisi inək, at, donuz, dovşan, siçovul, toyuq, su quşları  və bir 
çox  heyvanların bağırsaqlarında yaşayaraq onların  orqanizminə  zərər yetirmir.  Xəstə  şəxs  epidemioloji 
cəhətdən təhklükəli deyil. Heyvan insan orqanizmindən nəcisdən ifraz olunaraq torpağa, suya, müxtəlif 
yem məhsullarına, ətraf mühitin müxtəlif obyektlərinə düşür. Bu hadisə botulizmdən ölmüş gəmirici və 
quş cəsədlərinin çürüməsi nəticəsində baş verir. Xarici mühitdə bunlar spor halına keçərək uzun müddət 
saxlanılır. Torpaqdan törədici su və müxtəlif ərzağa, sonra isə bunların nəcisi ilə heyvan, balıq və insan 
bağırsaqlarına  daxil  olur.  Beləliklə,  törədicinin  təbiətdə  dövranı  davam  edir.  İnsanlar  törədicilərlə 
yoluxmuş və əsasən anaerob şəraitdə yerləşdirilmiş  (konservləşdirmə   və  s.) ərzaq, balıq, ət və s.qəbul 
etdikdə xəstələnirlər. 
İnkubasiya dövrü çox vaxt 6 saatdan 48 saata qədər, bəzən 3-7 gün davam edir. İnkubasiya dövrü  nə 
qədər qısa olsa, xəstəlik bir o qədər ağır keçir. 
Epidemioloji  qanunauyğunsuzluq  - 
Botulizm  xəstəliyi  qrupla  xəstələnmə  şəklində  qeyd 
edilir. Avropa ölkələrində botulizm əsasən kolbasa məmulatı və ət  məhsullarının qəbulu nəticəsində baş 
verir.  ABŞ-da keçmişdə  əksinə,  botulizmlə  xəstələnmənin  yarısından  çoxu    bitki    mənşəli  konservlər 
hesabına törənirdi. Rusiyada botulizmlə xəstələnmə çox vaxt ev şəraitində konservləşdirilmiş göbələklər, 
balıq, balıq məhsulları və bitkilərin qəbulu nəticəsində baş verir. Botulizm üçün fəsillilik xarakterik deyil. 
Bununla  belə,  yayda  botulizm  baş  verməsində  isti  havanın  əhəmiyyəti  var.  Ancaq  yay  aylarında 
konservləşdirilməmiş ərzaq az istifadə edildiyindən az  qeyd olunur. Qışda əksinə, bir çox ölkələrdə daha 
çox  xəstəlik  qeyd  edilir.  Botulizm  xəstəliyi  yaşlı  insanlar  arasında  daha  çox  təsadüf  edilir.  Sporadik 
alovlanma şəklində baş vermiş, xəstəliyin epidemioloji müayinəsi zamanı ilk növbədə yoluxmuş  ərzağın 
növünü təyin  etmək,  laborator  müayinəsinə  göndərmək,  onun  qalığını  ləğv  etmək  və onu  qəbul  edən 
şəxslərin tez tapılmasına xüsusi diqqət yetirilməlidir. 
Profilaktika və  mübarizə tədbirləri  - 
Botulizmin profilaktikası ərzağın konservləşdirilməsi 
zamanı  sanitariya  və  texnoloji  qaydalara  ciddi  əməl  etməyə  əsaslanan  əti  və  balığı  ancaq  təzə  halda 
konservləşdirməyə icazə verilir. Tərəvəz və meyvə konse4rvləşdirilməmişdən qabaq yaxşı yuyulmalıdır. 
Çox yetişmiş meyvəni konservləşdirmək olmaz. Sterilizasiyaya ciddi əməl etmək lazımdır. Balıq, vəhşi 
quş  və  başqa  məhsulları  duza  qoyduqda  duzlu  suyun  içərisində  xörək  duzunun  miqdarı  10%-dən  az 
olmamalıdır. Əlavə tədbir kimi duza və turşuya qoyulmuş ərzaqlar soyuq şəraitdə 

1 nömrəli Bakı  Tibb Kolleci 
54 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
saxlanılmalıdır.  Konservləşdirilmiş  ərzaq  istifadə  edilməməzdən  əvvəl  yoxlanmalıdır.  Hermetikliyi, 
pozulmuş qapağı qalxmış, qablardan rəngi dəyişmiş ərzaqdan istifadə etmək olmaz. 
