Xəstəliyin patogenezi
. Xəstəliyin törədiciləri orqanizmə qida və su vasitəsilə həzm yolundan
daxil olur. Xarici mühitə isə ifrazatla (nəcis və sidik) xaric edilirlər. Orqanizmdə bakteriyalar nazik
bağırsağın selikli qişasından keçərək onun limfatik aparatında (solitar, follikullar, peyer düyünləri,
mezenterial vəzlər) toplanırlar. Burada törədici inkişaf edir və məhv olur, nəticədə endoksin xaric edilir,
onun təsirindən limfatik baryer pozulur, bakteriyalar qana daxil olur və bakteriemiya baş verir
(bu,xəstəliyin inkubasiya dövrünə təsadüf edir).
Klinikası.
Qarın yatalağında inkubasiya dövrü 5-39 günə (daha çox 2 həftə), paratiflərdə isə 3-
14 günə (daha çox bir həftə) bərabərdir. Xəstəliyin 6-7-ci günündən etibarən xəstəliyə məxsus əlamətlər
inkişaf edir, 8-10-cu gün dəridə rozeollar nəzərə çarpır. Bütün hərarət dövrü 4-5 həftə davam edir. Son
vaxtlarda xəstəlik çox zaman atipik yüngül formada gedir, xəstələrin 1/3 -də hərarət müddəti 7-10 gün
davam edir. Sağalma dövründə 3-21% xəstələrdə residiv qeyd edilir.
İnfeksiya mənbəyi
. Qarın yatalağı və paratiflərdə infeksiya mənbəyi xəstə, törədici
gəzdirənlərdir. Törədici orqanizmdən əsasən nəcis və sidik vasitəsilə, eləcə də qusuntu kütləsi, tüpürcək
və körpələrini südlə əmizdirən anaların südü ilə ifraz olunur.
Xəstəliyin inkubasiya dövründə yoluxmuş xəstə təhlükəli deyil. Xəstə xəstəliyin başlanmasının
birinci günlərindən rekonvalessensiya dövrü başa çatana qədər yoluxucudur. Qarın yatalağı və paratiflərin
törədicilərini nəcislə xəstəliyin birinci həftəsində xəstələrin 55%-i, ikinci həftəsində 52- 61%-i, üçüncü
həftəsində 73-76%-i, 4-cü həftəsində 48-50%-i, 5-ci həftəsində 2-8%-i, 7-ci həftəsindən etibarən isə
xəstələrin 2%-i ifraz edir. Sidiklə törədicinin ifrazı xəstəliyin 2-3-cü həftəsində ancaq 30% xəstələrdə
qeyd edilir. Xəstəlik keçirənlərin əksəriyyəti rekonvalessensiyanın 1 -2-ci həftəsində və yaxın 2-3 ayda
törədicidən azad olur. Aparılan epidemioloji müayinə zamanı qarın yatalağı və paratiflərdə 54,2%
təsadüfdə bakteriya gəzdirənlər, 36,4% halda xəstələr, 6,25%-də isə rekonvalessentlər infeksiya mənbəyi
kimi əhəmiyyət daşıyırlar.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
42
Yoluxma mexanizmi
. Qarın yatalağı və paratiflərin törədiciləri xəstə və bakteriyagəzdirənin
orqanizmindən nəcis və sidik vasitəsilə xaric olur. Yoluxma isə qida və su vasitəsilə ağızdan baş verir.
Qarın yatalağı və paratiflər üçün, digər bağırsaq xəstəliklərində olduğu kimi, fekal-oral yoluxma
mexanizmi səciyyəvidir. Yoluxma əsas etibarilə 3 yolla: məişət, qida və su yolu ilə baş verir. Yoluxma
yoluna müvafiq olaraq, bu xəstəliklərin epidemiyalarının 3 tipi-su,qida və məişət epidemiyaları ayırd
edilir. Məişət tipli epidemiyalarda xəstəliyin yayılmasında məişətdə istifadə edilən müxtəlif amillər
iştirak edir. Yaşayış yerlərində mənzillərin darısqallığı yoluxmanı intensivləşdirir. Məişət epidemiyaları
uzun çəkir və ləng gedir. Məişət epidemiyalarının sonu adətən, su və qida mənşəli böyük epidemiyalarla
nəticələnir.
