Epidemiologiyası
. İnvaziya mənbəyi və rezervuar insan - amöbiazın kəskin və xroniki forması
ilə xəstə,rekonvalessent və sistagəzdirən şəxsdir. İnvaziyalı şəxslərin sistaları ifraz etməsi bir çox illər
ərzində davam edə bilər. 1 sutka müddətində sistagəzdirən nəcislə 300 mln və daha çox sista xaric etməyə
qabildir. Yoluxma mexanizmi fekal-oraldır, yoluxma yolu - adətən, su yoludur,
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
47
mümkündür. İnsanların təbii həssaslığı yüksəkdir, kontagiozluq əmsalı 20% təşkil edir. Keçirilmiş
xəstəlikdən sonra nisbi və qısamüddətli immunitet yaranır.
Mübarizə və profilaktika tədbirləri
. Amöbiazlı xəstələr mütləq hospitalizasiya olunmalı və
stasionar şəraitdə müalicə almalıdırlar. Xəstəliyi keçirmiş şəxslərin evə yazılması laboratoriya nəzarəti
altında həyata keçirilməlidir. Epidemik ocaqda olan şəxslər sistagəzdirməyə görə müayinəyə cəlb
edilirlər. Dezinfeksiya məqsədilə 3%-li lizol məhlulu işlədilir. Amöbiazın profilaktikasında sudan
səmərəli surətdə istifadə edilməyə (su mənbələrinin nəcislə çirklənmədən qorunması), ictimai qidalanma
müəssisələrində,uşaq müəssisələrində və su kəməri şəbəkəsinin fəhlələri arasında xəstələrin və
törədicigəzdirənlərin aşkar edilməsinə böyük diqqət verilir. Şəxsi gigiyena qaydalarının gözlənilməsi
vacibdir, bu zaman tərəvəz və meyvələrin isti su ilə yuyulmasına ciddi yanaşmaq lazımdır. Kiçik
çaylardan,arxlardan və digər açıq su mənbələrindən su içmək olmaz.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
48
MÖVZU 22
Lyamblioz (Lambliosis)
Qamçılılar sinfinin digər mühüm epidemioloji əhəmiyyətə malik növü lyambliyalardır (Lamblia
intestinalis). Lyambliyalar həm vegetativ formada mövcud olur, həm də sista əmələ gətirmək
qabiliyyətinə malikdir. Vegetativ forma aktiv hərəkətli və armudabənzər formadadır. Bədənin ön ucu
girdələnmiş,arxa ucu itiləşmişdir. Bədənin ön ucunda-yarıq şəklində sorucu disk vardır. 2 nüvəsi, 4 cüt
qamçıları vardır.
Hərəkəti xarakterikdir, parazit uzununa oxu boyu fırlanma hərəkəti sayəsində yanı üstə çevrilir.
Preparatda lyambliyalar otaq temperaturunda qısa müddətdə məhv olur. Qidanı bütün bədən səthi ilə
sorurlar. Uzununa bölünmə yolu ilə çoxalırlar.
Sistalar
-lyambliyanın hərəkətsiz formalarıdır. Uzunluğu 10-14mkm-dir. Forması ovaldır. Qişası
qalındır,yaxşı görünür,çox zaman ,elə bil ki, sistanın özündən ayrılmışdır. Bu əlamət sistanı digər oxşar
törədicilərdən fərqləndirməyə imkan verir. Lüqol məhlulunda sarımtıl-qəhvəyi rəngdə rənglənir.
Rənglənmə sistada 4 nüvəni görməyə imkan verir.
Lyambliyalar
nazik bağırsağın yuxarı şöbəsində yaşayır. Sorucu diskin köməyi ilə xovlara
yapışırlar. Lyambliyalar öd kisəsində yaşamır, çünki öd onlara öldürücü təsir göstərir. Duodenal
zondlama zamanı onların tez-tez burada aşkar edilməsi lyambliyaların möhtəviyyata onikibarmaq
bağırsağın divarlarından düşməsi ilə izah olunur. Adətən,vegetativ formalar nəcislə xaric olunmur, lakin
ishal zamanı onları təzəcə ifraz olunmuş maye nəcisdə tapmaq mümkündür. Lyambliyalar onlar üçün
əlverişsiz olan bağırsağın aşağı şöbələrinə düşərək sistaya çevrilir və bu zaman nəcislə xaric olunurlar.