Botulizm  xəstəliyi  şübhə olduqda həmin  şəxsin  təcili olaraq  mədəsi  yuyulmalı və gecikdirmədən 
xəstəxanaya  göndərilməlidir. Xəstəyə lazımi qaydalara  əməl etməklə təcili botulizm əleyhinə (A, B, C, 
E) zərdab vurulmalıdır. Profilaktika ilə hər zərdab tipindən 1000-2000BV dozada vurulur (BV- beynəlxalq 
vahid). Aktiv immunizasiya məqsədilə  botulizm toksinlərinin  A, B, C, D, E tiplərinə  qarşı  hazırlanmış, 
təmizlənmiş, sorbsiya edilmiş penta anatoksindən istifadə edilir. Preparatı 3 dəfə 0,5 ml  dozada 30-35 
gün  intervalla  vururlar.    Revaksinasiyanın  3-6  aydan  sonra  0,5  ml  dozada  aparılır.  İmmunizasiyanın  
botulizm toksini ilə təmasda olanlar arasında aparmaq lazımdır. Zəhərlənməni  əmələ 
gətirən ərzaq aşkar edilir və həmin ərzağın qalıqları istifadədən götürülərək məhv edilir (ya quru xlorlu 
əhənglə qarışdırılır, ya da yandırılır). 

1 nömrəli Bakı  Tibb Kolleci 
55 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  27 
Salmonelyoz (Samonellosis) 
 
Salmonelyoz  -  kəskin  infeksion  xəstəlik  olub,  Salmonella  cinsindən  olan  çoxsaylı  serotipli 
bakteriyalar tərəfindən törədilir. 
Tarixi məlumat 
- Salmonelyozun törədicilərini ilk dəfə 1885-ci ildə Salmon və Smit ayirmışlar. 
1888-ci ildə Gartner ölmüş adamdan və ətdən salmonelyozun  törədicisinə  oxşar bakteriyalar müəyyən 
etmişdir. Sonralar bu bakteriyalara oxşar çox  mikrob  aşkar edildi. İnsanlarda salmonelyoz  xəstəliyinin 
törədicilərinə  oxşar  mikroblar  heyvanlardan  da  tapıldı.Hazırda salmonellaların 2000-dən çox  seroloji 
tipi vardır. 1934-cü ildə bütün mikroblar bir qrupda birləşdirildi və salmonella adı verildi. 
Etiologiya. 
Salmonella  cinsindən  olan  bakteriyalar  Enterobacteriaceae  ailəsinə  daxildirlər.  Bu 
qrup bakteriyalar qram-mənfi, aerob olub, spor əmələ gətirmirlər, hərəkətlidirlər. Zəif qələvi mühitdə pH 
7,2-7,4  37
0
C-də  yaxşı  inkişaf  edirlər.  Adi  qidalı  mühitlərdə  asanlıqla  çoxalırlar.  Xarici  faktorların 
təsirindən bioloji,  seroloji,  virulentlik, toksigenlik  və s. xüsusiyyətlərini  tez  dəyişirlər. Salmonella ilə 
çirklənmiş ət parcası 2 saat qaynadıqdan sonra steril olur. Çiy sosiska və kolbasada salmonella 107 - 130 
gün  ölmür.  Sellafan  örtük  bu  mikrobların  istiyə  davamlılıgını  xeyli  artırır.  Soyuqda  saxlanılan  ətdə 
salmonellalar ölmür, hətta sürətlə çoxalır. Duzlanmış ətdə 12-15
0
C otaq temperaturunda salmonella 75 
gündən  sonra  ölür.  Dondurulmuş  yumurta  sarısında  20
0
C  salmonella  13  ay  məhv  olmur.  Cəkilmiş  ət 
məmulatlarında (farş)  və süd  məhsullarında  daha çox  yaşayır. Çiy  süddə 11 sutka, quru kəsmikdə 4 il, 