Xəstəliyin qida tipli epidemiyası üçün səciyyəvi cəhət yoluxmanın qida qəbulu ilə əlaqədar
olmasıdır. Epidemioloji təcrübə göstərir ki,xəstəliyin yayılmasında qida məhsullarının, xüsusilə süd
vəsüd məhsullarının törədicilərlə çirklənməsinin böyük əhəmiyyəti vardır. Müasir dövrdə ərzaqla
yoluxmaların sayı artmışdır, qarın yatalağında bu 32,4%-ə, paratif B-də isə 57%-ə çatır.
Qarın yatalağının yayılmasında milçəklər də iştirak edir. Xəstəliyin yay fəslində artmasında
milçəklərin rolu xüsusilə böyükdür.
Müasir dövrdə su təchizatının yaxşılaşdırılması nəticəsində su epidemiyalarının sayı çox
azalmışdır, bununla belə,bu amilin epidemioloji əhəmiyyəti hazırda da böyükdür. Su alovlanmalarının
qarşısını su kəmərləri, kanalizasiya və sutəmizləyici qurğular tikməklə, kənd yerlərində artezian su
quyuları qazmaqla,yaşayış məntəqələrinin sanitariya vəziyyətini yaxşılaşdırmaqla, çayların üzvi və sənaye
tullantıları ilə çirklənməsinin qarşısını almaqla, əhalinin sanitariya mədəniyyətini yüksəltməklə,
profilaktik və epidemiya əleyhinə tədbirləri vaxtında aparmaqla almaq olar.
Epidemioloji müayinə
. Müayinədən əvvəl GEM-də olan bir neçə məlumatla tanış olmaq
lazımdır. Əvvəlcə hazırda şəhərdə sporadik xəstələnmə və ya epidemik alovlanmanın olub-olmamasını
müəyyən etmək lazımdır. Hazırki xəstəliyin ümumi yoluxma yolu ilə əlaqəsi aydınlaşdırılmalıdır.
Xəstələr mütləq hospitalizə edilməlidir; onlar xəstəxanadan evə ancaq klinik sağalmadan 17 gün (müalicə
antibiotiklərlə aparılıbsa 21 gün) sonra yazıla bilərlər; hərarət düşəndən 5,10,15 gün sonra xəstənin nəcisi
və sidiyi, 10 gün sonra isə ödü bakterioloji müayinədən keçirilir,sağalanlara evə yazmazdan əvvəl 3 gün
bakteriofaq verilir, xəstəlik keçirmişlər evə yazılandan sonra dispanser nəzarətə alınırlar. Xəstə ilə
təmasda olanlara qarşı aparılan tədbirlər xəstə təcrid edildikdən sonra təmasda olanlar müəyyən edilərək
21 gün ərzində tibbi nəzarətə alınırlar. Gündəlik sorğu və termometriya aparmaqla bir dəfə, epidemioloji
cəhətdən əhəmiyyətli obyektlərdə işləyirlərsə, 2 dəfə bakterioloji müayinədən (sidik, nəcis) keçirilirlər.
Müayinənin nəticəsi müsbət olarsa, bu şəxslərin iş yerləri dərhal dəyişdirilir,ərzaq məhsulları ilə əlaqədar
olmayan işə keçirilirlər. Xəstə ilə təmasda olanların arasında əvvəllər qarın yatalağı və ya paratif xəstəliyi
keçirmişlər, eləcə də qaraciyər və öd yolları, böyrək, sidik-cinsiyyət üzvlərinin patologiyası ilə xəstə
şəxslər olduqda,onların sidiyi və nəcisi 3 dəfə, ödü isə 1 dəfə bakterioloji müayinədən keçirilir. Xəstə ilə
təmasda olanlara ilk dövrdə bakteriofaq verilir (birinci dəfə xəstə hospitallaşdırıldıqda, ikinci dəfə evə
yazıldıqdan sonra), bakteriofaq 5 gün intervalla 3dəfəyə verilir.
Profilaktika və mübarizə tədbirləri
. Qarın yatalağı və paratiflərlə mübarizə kompleks şəkildə
aparılır, bunlar: sanitariya-gigiyenik, epidemiya əleyhinə və spesifik immunizasiya tədbirlərindən
ibarətdir. Onların içərisində sanitariya-gigiyenik tədbirlər əsas yer tutur (əhalinin keyfiyyətli su ilə təchiz
edilməsi, kanalizasiya sisteminin genişləndirilməsi, ərzaq sənayesi müəssisələrində və ictimai
yeməkxanalarda sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməsi, milçəklərin ləğv edilməsi və s.).