Sistalar havanın rütubətindən və temperaturundan asılı olaraq 1aya qədər saxlanılır. Qurudulma onları tez
məhv edir. Yoluxma çirklənmiş əllər, oyuncaqlar ,qida və su vasitəsilə olur. Bağırsağa düşən sistalar
vegetativ formaya çevrilir. 1 sista 2 vegetativ forma əmələ gətirir.
Lyambliyalar geniş yayılmışdır, daha tez-tez uşaqlarda rast gəlinir. Çoxlu miqdarda yoluxduqda
bağırsağın selikli qişasını mexaniki surətdə qıcıqlandıra və sorulmanı müəyyən dərəcədə çətinləşdirə
bilirlər. Bu zaman qarında küt ağrılar, quruldamalar, ishal, iştahanın pozulması, ürəkbulanma, bəzən isə
sağ qabırğaaltı nahiyədə ağrılar əmələ gəlir. Bu xəstəlik lyamblioz adlanır. Bəzi hallarda lyambliyalar
bağırsağın və öd yollarının digər xəstəliklərinin gedişini ağırlaşdırır.
Diaqnoz
. Yoluxmuş şəxsdə lyambliyaları asanlıqla aşkar etmək olur. Belə ki,nəcis
formalaşmışdırsa, nativ yaxmada mikroskopiya zamanı sistalar aşkar edilir. Paralel olaraq lüqol məhlulu
ilə rənglənmiş yaxmalara baxırlar. Təzə ifraz olunmuş maye nəcisdə və duodenal zondlama zamanı alınmış
materialda hərəkətli vegetativ formaları aşkar etmək olar. Dəqiq diaqnoz üçün nəcisdə sistaları aşkar
etmək kifayətdir, bununla əlaqədar vegetativ mərhələləri aşkar etmək üçün təzə ifraz olunmuş nəcisi və
duodenal zondlama zamanı alınmış materialı təcili müayinə etmək lazım gəlir. Lakin, bəzi hallarda
koproskopiya və duodenal zondlama metodlarının birgə aparılması lyambliozun aşkar edilmə tezliyini
artırır. İnvaziya zəif dərəcədə olduqda zənginləşdirmə metodundan istifadə olunur.Sistalar qeyri-
müntəzəm ifraz olunduğundan çoxsaylı müayinələr tələb edilir. Lyambliyaların geniş şəkildə yayılması
(parazitgəzdirənlik) bəzən müayinə edəni çaşdırır və lyambliozun hiperdiaqnostikasını törədir.Buna görə
də mədə-bağırsaq traktının və ya öd yollarının zədələnməsinin klinik mənzərəsi nəzərə çarpdıqda
xəstəliyin digər mümkün olan səbəblərini (bakterioloji müayinə aparmaqla) istisna etmək lazımdır.
Lyamblioz invazion xəstəlik olub, simptomsuz parazitgəzdirmə şəklində keçərək bəzən nazik
bağırsağın funksiyasının pozulmasına (xronik ishal,steatoreya) gətirib çıxarır.
Törədici.
İbtidai-lyambliya Lamblia intestinalis qamçılılar sinfinə aiddir. Lyambliyaların
vegetativ formaları armudvarı olur. Parazitin uzunluğu 9-18 mkm,eni 5-10 mkm,2 nüvəsi 4 cüt qamçısı
var. Patogenetik xüsusiyyəti az öyrənilib. Lyambliyaların sistaları oval formadadır, ətraf mühitə ifrazatla
xaric edilirlər. İfrazatda onlar öz invazion xüsusiyyətlərini 16 -20
0
S-də 4 gün ərzində saxlayırlar, 2-4
0
S-
də 21 gün, suda 18-22
0
S-də 16-18 gün ərzində sağ qalırlar. Quruma öldürücü təsir
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
49
göstərir (bir neçə dəqiqə müddətində). Lyambliya sistaları amöblər kimi xlor preparatlarına qarşı çox
davamlıdır. Lyambliyaların vegetativ formalarının ətraf mühitə davamlılığı aşağıdır (2 saata qədər).