əriməmiş  yagda 128  gün, konfetdə  196  gün,  şokoladda  174  gün  tələf  olmurlar.  Salmonella  torpaqda 
asanlıqla qışı keçirir, dondurulmuş  tərəvəzdə 18
0
C 750 gun diri qalır. Bunlar quru mühitdə  uzun müddət 
yaşayır.  Mənzil  tozunda  80  gün,  peyində  4  ilə  qədər  ölmürlər.  İndi  istifadə  olunan  antibiotiklərin 
əksəriyyəti  salmonellaya  zəif  təsir  göstərirlər.  Antibiotiklərin  antimikrob  təsirini  gücləndirmək  üçün 
onları kombinə edilmiş şəkildə istifadə etmək lazımdır. Dezinfeksiyaedici preparatlardan 0,5% xloramin, 
0,4% xlorlu əhəng məhlulu salmonellanı 10 dəqiqə müddətində öldürür. 0,5% fenol məhlulu isə 2 saatdan 
sonra öldürür. Salmonellanın termolabil H və termostabil O antigenləri vardır. 
Salmonellalar bipatogen hesab olunur, onlar həm insanda, həm də heyvanlarda xəstəlik törədir. 
İnsanda 700 dən çox növü xəstəlik torədir, lakin ən çox 10-15-i təsadüf edilir. 
Epidemiologiya. 
Salmonelyozun  mənbəyi  insanlar  və  heyvanlar  ola  bilər.  Təbiətdə 
salmonelyozun epidemiologiyasında əsas rezervuarı heyvanlardır. Onlar  həm  salmonellaları  yayır, həm 
də  belə  xəstə  heyvanın  ətindən,  südündən  istifadə  etdikdə  insanlar  salmonelyoza  yoluxurlar. 
Bakteriyagəzdirən  heyvanların  nəcisi,  sidiyi,  burun  seliyi,  agız  suyu  ilə  salmonellalar  ifraz  olunurlar. 
Bundan  başqa  vəhşi  heyvanların  çoxunda,  quşlarda,  suda  yaşayan  heyvanlarda,  gəmiricilərdə  də 
salmonella tapılır. Xüsusilə ördək və qaz daha tez-tez salmonelyoza tutulurlar. Salmonellalar bu quşların 
ətində və yumurtasında olur. Lakin, saglam quşların yumurtası  da  salmonella  ilə  çirklənə bilər. Çünki 
salmonella  asanlıqla  qabıqdan keçərək  yumurtanın  sarısında  sürətlə  çoxalır.  Mikrobla  çirklənmiş  belə 
yumurta  xarici  gorünüşcə  heç  bir  dəyişikliyə  ugramır.  Bundan  başqa  yumurtada  salmonellalar  istinin 
təsirinə çox davamlı olurlar. Ördək yumurtasını 13 dəqiqə, qaz yumurtasını 14 dəqiqə qaynadıb, tədricən 
soyutduqda salmonellalar məhv olur. Lakin qaynadılmış yumurtanı suda 

1 nömrəli Bakı  Tibb Kolleci 
56 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
birdən-birə soyutduqda  o mikroblardan təmizlənmir. Yumurta tozunda  olan salmonella krem hazirladiqda 
insanlar arasında geniş xəstələnmə törədə bilər. Hazırda müəyyən edilmişdir ki, insan da salmonelyozun 
mənbəyi ola bilər.İnsanlar arasında bakteriyagəzdirmə çox vaxt salmonelyozu keçirdikdən sonra yarana 
bilər. Çox vaxt salmonella öd kisəsində yerləşir və nəcislə ifraz olunur. 
 
İnsanda ən çox B qrup və E qrup salmonellalar tapılır. 