Xəstəliyə, onun yayılmasına qarşı mübarizə epidemik prosesin 3 şərtinə qarşı: infeksiya
mənbəyi, yoluxma mexanizmi və sağlam həssas orqanizmi yoluxmadan qorumaq istiqamətində
aparılır.
1. İnfeksiya mənbəyinə qarşı aparılan tədbirlər. Xəstənin infeksiya mənbəyi kimi təcrid edilməsi onun
xəstəxanaya qoyulması ilə əldə edilir.
2. Yoluxma mexanizminə qarşı aparılan tədbirlər yoluxma yolu və yoluxdurucu amillərə qarşı yönəldilir.
Bu tədbirlərin sırasına: su mənbələrinin abadlaşdırılması və əhalinin təmiz su ilə təchiz
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
43
edilməsi, quyuların sanitar-texniki vəziyyəti üzərində ciddi nəzarət (nasos qoyulması, ictimai vedrə ilə
təminat və s.), su və müxtəlif ərzaq məhsullarının çirklənməsinə yol verilməməsi, şəxsi gigiyena
qaydalarının gözlənilməsi, milçəklərlə mübarizə və s. aiddir.
3. Sağlam həssas şəxslərə qarşı aparılan tədbirlər. Bu, əsasən əhali arasında spesifik profilaktikanın
aparılması yolu ilə əldə edilir. Qarın yatalağı və paratifin spesifik profilaktikası planlı şəkildə və
epidemioloji göstərişə əsasən həyata keçirilir. Xəstəlik qeyd edilməyən yaşayış məntəqələrində spesifik
profilaktika aparmağa ehtiyac yoxdur. Peyvəndlə ilk növbədə iaşə obyektləri (ərzaq anbarı, ərzaq
mağazası, çörəkxana, süd ferması, yeməkxana və s.), su təchizatı sisteminin işçiləri, məktəb süpürgəçiləri,
tarla düşərgəsinə su daşıyanlar, kommunal işçilər, zibil daşıyanlar, camaşırxana işçiləri, həmçinin
xəstəxananın yoluxucu bağırsaq xəstəlikləri şöbəsinin işçiləri əhatə edilməlidir. Planlı peyvəndə 7
yaşından yuxarı, 60 yaşına qədər kişilər və 55 yaşına qədər qadınlar cəlb edilirlər. İmmunitetin yaranma
müddətini nəzərə alaraq peyvəndi mövsümi yüksəlişdən 3-4 həftə əvvəl aparmaq lazımdır. Bir çox yerlədə
peyvəndə aprel, may və iyun aylarında, ya da payız fəslində başlayırlar. Vaksinasiyadan 4 ay keçmişsə və
xəstəliyin epidemik alovlanması təhlükəsi olduqda və ya epidemik alovlanma müddətində peyvənd həyata
keçirilir. Bu zaman yoluxma təhlükəsi olan bütün əhali peyvəndlə əhatə edilməlidir.
Qarın yatalağı və paratiflərə qarşı vaksinasiya spirtdə quru vaksinlə və VİANVAK-Vi- polisaxarid
duru vaksinlə aparılır. Hazır vaksinin tərkibi və işlətmə sxemi vaksinin yerləşdiyi qablarda qoyulmuş
təlimatlarda göstərilir. Təlimatlarda quru vaksini işlətmək üçün hazırlamaq qaydası da göstərilir. Peyvəndi
etməzdən əvvəl sorğu və müayinə vasitəsilə peyvəndə əksgöstərişinin hər seriyası reaktogenliyə görə
yoxlanılmalıdır. Hər vaksin preparatının özünün reaktogenlik dərəcəsi vardır. Kütləvi peyvənd aparıldıqda
peyvənd olunanlar üzərində nəzarət qoyulur. Peyvənd olunanlar xüsusi jurnalda (64№-li qeydiyyat forması)
qeydə alınırlar.