İnvaziya mənbəyi
. İnsan - xəstə və ya parazitgəzdirəndir. Siçan və siçovullarda olan lyambliyalar
insan üçün patogen deyil.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü
. Lyambliozla xəstə və ya parazitgəzdirən uzun
müddət ərzində (aylar) nəcislə lyambliya sistalarını xaric edir.Lyambliyanın vegetativ formalarının insan
orqanizmində parazitlik etməsi məhdud müddətdə (30-40 gün) davam edir.
Yoluxma mexanizmi və yoluxma yolları
. Lyambliyalarla yoluxma əsasən sistaların udulması
ilə baş verir.Başlıca yoluxma amilləri çirkli əllər, çirklənmiş məhsullar və şəxsi gigiyena qaydalarına əməl
etmədikdə müxtəlif qulluq əşyaları ola bilər.Bu amillər uşaq kollektivlərində daha böyük əhəmiyyət
daşıyırlar.Su amili də yoluxmada əhəmiyyətli rol oynayır.
Həssaslıq və immunitet
. Lyamblioza qarşı həssaslıq müəyyən yaşlarüçün xarakterikdir-
uşaqlarda o,böyüklərə nisbətən yüksəkdir. Bəziləri bunu anadangəlmə və ya qazanılmış immun defisitlə
əlaqələndirirlər. Bununla yanaşı, spesifik immunitet də qeyd edilir. Belə ki,uşaq yaşlarında keçirilən
xəstəlikdən sonra təkrar yoluxma baş vermir. Lakin simptomsuz parazitgəzdirmə mümkündür.
Epidemik prosesin təzahürü
. Lyamblioz əsasən sanitar-gigiyenik səviyyəsi aşağı olan
yerlərdə geniş yayılmışdır. Bəzi dövlətlərdə (ABŞ) əhalinin yoluxması 15-20%-ə çatır. Bir çox uşaq
kollektivlərində (qeyri-qənaətbəxş sanitar şəraitdə olan) uşaqların yoluxması əhəmiyyətli dərəcədə
yüksək ola bilər. Böyüklər arasında isə sistagəzdirmə halı uşaqlara nisbətən 3-4 dəfə azdır. Məktəbəqədər
və məktəb yaşlı uşaqların yoluxması tədricən zəifləyir və 16 yaşda tam itir.
İnkubasiya dövrü
1-3 həftədir.
Klinik əlamətlər
. Lyambliozun bağırsaq forması üçün daha çox səhərlər müşahidə olunan ishal
xaraktrikdir. Nəcis ödlə qarışmış olur.İshal nəcisin normallaşması dövrləri ilə növbələşir. Bir çox
hallarda öd yolları və onikibarmaq bağırsaqda lyambliyaların ikincili məskunlaşması baş verir ki, bu da
selikli qişanın iltihablaşması və qaraciyərin absesinə səbəb ola bilər. İştahasızlıq, ümumi əzginlik, yüksək
həssaslıq qeyd edilir. Bağırsaq formalarından (enterit, enterokolit) başqa qaraciyər (duodenit) və qarışıq
forma da əmələ gəlir.
Müalicə
. Furozolidon, trixopol, aminoxinol. Ölüm halları qeyd edilmir.
Laborator diaqnostikası
. Duodenal möhtəviyyatın və nativ yaxmada nəcisin protozooloji
müayinəsi (lüqolla boyanmış) zamanı həm vegetativ formalar,həm də sistalar aşkar edilə bilər. Habelə
dəri-allergik sınaq qoyula bilər.
Profilaktik və əksepidemik tədbirlər
amöbiazda olduğu kimidir.
1 nömrəli Bakı Tibb Kolleci
50
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 23
Balantidiaz (Balantidiasis)
Xronik invazion xəstəlik olub, yoğun bağırsağın zədələnməsi ilə və dizenteriyayabənzər sindromla
müşayiət olunur.
Törədici.