 
 
Salmonella bakteriyagəzdirməsi 2 aydan 1 ilə  qədər,  bəzən 8 il  olur. Bakteriyagəzdirən  şəxslər 
əsasən  qida  məhsullarını  və  suyu  çirkləndirirlər.  Odur  ki,  belə  şəxslərin  qida  maddələri  ilə  təmasda 
olması olduqca təhlükəlidir. Bakteriyagəzdirənlər məişət yolu ilə uşaqları da yoluxdura bilərlər. 
Salmonelyoz əsasən alimentar yolla, yəni qida ilə yoluxur. Qida məhsulları içərisində əsas yeri ət 
məmulatları  tutur.  Heyvan  xəstələnərkən,  ya  da  saglam  heyvanın  əti  dograndıqda,  daşındıqda  və 
saxlandıqda salmonella ilə çirklənə bilər. 
Başqa  qida  məhsulu-süd,  balıq,  yumurta,  qənnadı  məmulatı,  meyvə-tərəvəz,  salatlar,  veneqred, 
mayonez və s. salmonelyoza yoluxmaga səbəb ola bilər. Çöx vaxt qida məhsulları, su,  qab-qacaq həşarat, 
milçəklər və gəmiricilər tərəfindən çirkləndirilir. 
Salmonelyoz məişət-təmas yolu ilə də yoluxa bilər. Xəstəyə qulluq edən şəxslərin salmonelyoza 
yoluxması halları tez-tez təsadüf edilir və hətta heyvanlar da bakteriyagəzdirən insandan yoluxa bilər, 
həmçinin əksinə itdən, quşdan məişət-təmas yolu ilə salmanelyoza tutulma halları da rast gəlinir. 
Nadir hallarda salmonelyoz konyuktivial qişa və aerogen yolla da yoluxur. Çiy ət yeyən xalqlar 
arasında bu xəstəlik tez-tez və agır formada təsadüf edilir. 
Profilaktika
.  Salmonelyozun  profilaktikası  baytar  həkimləri  və  tibb  işcilərinin  birgə  səyi  ilə 
təşkil edilməlidir. 
1.  Baytar-sanitariya  tədbirləri 
-  Baytar  işçiləri  xəstə  və  bakteriyagəzdirən  heyvanların  vaxtında 
tapıb  zərərsizləşdirilməlidir.  Heyvanların  kəsilməsi,  ət  və  süd  məhsullarının  emalı  və  yemlərin 
hazırlanmasına da nəzarət edilməlidir. 
2.  Sanitar-gigiyena  tədbirləri 
-  Xaricdən  ölkəmizə  gətirilən  məhsulların  keyfiyyətinə  nəzatət 
edirlər. Əsasən fermalarda, ət-süd emalı müəssisələrində, kremli qənnadı məhsullar fabrikində, ictimai 
iaşə yerlərində (ərzaq mafazası, anbar, baza, soyuducular, mətbəxlər, ümumi yeməkxanalar) və bazarlarda, 
uşaq və müalicə-profilaktika müəssisələrində (dogum evi, uşaq və körpələr evi) həyata keçirilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
57 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
3.  Epidemiya əlehinə tədbirlər 
- Xəstə şəxslərin və bakteriya ifraz edənlərin vaxtında aşkar edilməsi 
salmonelyozun yayılmasının  qarşısını ala  bilər.Son  illər  qida müəssisələrində  işləyən  şəxslər  qəflətən 
bakterioloji müayinədən keçirilir. 
Xəstəxanada  müalicə  olunan  salmonelyozlu  xəstələr  xüsusi  təlimata  uygun olaraq  evə  yazılırlar. 
Klinik sagalma baş verdikdən sonra belə xəstələrin sidiyi, nəcisi, onikibarmaq bagırsaq möhtəviyyatınınn 
bakterioloji reaksiyalara görə müayinəsi və rektoromanoskopiya müayinəsi də lazımdır. 
Salmonelyozlu xəstələr 6 ay dispanser müşahidəsində olmalıdırlar. 