Laborator diaqnostika
. Xəstəliyin başlanğıcında diaqnozu qəti müəyyən etmək üçün qanın
bakterioloji müayinəsindən (hemokultura) istifadə edilir. Müasir dövrdə qarın yatalağının seroloji
diaqnostikasında passiv hemaqqlütinasiya reaksiyasından (PHAR) eritrositar diaqnostikum işlətməklə
istifadə edilir. Vidal reaksiyasından daha həssas olan bu reaksiyadan xəstəliyin ilkin diaqnostikasında
istifadə edilir. PHAR həssaslığına görə hemokulturadan geri qalmır.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
44
MÖVZU 20
Dizenteriya (Dysenteriae, Shigella)
Bağırsaq qrupu bakterial antroponoz xəstəliklərini əsasən Escheichia və Shigella (şigellyoz,
eşerixioz) cinsinə aid olan törədicilər törədir. Bunlardan biri də şigellalar tərəfindən törədilən şigelyozlar
və ya köhnə terminlə dizenteriya xəstəliyidir.
Şigelyozlar (dizenteriya) - yoluxucu xəstəlik olub, klinik cəhətdən yoğun bağırsağın zədələnməsi
və orqanizmin ümumi intoksikasiyası ilə xarakterizə olunur.
Yayılması:
XIX əsrin axırına qədər,xüsusən müharibələr və təbii fəlakətlər zamanı dizenteri- ya
hər dəfə böyük epidemiyalar şəklində yayılmış və çoxlu insan tələfatına səbəb olmuşdur.
Dünyada ÜST-nın terminalogiyasına görə diareya xəstəliklərindən hər il 5 milyon südəmər uşaq
ölür. Bu xəstəliklərin 50%-ni dizenteriya təşkil edir.
Dizenteriya polietioloji xəstəlikdir. Şigelyozların törədiciləri şigella cinsinə aid olan
bakteriyalardır.
Sonuncu Beynəlxalq təsnifata görə şigellalar 4 növə bölünür:
1. Shigella disenteriae –1–12 serovarları ilə;
2. S.flexneri – 1-8 serovariantları ilə; (bura –Nyukasl da aiddir)
3. S.boydii -1–18 serovariantları ilə;
4. S.sonnei – seroloji differensasiyası yoxdur.
Sh.flexnerinin birinci 5 serovariantları A və B substratlara bölünür. Shigella disenteriae və
Sh.sonnei ekzotoksin, digərləri isə endotoksin ifraz edirlər. Xarici mühitdə S.flexneri və S.sonnei növləri
daha çox davamlıdır. S.flexneri və S.sonnei növləri nəm torpaqda 3 aya qədər, quru torpaqda 15 gün,
çirkab suda 45 gün, çay suyunda 3 ay, su kəməri suyunda 1 ay ərzində, alt paltarında 15 –20 gün, buzda
96 gün, çirkli əllərin dərisində 2–3 gün, miləklərin bədən səthində 3 gün, bağırsağında 6 gün salamat
qalır. S.sonnei süd, xama, kəsmik, kotlet, paştetdə artıb çoxalır. 60
0
C – də 10 dəqiqə ərzində, 100
0
C–də
dərhal məhv olurlar.
Xloraminin 1%-li sulu məhlulu, xlorlu əhəngin 1–2% -li məhlulu, 1%- li fenol, lizolun 3%-li sulu
məhlullarının təsiri nəticəsində dizenteriya mikrobları 10-15 dəqiqə ərzində məhv olurlar.
Ultrabənövşəyi şüaların təsirinə qarşı 10 dəqiqəyə qədər, birbaşa düşən günəş işığında 30 dəqiqəyə
qədər sağ qalırlar.
İnkubasiya dövrü
1 sutkadan 6 günə qədər davam edir, adətən 2-4 gün çəkir.
İnfeksiya mənbəyi.
Antroponos bağırsaq infeksiyasıdır. İnfeksiya mənbəyi xəstə (kəskin və
xroniki) və törədicigəzdirənlərdir (rekonvalessent və sağlam). Müasir dizenteriyada xəstəliyin kəskin və
xüsusən infeksiyanın silinmiş gedişi (90%-ə qədər) daha çox epidemioloji əhəmiyyət daşıyır. Xəstəliyin
1-ci günündə xəstə daha təhlükəli olur, çünki törədicinin xarici mühitə ifrazı daha intensivdir. Ən çox
yoluxma dizenteriyanın yüngül silinmiş formasını (80 -90%) keçirən xəstələrdən baş verir.