İnfuzorlar sinfindən olan Balantidium kolidir. Parazit vegetativ və sista formasında
mövcuddur. Balantidiyalar qida hissəciklərini: bakteriyalar, göbələklər, eritrositlər, leykositlər və
s.udmaqla qidalanır. Balantidiyalar həm qeyri-cinsi (eninə bölünmə), həm də cinsi yolla (koa- qulyasiya)
bölünür. Sistaların diametri 50 mkm-ə çatır. Parazitin vegetativ formaları otaq temperaturunda 2-3 gün
ərzində həyat qabiliyyətini saxlayır. Qurudulma həm vegetativ formalara, həm də sistalara öldürücü təsir
göstərir.
İnvaziya mənbəyi
. Əsas invaziya mənbəyi donuzlardır,onların arasında yüksək yoluxma (40-
50%) qeyd edilir,bəzi təsərrüfatlarda isə heyvanların hamısı başdan-başa xəstələnir. Güman edilir ki, insan
da invaziya mənbəyi ola bilər. Bunu donuzlarla yoluxmanın mümkün olmadığı ərazilərdə insanlar
arasında xəstəliyin geniş yayılması sübut edir.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü
. Heyvanlar balantidiyaları uzun müddət xaric
edirlər. İnsanlar törədicini bağırsaq əlamətlərinin bütün dövrü ərzində xaric edə bilərlər.
Yoluxma mexanizmi və yolları
. İnsanın yoluxma mexanizmi fekal-oraldır. Bu, balantidiya
sistalarının insanların və ya donuzların nəcisi ilə çirklənmiş su, tərəvəz, meyvələr , hazır qidanın udulması
zamanı baş verir. Çirkli əllər də müəyyən rol oynayır, xüsusən də donuzçuluq təsərrüfatlarında işləyən
və ya şəxsi təsərrüfatda donuzlara qulluq edən şəxslərdə mühüm əhəmiyyət kəsb edir. Milçəklər də
epidemioloji rol daşıyır.
Həssaslıq və immunitet
. İnsanlar balantidiaza qarşı kifayət dərəcədə təbii rezistentliyə
malikdir. Lakin balantidiazla yoluxmaya qədər ağır xəstəlik keçirmiş şəxslərdə invaziyanın gedişi letal
nəticələnə bilər.
Epidemik prosesin təzahürləri. Balantidiaz sporadik hallar və ya kiçik alovlanmalar şəklində
dünyanın bir çox ölkələrində rast gəlir. Balantidiaza daha çox tək-tək xəstələnmələr şəklində təsadüf
olunur, lakin qrupşəkilli xəstəliklər də baş verə bilər. Balantidiaz daha çox kənd yerlərində, donuzlara
qulluq göstərən insanlar arasında qeyd edilir.
İnkubasiya dövrü
tam müəyyən olunmamışdır. Güman ki,bir neçə gündür.
Əsas klinik əlamətlər
. Balantidiazın kəskin forması normal temperaturda baş verir. Tezləşmiş,
selik və irinlə birlikdə duru nəcis, yoğun bağırsaq boyunca ağrılar qeyd olunur. Mədə şirəsinin turşuluğu
kəskin azalır. Rektoromanoskopiya zamanı hiperemiya, selikli qişanın şişkinliyi və xırda xoralar aşkar
edilir. Kəskin balantidiazın davametmə müddəti 1 -2 aydan uzun sürmür. Balantidiazın müalicəsi
aparılmadıqda uzunmüddətli, xronik residivləşən gedişə malik olur. Hazırkı dövrdə müasir diaqnostika ilə
bağlı olaraq və səmərəli müalicə vasitələrinin işlədilməsi nəticəsində letallıq kəskin aşağı düşmüşdür.
Laborator diaqnostika
. İnvaziyanın laborator diaqnostikası nəcisdə parazitin vegetativ
formalarının və sistaların tapılmasına əsaslanmışdır.
Profilaktik tədbirlər
. Donuzların və insanların nəcisi ilə xarici mühitin çirklənməsinin
qarşısını alan tədbirlər həyata keçirilir. Ayaqyoluların və donuzxanaların tikilməsi və istismarında
sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Balantidiazlı xəstələrin vaxtında aşkarlanması və
müalicəsinə böyük diqqət ayrılmalıdır. Donuzçuluq təsərrüfatlarında və sallaqxanalarda əhalinin tibbi
savadının və şəxsi gigiyena səviyyəsinin artırılması üzrə sanitar maarifləndirici iş aparılmalıdır.