Xəstəlik  ocagında  carı  və  tamamlayıcı  dezinfeksiya  işləri  aparılır.  Salmonelyozun 
profilaktikasında  şəxsi  gigiyena  qaydalarının  gözlənilməsi,  xəstə  şəxslərə  qulluq  edərkən  ehtiyat 
tədbirlərini yerinə yetirmək, evdə milcək və həşaratlara, gəmiricilərə qarşı mübarizə aparılmalıdır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
58 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  28 
Poliomielit (Poliomyelitis) 
 
Poliomielit  orqanizmin  hərarətlə  gedən  kəskin  virus  xəstəliyidir;  xəstələrdə  onurğa  beynin  boz 
maddəsində və mərkəzi sinir sisteminin digər şöbələrində iltihabi dəyişikliklər meydana çıxır.  Bu zaman 
yuxarı,aşağı ətraflarda və gövdədə süst atrofik ifliclər və parezlər baş verir. 
Poliomielit eramızdan bir neçə min il əvvəl məlum olmuşdur. Xəstəlik ilk dəfə  eramızdan əvvəl 
IV əsrdə Hippokrat tərəfindən təsvir edilmişdir. Poliomielitin elmi cəhətdən öyrənilmə- sində  Moskva 
Universitetinin professoru U.Y.Dyadkevski (1834) və alman ortopedi Heynenin (1840) rolu böyükdür. 
MDB-də poliomielitin tədqiqinə 50-ci  illərdə başlanılmışdır.Bu sahədə  rus  alimlərindən 
M.P.Çumakov, A.A.Smorodinsev, Y.N.Levkoviç, M.K.Voroşilova və başqalarının böyük xidmətləri 
olmuşdur.Azərbaycanda  bu  xəstəliyi  Ə.Ə.Babayev  (1959-1984)  və  onun  rəhbərlik  etdiyi 
laboratoriyanın işçiləri ətraflı öyrənmişlər. 
Yayılması. 
Poliomielit  dünyanın  bütün  qitələrində  yayılmışdır.XIX  əsrin  ortalarına  qədər  bu 
xəstəlik  sporadik  və  lokal  epidemik  alovlanmalar  şəklində  qeyd  edilirdi.1974-cü  ildə  dünya-  nın  6 
regionunda  (Avropa,  Asiya,  Afrika,  Amerika,  Şərqi  Aralıq  dənizi,  Qərbi  Sakit  okeanı)  cəmi  8692 
poliomielitlə  xəstə  qeydə  alınmışdır.Ayrı-ayrı  ölkələrdə  1974-cü  ildə  xəstəliyin  sayı  kəs-  kin  şəkildə 
azalmışdır.1976-cı ildə isə bütün dünyada cəmi 9473 xəstə aşkar edilmişdir, onun da yarısından çoxu 
Afrika ölkələrində baş vermişdir. 
Etiologiyası. 
Poliomielitin törədicisi poliovirus-Polioviruses 25-35 mm ölçüsündə kiçik viruslar 
olub,  enteroviruslar  ailəsinə  daxildir,  onun  3  müxtəlif  tipi  məlumdur  (I,II,III).  Poliovirus  xarici  mühit 
təsirlərinə davamlıdır, nəcisdə, çirkab sularında, suda, süddə, yağda və başqa qida məhsullarında həftələr 
və aylarla  salamat  qalır.  Adi pasterizasiya  (62
0
S)  virusu  30  dəqiqə  müddətində,  80
0
C  temperatur  0,5 
dəqiqəyə,  qaynatma  isə  bir  anda  məhv  edir.  Bütün  məlum  antibiotik-  lər  və  dərman  preparatları 
polioviruslara  təsir  etmir,  70%-li  spirt,  5%-li  lizola  davamlıdırlar.  Mühitin  pH-ı  2,3-dən  9,4-ə  qədər 
olduqda 1 gün, dondurulmuş vəziyyətdə illərlə, +4
0
S-də bir neçə ay, otaq hərarətində 70 günə qədər, 50%-
li  qliserin  məhlulunda  1  ildən  çox  salamat  qalırlar.  Formalin  buxarı  50
0
C  hərarətdə  yaxşı 
dezinfeksiyaedici təsir göstərir. 