Yoluxma mexanizmi.
Digər antroponoz bağırsaq infeksiyaları üçün səciyyəvi olan fekal- oral
yoluxma mexanizmi ilə həyata keçir. Yoluxmada daha çox iştirak edən yoluxma amilləri bunlar- dır:
yeməkdən əvvəl termiki emaldan keçirilməyən qida məhsulları (xüsusən süd və süd məh- sulları:
xama,kəsmik), meyvə və tərəvəz.
Açıq su hövzələrinin suyu (arx,çaylar), su kəmərinin suyu, quyu suyu və məişət əşyaları, I növbədə
qab-qacaq və oyuncaqlar da yoluxma amilləri hesab olunur.
Zonne dizenteriyasının
epidemiologiyasında qida amilinin, Sh.boydii dizenteriyasının
epidemiologiyasında isə su amilinin rolu dəqiq müəyyən edilmişdir. Sh.disenteriae ilə törədilən
dizenteriyada təmas-məişət yolu iştirak edir. Xarici mühit amillərinin (süd, meyvə) çirklənməsi
infeksiya mənbəyindən (aşbaz, ofisiantlar, satıcılar süd zavodunun işçiləri) çirkli əllər vasitəsilə, su
kəmərinə qarışmış çirkab suları vasitəsilə,məişət əşyalarının çirklənməsi, xəstənin çirkli əlləri vasitəsilə,
həmçinin milçəklərlə baş verir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
45
Uşaq müəssisələrində yoluxmalar heyət tərəfindən sanitar-gigiyenik qaydalara riayət edilməməsi
zamanı baş verir.Südəmər üşaqlar üçün ana infeksiya mənbəyinə çevrilə bilər.
Həssaslıq.
Şigellalara həssaslıq çox yüksəkdir. Həssaslıq daha çox uşaq və ahıl vaxtı qeyd olunur.
Sağlam yaşlılarda xəstəliyin gedişi inapparant formalarla müşahidə olunur. Şigelyozların aktiv
sirkulyasiyası qeyd olunan yerlərdə yaşayanlar məişət immunizasiyası yolu ilə növ və tipo- spesifik
immunitet qazanırlar. Qazanılmış məişət və postinfeksion immunitet 2 ildən 14 ilə qədər davam edir.
Şigelyozun klinikası
müxtəlifdir. Müasir şigelyozlar üçün kəskin başlanğıc, 1-3 gün ərzində
temperaturun yüksəlməsi, nadir hallarda qusma, sutkada 6-7 dəfə selikli ishalın olması səciyyəvidir.
Kolit, enterit, qastroenterit simptomları, xəstəliyin orta-ağır formalarında intoksikasiya, ağır
formalarında ensefalit sindromu ilə neyrotoksikoz da müşahidə olunur.
Epidemik prosesin təzahürləri.
Dizenteriya ubikvitar infeksiya hesab olunur.Bütün
qitələrdə, coğrafi zonalarda, Arktikadan tropik ölkələrə qədər dünyanın bütün ölkələrində rast gəlinir.
Dizenteriya ilə 3 yaşa qədər uşaqlar daha çox xəstələnirlər, şəhər əhalisi isə kənd əhalisinə nisbətən 2-4
dəfə çox xəstələnir. Xəstəlik hallarının 70-90%-i yaz-payız aylarına düşür.Aparıcı
yoluxma yollarına uyğun olaraq su,qida,məişət alovlanmaları müşahidə olunur.
Laborator diaqnostikası.
Dizenteriyanın diaqnostikasında ən mühüm üsul-bakterioloji
üsuldur. Müayinə materialı-nəcis, selik və irin (qansız), qusuntu kütləsi götürülür. Bu material
olmadıqda pambıq tamponlardan istifadə edilir (yoğun bağırsağın rektal hissəsinə yeridilir).
Profilaktik tədbirlər.
Dizenteriyanın profilaktikasında sanitar-gigiyenik tədbirlər əsas rol
oynayır. Həmçinin kommunal abadlığın yaxşılaşdırılması, əhalinin keyfiyyətli su ilə təmini, kanalizasiya
sisteminin inkişafı, qida və uşaq müəssisələrində, ictimai iaşə, ərzaq məhsullarının satışında sanitar-
gigiyenik rejimin gözlənilməsi əsas profilaktik tədbirlərdəndir.