Əks epidemik tədbirlər
. Balantidiazlı xəstələr hospitalizasiya və müalicə olunmalıdır.
Dezinfeksiya amöbiazda olduğu kimidir. Xəstəliyi keçirmiş şəxslərə 1il ərzində nəzarət edilir.
1 nömrəli Bakı Tibb Kolleci
51
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 24
Bağırsaq eşerixiozları (Escherichioses)
Escherichia
cinsinə aid olan törədicilər tərəfindən törədilən xəstəliklərə bağırsaq eşerixiozları
deyilir. Yemək yolunun fəaliyyətinin pozulmasında bağırsaq çöplərinin rolu haqqında mülahizələr hələ
1855-ci ildə Escherich tərəfindən mikrobları ilk dəfə əldə edərkən yaranmışdır. E.coli bağırsaqdan kənar
üzv və toxumalara düşərkən orada patoloji prosesə səbəb ola bilər,başqa sözlə desək,mikrob yaşama
şəraitini dəyişərsə və sahibinin orqanizmi zəifləyərsə, iltihab törədə bilər.
Bağırsaq çöpləri 3 növ antigenə malikdir: O, K və N və ya somatik səthi və qamçı antigenləri.
Bağırsaqda patoloji proses törədən bağırsaq çöpləri arasında 4 qrup ayırd edilir:
1. Enteropatogen bağırsaq çöpləri (EPBÇ), bunlar çox vaxt kiçik yaşlı, əsas etibarilə 1yaşlı uşaqların
nazik bağırsağında iltihab (enterit) törədirlər.
2. Enteroinvaziv bağırsaq çöpləri (EİBÇ) uşaqlarda (1yaşdan yuxarı) və böyüklərdə yoğun bağırsağın
epitel hüceyrələrində inkişaf edərək dizenteriyaya bənzər xəstəlik törədirlər.
3. Enterotoksigen bağırsaq çöpləri (ETBÇ) əsasən uşaqlarda (1-3 yaşlı) və böyüklərdə (onlarda
“səyahətçilərin xəstəliyi” adlanır) vəbayabənzər xəstəlik törədir.
4. Enterohemorragik bağırsaq çöpləri (EHBÇ) uşaqlarda və böyüklərdə kolitik sindromla müşayiət
olunan dizenteriyayabənzər xəstəlik törədir.
EPBÇ və EİBÇ qrupuna aid bakteriyalar da enterotoksin ifraz edirlər. ETBÇ, EİBÇ, EPBÇ
ştamlarının virulentliyi daimi deyil, törədicinin dövretmə vaxtı, epidemik prosesin gərginliyi zamanı
virulentlik artır. Xəstələrdən əldə edilmiş kulturalar törədicigəzdirənlərdən əldə edilmiş ştamlardan daha
virulentlidir.
EPBÇ tərəfindən törədilən xəstəliklərdə uşaqlar əsas infeksiya mənbəyidir: uşaqlarda qısa
inkubasiya dövründən (1-3 gün, nadir hallarda 7-8 gün) sonra ishal başlayır. Xəstəlik nə qədər ağır keçirsə,
bir oqədər törədici çox miqdarda və uzun müddət ifraz olunur. EPBÇ zamanı ilkin törədicigəzdirənlik 2-
3 həftə olur.EİBÇ-lə yoluxduqda yoğun bağırsağın aşağı hissəsinin epitelinin zədələnməsi inkubasiya
dövrünün 3-6 günü baş verir.
ETBÇ-lə yoluxma zamanı çox qısa inkubasiyadan (1-2 gün) sonra xəstəlik başlanır, törədici yüksək
miqdarda 7-10 gün ərzində ifraz edilir. EPBÇ əsasən təmas-məişət yolu ilə yayılır. Xəstəliyin
yayılmasında uşaq müəssisələrində işləyən işçilərin çirklənmiş əlləri mühüm rol oynayır.