Patogenez  və  klinikası
.  Tədqiqatçıların  əksəriyyətinin  fikrincə,  poliovirus  orqanizmə  ağız 
vasitəsilə daxil olur. 1-2 gündən sonra daxil olduğu yerdə boğaz   halqası   toxumalarında  və bağırsaqlarda 
inkişaf edərək yerli limfa vəzlərinə,oradan isə qana  daxil  olur,  qan cərəyanı vasitəsilə üzv və toxumalara 
yayılaraq  sinir  sisteminə  daxil  olur,onurğa  beynin  ön  və arxa  şaxələrində,  bel  qanqliyalarında  inkişaf 
edərək  onları  zədələyir.  Sinir  sistemində  poliovirus  sinir  toxumaları  və  ya  perinevral  sahə  vasitəsilə 
hərəkət edir. Yoluxmadan 4-5  gün sonra viremiya baş verir, bu bir neçə gün davam edir (1-2 gündən 20 
günə qədər).Sinir sistemində virus 4 həftəyə qədər saxlanılır, burun- boğazdan virus xəstəliyə qədər bir 
neçə gün və xəstəliyin I həftəsi ərzində, bağırsaq vasitəsilə isə 3-6 həftədən artıq müddətdə ifraz olunur. 
Nəcislə virus çoxlu miqdarda xaric olunur. 
Poliomielitin klinik gedişi müxtəlifdir. Xəstəliyin əsasən 3 forması qeyd olunur:abortiv, iflicsiz və 
iflicli  formaları.  Xəstəlik  orta  hesabla  9-12  gün  çəkən  (1-2  gündən  30-40  günə  qədər)  inkubasiya 
dövrüvdən sonra inkişaf edir. Xəstəliyin əsas əlamətləri - hərarətin yüksəlməsi, mədə-bağırsaq sisteminin 
disfunksiyası və mərkəzi sinir sisteminin zədələnməsindən ibarətdir. Xəstəlik 1 neçə dövrdə davam edir: 
iflicdən qabaqkı, iflic, bərpa, qalıq və ya rezidual dövrlər. İflic formasında zədələnmənin yerləşməsindən 
asılı olaraq meningial, bel, bulbar, pontin (üz sinirinin zədələnməsi), ensefalit, ataktik və başqa formaları 
qeyd  edilir.  Xəstəliyin  gedişinə  və nəticəsinə  virusun infeksion  dozası,    yoluxma  üsulu  və orqanizmin 
ümumi  vəziyyəti  təsir  göstərir.  Abortiv  poliomielit  xəstəlik  formasında  mərkəzi  sinir  sisteminin 
zədələnməsi  əlamətləri  qeyd  edilir,  xəstələrdə  uzun  sürməyən  temperatur  yüksəlməsi,  baş  ağrıları  və 
kataral hallar görünür. Abortiv forma ancaq epidemioloji anamnez və ya virusoloji müayinə vasitəsilə aşkar 
edilir. Əlamətsiz infeksiya poliomielitində ən çox (bütün hadısələrin 90 -95%- 
i)  təsadüf  edilən  formadır.  Onun  nəticəsində  əkscisimlər  əmələ  gəlir  və  mədə-bağırsağın  təkrari 
yoluxmağa   qarşı   rezistentliyi   yaranır.   Poliomielit   xəstəliyinin   yüksəlişi   dövründə   iflicli forma 

1 nömrəli Bakı  Tibb Kolleci 
59 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
əlamətsiz (inapparant) formaya görə 1:1100-1500,xəstəliyin azalmış səviyyəsində isə 1:40-a  nisbətində 
qeyd  edilir.  Xəstəlik  keçirmiş  şəxslər  virusu  bir  neçə  ay  ərzində  gəzdirə  bilərlər.  Xəstəlikdən  sonra 
ömürlük  möhkəm  immunitet  yaranır.  Təkrari  xəstələnmə  çox  nadir hallarda,çox  güman ki,  başqa növ 
viruslar  tərəfindən  baş  verir.  Poliomielitdə  yeganə  infeksiya  mənbəyi  insandır.Poliomielitin  bütün 
formalarında  xəstələr,  törədicigəzdirənlər  (rekonvalessentlər  və  sağlam  törədicigəzdirənlər)  infeksiya 
mənbəyi  rolunu  oynayırlar.  Xəstə  prodromal  dövrdə  yoluxdurma  qabiliyyəti  əldə  edir,xəstəlik  inkişaf 
etdikcə xəstələrin yoluxduruculuq qabiliyyəti zəifləyir. Əksər hallarda xəstəliyin 40 -cı günündən xəstə 
infeksiyanı yaymaq imkanından məhrum olur. Bəzi hallarda xəstə-lər törədicini bir  neçə ay ərzində ifraz 
edirlər. İnfeksiyanın yayılmasında yüngül və atipik formalı xəstələr əsas rol oynayırlar. 