Müasir dövrdə xəstəliyin yüngül və silinmiş formalarının çox olması ilə əlaqədar əhalinin sanitar
və gigiyenik tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Xəstəlik baş verdiyi yerlərdə sanitar maarifi işinə
xüsusi fikir verilməlidir.
Epidemiya əleyhinə tədbirlər uzun müddət ancaq “dizenteriya” termini altında birləşmiş ümumi
xəstəliyə qarşı yönəldilmiş, onun ayrı-ayrı nozoloji növləri nəzərə alınmamışdı. Xəstələri,
törədicigəzdirənləri aşkar etmək və onları təcrid etmək məqsədilə daha çox kütləvi bakterioloji
müayinələrə əhəmiyyət verilmiş,xəstələrin üzərində məhdudlaşdırıcı tədbirlərdən (məsələn: xəstələrin
xəstəxanadan 3 dəfə müayinənin nəticəsi mənfi olduqda evə yazılma və s.) istifadə edilirdi. Hazırda aydın
edilmişdir ki, bu tədbirlərin effektivliyi kifayət deyil.
Son illərdə fekal-oral mexanizmlə yayılan xəstəliklərin profilaktikasında əsasən sanitar-gigiyenik
(sosial) tədbirlərdən istifadə edilir, əhalinin keyfiyyətli qida və su təchizatına böyük əhəmiyyət verilir.
Lakin poliomielit və A viruslu hepatitdə olduğu kimi, bu tədbirlərin Zonne dizenteriyasına qarşı
potensial effektivliyi məhduddur.
Bir sıra sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsinin mürəkkəb olması şigelyozlara qarşı
polivalent vaksin hazırlanmasına məcbur etdi.Qısa müddət ərzində Zonne dizenteriyasına qarşı
profilaktika məqsədilə bakteriofaqlardan istifadə etmək sahəsində geniş təcrübə toplandı.
Uşaq məktəbəqədər müəssisələrdə xəstəliyin payız fəsli yüksəlişinin qarşısını almaq məqsədilə
aşağıdakı tədbirlərin aparılması məsləhət görülür:
1. Yeni istifadəyə verilmiş və ya təmirdən çıxmış uşaq müəssisələrinə qəbulu ilin birinci yarısında
keçirmək;
2. Məktəbəqədər müəssisəyə gedən uşaqların yay tətillərini 1,5-2 aya qədər azaltmaq;
3. Belə müəssisələrin yayda bağlanmasının qarşısını almaq;
4. Yayda uşaqların sağlamlaşdırıcı mərkəzlərdə bütün gün qalması üçün əlavə müəssisələr açmaq;
5. Məktəbəqədər müəssisələrdə xəstəliyin fəsli yüksəlişi dövründə ilk növbədə kiçik qrupları işçilərlə
təmin etmək;
6. Müəssisələrdə payızda qəbul dövründə faqoprofilaktika aparmaq (həftədə 2 həb, 7-10 həftə ərzində).
Epidemioloji nəzarət məqsədilə retrospektiv epidemioloji təhlil aparılaraq, yoluxma riski altında
olan kollektivlər aşkar edilir. Bunun əsasında epidemiya əleyhinə tədbirlər həyata keçirilir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
46
MÖVZU 21
Amöbiaz (Amoebiasis)
Amöbiaz-protozoy
xəstəlik olub,yoğun bağırsağın xoralı zədələnməsi,daxili orqanlarda
abseslərin yaranması imkanı,uzun sürən xronik gedişə meyilliyi ilə səciyyələnir. İnsanın bağırsaq
invaziyaları içərisində amöbiaz həm yayılmasına görə,həm də orqanizmə göstərdiyi patoloji təsirə görə
daha böyük əhəmiyyət daşıyır ki,bu da letal nəticələrə gətirib çıxara bilər. Klinik olaraq xəstəlik xronik
kolit (amöb dizenteriyası adlanır), bağırsaqdankənar amöbiaz və ya simptomsuz parazitgəzdirmə şəklində
gedir.
Tarixi məlumat.
Törədici-Entamoeba histolytica Sarcodina cinsindən olan ibtidaidir. Onun
patogen və qeyri-patogen ştamları ayırd edilir. Morfoloji cəhətdən patogen amöblərdən fərqlənməyən
qeyri-patogen ştamlar son illərdə E.dispar növə daxil edilmişdir.