Alovlanma baş verdikdə xəstələr mütləq təcrid olunmalıdır (xəstəxanada, evdə və s.). Uşaq
müəssisələrində, eləcə də uşaq xəstəxanalarında xəstələrə fərdi qulluğu təşkil etmək mümkün olmadıqda
bir işçiyə düşən xəstə uşaqların sayını azaltmaq məqsədəuyğundur. Müəssisələrdə alovlanma baş verdikdə
təmasda olanların (onların içərisində infeksiya mənbəyi ola bilər), yemək hazırlayanların hamısı olmaq
şərtilə bütün işçilər bakterioloji müayinədən keçməlidirlər, otaqlarda yekun dezinfeksiya aparılmalıdır,
yataq ləvazimatı, mələfələr, xüsusilə uşaqların ağzına düşə bilən əşyalar, qidalandırma qabları, əziklər
dezinfeksiya edilməlidir.
Bağırsaq eşerixiozlarının profilaktikasında başlıca tədbir uşaq müəssisələrində sanitar-gigiyenik
tədbirlərin aparılmasıdır - işçilərin şəxsi gigiyenası, uşağın tualeti ilə məşğul olduqdan sonra və
əmizdirdikdən əvvəl əllərin sabunla yuyulması və dezinfeksiya edilməsi, qab-qacaqların və əmziklərin
istifadədən sonra mütləq qaynadılması, qida üzərində nəzarət (donor südünün, şirələrin, qarışıqların
pasterizasiyası, suyun qaynadılması və s.). EİBÇ və ETBÇ törətdiyi xəstəliklər zamanı su təchizatı və qida
üzərində nəzarət, yayda milçəklərə qarşı mübarizə aparılmalıdır. Uşaq müəssisələrinə yeni qəbul olunanlar
və ya plan üzrə xəstəxanaya daxil olunanlar törədicigəzdirənliyə görə müayinə edilməlidirlər. İnsanların
vaksinlə spesifik profilaktikası bir o qədər də effektiv deyildir.
1 nömrəli Bakı Tibb Kolleci
52
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 25
Qida toksikoinfeksiyaları
İnsanın qida qəbul etməsi ilə əlaqədar olaraq zəhərlənə bilməsi coxdan bəllidir. XIX əsrin II yarısına
qədər bir çox müəlliflər belə güman edirdilər ki, qidadan zəhərlənməyə zülalın parçalanmasında əmələ
gələn zəhərli maddələrin təsiri səbəb olur. Hal-hazırda müəyyən edilmişdir ki, qidanın qəbulu ilə əlaqədar
olan zəhərlənmlərin əmələ gəlməsi aşağıdakı hallarda mümkündür:
1. Qida kimi qəbul ounan ərzaq özü zəhərləyici təsir göstərsin (müxtəlif göbələrlər, otlar və s.);
2. Yeyinti məhsullarına kimyəvi zəhərləyici maddələr qarışmış olsun (fosfor, metallar və s.);
3. Yeyinti məhsulu müəyyən mikroblarla və ya onların toksiki ilə çirklənmiş olsun.
Toksiki infeksiyaların əmələ gəlməsində mikrobun özünün orqanizmə təsiri deyil, onun tələf
olması və parçalanması nəticəsində yaranır. Lakin, buna baxmayaraq mikrobun toksiki təklikdə canlı
mikrobsuz xəstələnməyə səbəb ola bilər. Bu xüsusiyyəti ilə toksiki infeksiyaların adi toksikozlardan
fərqlənir.
Toksiki infeksiyaları etioloji xüsusiyyətlərinə görə 3 yerə bölürlər:
1. Paratifoz qrup mikrobları əmələ gətirdiyi toksiki infeksiyalar;
2. Buliqar safrofit mikrobların əmələ gətirdiyi toksiki infeksiyalar;
3. Stafilokokların əmələ gətirdiyi toksikiinfeksiyalar.
Paratifoz toksikoinfeksiyaların əmələ gəlməsində salmonella qrupuna aid bir çox paratifoz
mikroblar inkişaf edir. İnkubasiya dövrü bir neçə saatdan 12 saata kimi olur. Xəstəlik az (1 -2 gün) davam
edir. Mədə-bağırsaq sistemi tərəfindən qusma, ishal əlamətləri ilə MSS tərəfindən baş ağrısı, qızdırma,
bəzi insanlarda qıcolmalar və s. kimi əlamətlər meydana çıxır. Qida toksikoinfeksiyaları əsas etibarı ilə
baytarlıq və sanitariya nəzarətini zəbt olduğu yerdə bu qaydaları pozduğu zaman baş verir. Xəstəliyin
birdən-birə başlaması və yoluxmuş məhsuldan istifadə edənlərin hamısının xəstələnməsi bunlar üçün
xarakterikdir. Məhsuldan istifadə edən şəxslərin miqdarından asılıdır ki, böyük kollektivlərdə (hərbi
hissədə, bir yeməkxanadan istifadə etdikdə və s.) xəstələnmə baş verdikdə bu kütləvi şəkil alır.
Toksikoinfeksiyalar baş verdikdə onların əmələ gəlmiş səbəbini tez üzə çıxarmaq lazımdır ki, bunu ləğv
etmək və gələcək ağırlaşmaların qarşısını almaq olsun.
Bunun üçün epidemioloji anamniz məlumatlarından və bakterioloji müayinə üsullarından istifadə
olunur. Bakterioloji müayinənin köməyi ilə xəstələnməyə səbəb olmuş ərzağı və diaqnozu təyin etmək
mümkündür. Bundan sonra müayinənin nəticəsi ilə əlaqədar olaraq tədbirlər görməklə xəstəliyin qarşısı
alınır.
Bulqar, saprofik mikrobların eləcə də stafilokokkların iştirakı ilə baş verən toksikoinfeksiyalar
epidemioloji cəhətdən parafitoz toksikoinfeksiyalardan az fərqlənir. Burada infeksiya mənbəyi kimi
əlavə olaraq insanda iştirak edir. Odur ki, bunlarla mübarizədə sanitariya-gigiyenik qaydalarına riayət
etməsi xüsusi əhəmiyyətə malikdir.
1 nömrəli Bakı Tibb Kolleci
53
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 26
Botulizm
İnsanın qida qəbulu ilə əlaqədar olaraq əmələ gələn zəhərlənmələrə qida toksikoinfeksiyaları
deyilir. Bu zaman qidada patogen və şərti patogen mikroblar ola bilər. Bunlar toksikoinfeksiyalar
(salmonelyozlar, botulizm, bağırsaq çöpləri) və bakteriotoksikozlar aiddir.
Qısa tarixi məlumat
. Botulizm bakteriyalarının toksinləri olan qida məhsullarını qəbul
etdikdən sonra ayrı-ayrı və qrupla baş verən mərkəzi sinir sisteminin pozulması əlamətləri ilə qeyd edilən
kəskin ağır xəstəlikdir. İnsanlar botulizm haqqında ilk məlumat XIX əsrin axırında klinikasının ətraflı
təsviri isə Rusiyada Zenqbuş tərəfindən 1818-ci ildə verilmişdir. Botulizm törədicisinin ilk dəfə Van-
Ermerigen sonra S.V.Konstantinov qida məhsulları (vetçina, balıq) və zəhərlənmələr ölmüş insandan
alınmışdır.
Etiologiyası:
xəstəliyin amili spor əmələ gətirən Cl, botulinium bakteriyalarıdır. Bir-birindən
toksinlərinin antigen xassələrinə görə fərqlənirlər. Botulizm mikrobları anaerob şəraitdə artıq çoxalır və
eqzotoksin ifraz edirlər. Anaerob şəraitdə ərzaqda bunlar 9-10 gün müddətində çoxlu miqdarda oksitoksin
ifraz etmiş olurlar. Öz təsirinə görə botulizm toksini bütün məlum olan toksinlərdən və kimyəvi
zəhərlərdən qüvvətlidir. Botulizm toksinləri və bakteriyaların sporları fiziki və kimyəvi təsirlərinə çox
davamlıdırlar. Ona görə də ərzaq su, ətraf mühit əşyalarında uzun müddət saxlanılır. Sporlar yerləşdiyi
sustradan asılı olaraq 100
0
C hərarətdə 1-1,5,6 saat ərzində məhv olurlar. Eqzotoksin isə 10 dəqiqədən
sonra parçalanır.
Dostları ilə paylaş: |