Yoluxma  mexanizmi
.  Poliomielit  əsasən  alimentar  yolla,  fekal-oral  yoluxma  mexanizmi  ilə 
yayılır. Hava-damcı mexanizmi ilə də yoluxma mümkündür. Poliomielit xəstəliyində yoluxma amilləri 
bağırsaq  infeksiyalarında  olduğu  kimidir.  Xəstəliyin  yayılmasında  çirkli  əllər,  məişət  əşyaları,  qida 
məhsulları və su iştirak edir. Qida məhsulları üzərindən törədici milçəklərlə keçirilə bilər. Poliomielit 
xəstəliyində məişət və qida epidemiyaları, xüsusilə süd epidemiyaları daha ətraflı öyrənilmişdir. 
Epidemioloji xüsusiyyətləri
Poliomielitə dünyanın müxtəlif  iqlim  zonalarında  təsadüf edilir. 
Onun  üçün  fəsillilik  səciyyəvidir.  Xəstəlik  mayda artmağa  başlayır,  avqust-sentyabr  aylarında  yüksək 
səviyyəyə çatır. Bəzən qışda da poliomielitin epidemik alovlanması baş verir. Poliomielitə müxtəlif yaş 
qruplarında rast gəlinir. Xəstəlik ən çox məktəbəqədər yaşlı uşaqlar arasında baş verir. Uşaqlar doğulandan 
6 aya qədər və böyüklər kütləvi peyvənddən sonra nadir hallarda poliomielitlə xəstələnirlər. 
Profilaktika  və  mübarizə  tədbirləri
.  Poliomielitə  qarşı  mübarizə  kompleks  tədbirlərlə 
aparılır.  Poliomielitli  və  ona  şübhə  oyadan  xəstələr  mütləq  təcrid  edilərək  infeksion  xəstəxanaya 
göndərilirlər. Xəstəxanaya göndərilənə qədər onlar ayrı otaqda saxlanılırlar.  Epidemik  ocaqda infeksiya 
mənbəyini,  yoluxma  yollarını  və  xəstə  ilə  təmasda  olanları  aşkar  etmək  üçün  epidemioloji  müayinə 
aparılır.  Xəstə  ilə  təmasda  olan  uşaqlar  xəstə  təcrid  edildikdən  20  gün  sonra  karan  tində  saxlanılır. 
Xəstəliyin  40-cı  günündən  tez  xəstənin  evə  yazılmasına  icazə  verilmir.  Evə  yazılmış  xəstə  uşaqlar 
sağlamlardan  12  gün  müddətində  ayrı  saxlanılır.  Xəstə  ilə  təmasda  olan  qida  və uşaq  müəssisələrinin 
işçiləri 20 gün işdən kənar edilirlər. 
Uşaq  müəssisəsində  poliomielitli  xəstə  aşkar  etdikdə,xəstə  tapılan  qrup  20  gün  karantində 
saxlanılır, bu  dövr ərzində uşaqların gündə hərarəti ölçülür, onlar tibbi müayinədən keçirilirlər, nəcisləri 
virusoloji  müayinəyə  göndərilir.  Hərarətli,  burun-boğazında  və  bağırsağında    iltihab  prosesi  olan  və 
nevroloji dəyişikliklər qeyd edilən uşaqlar  xəstəxanaya qoyulurlar. Təkrari xəstəlik  baş verdikdə qrup və 
uşaq müəssisəsi (yasli, uşaq bağçası) bütünlükdə 20  gün müddətində gecə-gündüz iş rejiminə keçirilir. 