Amöbiazın etiologiyası
. Amöbiazın törədicisi-dizenteriya amöbü 2 mərhələ keçir:vegetativ
(trofozoit) və sakit (sistalar) mərhələ. Onlar parazitin sahib orqanizmdə məskunlaşdığı şəraitdən asılı
olaraq biri digərinə keçə bilər. Amöbün həyat tsiklinin vegetativ mərhələsi 4 formanı özündə birləşdirir:
1) toxuma, 2) böyük vegetativ, 3) boşluq forma, 4) sistaönü.
Böyük vegetativ forma
. 26-60 mkm ölçüdədir. Sitoplazma 2 qata bölünmüşdür: xarici
(ektoplazma) və daxili (endoplazma). Endoplazma - kiçik xırdalanmış şüşəni xatırladan kiçik dənəli şəffaf
kütlədir. Ektoplazma şəffaf şüşəyə bənzər kütlədir və yalançı ayaqlar əmələ gəldikdə xüsusilə yaxşı
görünür.
Boşluq forması
-yoğun bağırsağın yuxarı şöbələrinin boşluğunda yaşayır və dizenteriya
amöbünün əsas forması sayılır. Boşluq formaları rekonvalessentlərin və ya xroniki amöb dizen- teriyası
ilə xəstələrin təzəcə ifraz olunmuş maye nəcislərində aşkar edilir.
Həyat tsikli
. Dizenteriya amöblərinin boşluq forması insanın yoğun bağırsağının yuxarı şöbəsində
yaşayır və ona ziyan yetirmir. Lakin bəzi şəraitdə patogen toxuma formalarına çevrilərək bağırsaq
divarlarına daxil olurlar. Bağırsaq möhtəviyyatı ilə birlikdə passiv hərəkət edən boşluq forması onun son
şöbələrinə daxil olur. Burada əlverişsiz şərait (susuzlaşma, bakterial floranın dəyişməsi, mühitin pH-nın
dəyişməsi və s.) amöbün məhv olmasına və ya onların sistalara çevrilməsinə səbəb olur. Sistalar nəcislə
birlikdə ətraf mühitə düşür və burada uzun müddət saxlanılır. İnsan üçün yetkin 4 nüvəli sistalar
yoluxdurucu olur. Törədici su və qida məhsulları, çirkli əllər, milçək, torpaq və s.vasitəsilə ötürülür.
Milçəklər amöbün mexaniki keçiriciləridir. Milçəklərin xarici örtüklərində və bağırsağında 24 saata qədər
saxlana bilirlər. Dizenteriya və ya histoloji amöb insanda amöb dizenteriyasını və ya amöbiaz törədir.
Onlar yoğun bağırsaqda çoxsaylı xoralar əmələ gətirirlər. Xəstəlik müxtəlif ağırlıqda gedir və kəskin və
ya tədricən başlayır. Qarının aşağı hissəsində ağrılar,qırmızı rəngli nəcis qeydə alınır. Bədən
temperaturu, adətən, normal olur. Xəstəlik kəskinləşmə dövrlərinin olması ilə 1neçə il davam edə
bilər.Ağır hal-larda anemiya,üzülmə müşahidə olunur. Bağırsaqdakı xoralardan amöbün toxuma formaları
qan vasitəsilə qaraciyər, ağciyər, beyin və digər orqanlara daşına və orada abseslər əmələ gətirə bilər. Bu
ağırlaşmalar vaxtında müalicə olunmazsa,ölümlə nəticələnə bilər.
Profilaktikası
. Bakterial və amöb dizenteriyası olan xəstələr hospitallaşdırılır. Xəstələri evə o
vaxt buraxırlar ki, həftə ərzində aparılmış müayinə zamanı 3 mənfi nəticə alınsın. Sağalmış şəxslərdə də
ishal müşahidə olunarsa, həmçinin sağlam şəxslər arasında törədicigəzdirənləri aşkar etmək vacibdirsə,
2 həftə ərzində azı 6 analiz vermək lazım gəlir. Evə yazılandan sonra sağalmış şəxslər poliklinikanın
infeksion xəstəliklər kabinetində 1ildən az olmayaraq dispanser qeydiyyatında saxlanılır və onların
nəcisini dövrü olaraq müayinə edirlər.
Dostları ilə paylaş: |