Xəstəliyin diaqnozu qoyulan andan ocaqda cari dezinfeksiya aparılır. Xəstənin təmasda olduğu əşyalar, 
alt paltarı, üst geyimi, qab-qacağı, yataq dəsti, ifrazatı  dezinfeksiya edilir.  Otaq, ayaqyolu və nəqliyyat 
xəstə hospitallaşdırıldıqdan sonra dezinfeksiya edilir. Qida qalığı  15 dəqiqə qaynatmaqla və ya quru xlorlu 
əhənglə qarışdırılaraq (1:2-yə nisbətində) 1 saat saxlamaqla dezinfeksiya edilir. Poliomielitə qarşı ağız 
vasitəsilə  diri  vaksinlə  kütləvi  peyvənd  aparılandan  sonra  (91mln şəxs, 1960) poliomielit  xəstəliyinin 
səviyyəsi nəzərə çarpacaq dərəcədə azaldı, 1961 -ci ildə  isə poliomielitin epidemik alovlanmaları MDB 
ölkələrində tamamilə ləğvedildi. Hazırda bir çox ölkələrdə və MDB-nin bəzi ərazilərində poliomielit ləğv 
edilib. Respublikamız da  belə regionlardandır. Peyvəndin təqvimi pozulduqda poliomielitə həssas uşaq 
təbəqəsinin yaranması baş  verir. 
Poliomielit  zamanı  epidemioloji  nəzarət  xəstəliyin  qarşısının  alınması  və  yerli  ləğv  edilməsi 
məqsədini güdür. Bu məqsədə çatmaq üçün vaksinin keyfiyyəti, əhalinin peyvənd olunma fai zinin və 
immunoloji  struktur göstəricilərində xəstəliyin  fəal aşkar  edilməsi,  planlı  və  epidemioloji  göstərişlərə 
görə peyvənd işinin təşkilindən istifadə edilir. 
Parenteral  poliomielit  vaksininin 3-cü  nəsli  ilk  vaksinlərə  nisbətən  daha immunogendir  (antigen 
yüklü  elPV-öldürülmüş  vaksin).  Seneqalda  bu  vaksindən  istifadə  edilməsi  onun  effektivliyinin  89% 
artdığını göstərdi. elPV vaksini ABŞ-da bəyənilmişdir və indi  difteriya, tetanus və göyöskürək  vaksinləri 
ilə birlikdə kombinə olunur. Bu birləşmə bir vaksinlə 4 xəstəliyə  qarşı  eyni  zamanda peyvənd aparmağa 
imkan verir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
60 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Poliomielitin  profilaktikasında  I,  II,  III  tipli  diri  vaksin  ştamlarından  hazırlanmış  preparatla 
peyvəndin aparılması həlledici rol oynayır. Vaksin ağız vasitəsilə (duru şəkildə) verilir. Ondan sonra uşağa 
süd, isti çay və ya su verilir. Poliomielitə qarşı vaksinasiya doğum evində  başlanır,  2,3,4 aylığında 1 ay 
intervalla 3 dəfəyə verilir. Bundan sonra revaksinasiya aparılır. 1 -ci revaksinasiya 18 ayında, növbəti və 
sonuncu isə 6 yaşında aparılır. 
Sanitar-gigiyenik  tədbirlər  poliomielitin  profilaktikasında  köməkçi  rol  oynayır.  Onlar  digər 
bağırsaq yoluxucu xəstəliklərində olduğu qaydada həyata keçirilir (şəxsi gigiyenanın gözlənməsi, ərazinin 
tullantı və çirkabdan təmizlənməsi, suyun zərərsizləşdirilməsi, milçəklərlə mübarizə). 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin