Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   34
Epidemiologiya pdf 1N BTK


Epidemioloji  xüsusiyyətləri
.  Difteriya  uşaq  yoluxucu  xəstəliyidir.  Difteriya  ilə  ümumi 
xəstələnmənin  85%-i  uşaqlar  arasında  baş  verir.  Difteriyaya  1  yaşından  6  yaşına  qədər  uşaqlar  daha 
həssasdır. Xəstələnmələrin 2/3 hissəsi bu yaşlarda qeyd edilir. Xəstəlik keçirmişlərdə immunitet yaranır, 
ancaq 5-7%-də təkrar xəstələnmə mümkündür. Difteriyaya qarşı immunitetin vəziyyətini antitoksinlərin 
qanda səviyyəsi və Şik reaksiyasının mənfi cavabı difteriyaya qarşı immunitetin  olduğunu gösterir. 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
27 
 
 
 
Profilahtika  və  mübarizə  tədbirləri
.  Difteriya  ilə  mübarizədə    həlledici  rol  spesifik 
profilaktikaya  məxsusdur.  Müasir  şəraitdə  Avropa  ölkələrində  difteriyaya  qarşi  peyvənd  tetanus  və 
poliomilitlə  birlikdə  aparılır.  Son  illər  MDB  ölkələrində  uşaqların  immunizasiyasında  AGDT 
vaksini,ADT anatoksini, AD-anatoksinindən istifadə edilir.AGDT vaxsini ilə peyvənd poliomielit peyvəndi 
ilə eyni vaxtda aparılır. Respublikamızda peyvənd uşaqlara 2 aylığından  vurulur.  AGDT vaksinin 0,5ml 
miqdarda  1ay  intervalla  3  dəfəyə  vururlar.  AGDT  ilə  revaksinasiya  0,5ml  miqdarında  vaksinasiya 
qurtarandan 1,5-2 il sonra aparırlar. İkinci revaksinasiyanı  6 yaşında, məktəbəqədər  müddətdə aparırlar. 
AGDT vaksini ilə peyvənd apardıqda yerli və ümumi reaksiyalar baş verir. 
AD  anatoksini  difteriya  ilə  xəstələnmiş,  Şik  reaksiyası  müsbət  olan  11  yaşına  qədər  uşaqlara, 
xəstəlik keçirəndən 6 ay  sonra 0,5ml dozada vurulur. Revaksinasiya 0,5ml vurmaqla aparılır. Difteriyaya 
qarşı immunitetin vəziyyətini öyrənmək üçün Şik sınağından istifadə edilir. 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
28 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 10 
 
 
Göyöskürək 
 
Göyöskürək bakteriyalar tərəfindən törənən kəskin  yoluxucu  xəstəlikdir,  hava  – damcı yolu ilə 
yayılır, dövrü gedişinə malikdir. Xəstəlik tutmalarla öskürək səciyyəvi əlamət sayılır. Xəstəlik zamanı 
tənəffüs, sinir və qan – damar sistemləri zədələnmiş olur. 
İnfeksiya  mənbəyi - 
Göyöskürəkdə infeksiya mənbəyi xəstə insandır.  Xəstə klinik  əlamətlər 
başlanan  vaxtdan  yoluxucudur.  Yoluxma  təhlükəsinin  səviyyəsi  xəstəliyin  dövrlərindən  asılıdır. 
Xəstəliyin  başlanğıcında  kliniki  əlamətlər  əlamətlər  başqa  mənşəli  yuxarı  tənəffüs  yollarının  iltihabi, 
bronxit və traxeitlərə oxşadığından göyöskürək diaqnozunun qoyulması çətinlik törədir. 
Bununla yanaşı, xəstəliyin kataral dövründə xəstələrin 70–100%-də laborator yolla törədicini aşkar 
etmək  olur.  Tutma  ilə  baş  verən  öskürək  başlanan  andan  2  həftəyə  qədər  müddətdə  xəstələr  çox 
yoluxucudurlar.  Bu  dövrdə  60–70%  xəstələr  törədicini  əldə  etmək  mümkündür.  Xəstəliyin  4–cü 
həftəsindən  sonra  xəstə  ətrafdakılar  üçün  az  təhlükəlidir,  6–cı  həftəsindən  sonra  törədicinin  ifrazı 
tamamilə kəsilir. 
 
Epidemioloji xüsusiyyətləri - 
Göyöskürək ən çox mülayim  və  soyuq iqlimi  olan ölkələrdə və 
çox vaxt yaz–yay aylarında qeyd edilir. Xəstəlik  dövrülük xüsusiyyətinə malikdir, hər  2  –  3  ildən bir 
onunla  xəstələnmələrin  yüksəlişi  qeyd  edilir,  buna  səəb  yeni  doğulanların  hesabına  xəstəliyə  həssas 
uşaqların toplanmasıdır. 5 yaşına qədər uşaqlar daha çox göyöskürəklə xəstələnirlər. Böyüklərin qeyri– 
həssaslığı onların uşaq vaxtı bu xəstəliyi keçirmələri nəticəsində qazanılmış immuntetin hesabınadır. 
Uşaq  müəsisələrində  xəsətlik adətən ləng inkişaf edir:  xəsətədən bir  neçə  uşaq yoluxulur, sonra 
yoluxma zəncir şəklində davam edir. Epidemiya əleyhinə lazımi tədbirlər həyata keçirmədikdə alovlanma 
kollektivdə immunitet yaranana kimi bir neçə ay davam edə bilər. 
Profilaktika və mübarizə  tədbirləri  -  
Göyöskürək  xəstəliyi  ilə  mübarizədə müvəffəqiyyət 
xəstəliyinin  mümkün  qədər  tez  aşkarlanıb  təcrid  edilməsindən  çox  asılıdır.  Məlum  olduğu  kimi, 
göyöskürək  xəstəliyində  infeksiya  mənbəyini  xəstəliyin  kataral  dövrünün  başlanğıcında  axtarmaq 
lazımdır.  Göyöskürək  tumaları  başlanandan  sonra  törədicinin  xarici  mühitə  ifrazının  intensivliyi  və 
beləliklə də xəstənin infeksiya mənbəyi kimi təhlükəsi azalır. 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
29 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 11 
 
 
Skarlatina 
 
Skarlatina xəstəliyinin klinikası ilk dəfə XVII əsrdə ingilis tədqiqatçısı Sindenqam tərəfindən təsvir 
edilmişdir.  Alimlərdən Bretenno  və Trusso (XVIII) skarlatinanı difteriya  və qızılcadan fərqləndirmişlər. 
1902-ci  ildə  T.N.Qabriçevski  xəstəliyin  əmələ  gəlməsində  hemolitik  streptokokkların  etioloji  rolunu 
müəyyən etmişdir. V.İ.Molçanov (1916) xəstəliyin patogenezini öyrənmişdir. 
Xəsətliyin yayılması genişdir. Hər yerdə təsadüf edilir. Etiologiyası Skarlatinanın törədicisi uzun 
müddət  müəyyən  edilməmiş  qalırdı.  1902-ci  ildə  Q.N.Qabriçevski  müəyyən  etmişdir  ki,  xəstəliyin 
törədicisi “A” qrupuna aid xüsusi növ hemolitik streptokokklar törədir. Bunu amerikalı  tədqiqatçılar - 
ərarvad  Dik  (1923)  törədicinin  təmiz  kulturasını  alaraq  ətraflı  öyrənmişlər.  Xəstəliyi  keçirməyənlərə 
sınaq qoyduqda (+), xəstəliyi keçirənlərə sınaq (-) alınır. 
Patogenez  və  klinikası
.  Skarlatinanın  törədicisi  orqanizmə  bir  qayda  olaraq  burun,  əsnəyin, 
badamcıqların və boğazın selikli qişalarından daxil olur. Bəzən yara, yanıq,  tamlığı  pozulmuş  dəridən də 
yoluxma baş verə bilər. İnkubasiya müddəti 1-12 gün və  ya 5-7  gün ola bilər. Xəstəliyin birinci, ikinci 
günündə üzdə, boyunda, kürəkdə səpkilər əmələ gəlir. Xəstəliyin 3-cü  günü dilin moruq rəngdə olması, 
dodaqüstü və çənə sahəsi avazımış olur. buna alimin şərəfinə görə Filatov üçbucağı deyilir. 
İnfeksiya mənbəyi
.  İnfeksiya mənbəyi xəstə və rekonvalessentlərdir. Balaca uşaqlar  az hərəkətli 
olduğundan infeksiya mənbəyi kimi nisbətən az təhlükəlidir. Rekonvalessentlərdə fəsadlar (rinit, burun-
boğaz  zədələnmələri)  baş  verdikdə  onların  infeksiya  mənbəyi  kimi  təhlükəsi  artmış  olur.  İnfeksiyanın 
yoluxma mexanizmi  Xəstəliyin yoluxma mexanizmi   hava-damcı  yolladı.  Skarlatinada əsas yoluxma 
xəstəliyin 18-20 günlərində qabıq vermə baş verir  (əldə  ovucun içində, ayağın altında), bu da yoluxmaya 
səbəb olur. Bundan başqa ərzag (süd, qənnadı məmulatı) ilə və məişət əşyaları (qab- qacaq, paltar, oyuncaq 
və  s.)  yoluxma  mümkündür.  Epidemioloji  xüsusiyyətləri  Skarlatina  uşaqlar  arasında  ən  çox  yayılmış 
xəstəlikdir.  Antroponozdur.  Soyuq  və  mülayim  iqlimli  ölkələrdə  skarlatina  daha  çox  qeyd  edilir. 
Skarlatinada  fəsillik  nəzərə  çarpır,  ən  çox  oktyabr  ayında  qeyd  edilir.  İmmunitet  davamlıdır.  Böyük 
yaşlarda ən çox qadınlar xəstələnirlər. 
Profilaktika və  mübarizə tədbirləri  
Skarlatinalı xəstə evdə təcrid  edilir,  ağırlaşma olduqda 
hospitalizasiya edilir. Xəstənin istifadə etdiyi əşyalar, oyuncaqlar 2%-li soda məhlulunda yuyulur. Otağın 
havası tez-tez  dəyişdirilir,  nəm  üsulla  silinir.  Xəstə  ilə  təmasda  olanlar  7  gündən 17  günə qədər  tibbi 
nəzarət  edilir.  Spesifik  vaksin  yoxdur,  ancaq  lazım  gəldikdə  xəstələnməmiş  uşaqlara  qammaqlobulin 
vurmaq  olar. 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
30 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  12 
Qızılca 
 
1911-ci  ildə  ilk  dəfə  T.Anderson  və  C.Qoldberq  qızılcanın  virus  etiologiyalı  olması  müəyyən 
etmişlər.  1954-cü  ildə  E.Enders  və  T.Pibs  bu  virusu  tapmışlar.  Qızılcanın  törədicisi  mikroviruslar 
qrupuna,  Paramyxoviridae    family,  Morbiliviruslara  aiddir.  Morbilivirusun  yalnız  bir  antigen  tipi 
məlumdur. Virusun  diametri 120-150  nm-dir. Ətraf mühitdə  davamsızdır; insan orqanizmindən kənarda 
tezliklə məhv olur. 50
0
C-də 15 dəqiqə ərzində 60
0
C-də isə dərhal məhv olurlar. Toxuma kulturalarında 
becərilir. Qızılca bütün dünyada yayılıb. 
Epidemioloji  xüsusiyyətləri: 
1. Törədicigəzdirənliyin olması; 
2. Törədicinin yalnız bir serovariantı məlumdur, antigen sturukturu monotiplidir. 
3. Xəstəliyi keçirdikdən sonra davamlı immunitetin olması; 
4. Yüksək effektli vaksinin olması. 
 
 
Virusemiya - 
Törədici mərkəzi sinir sistemində, ağciyərlərdə,  badamcıqlarda,   onurğa beynində, 
dalaqda  fiksasiya  olunur.  Bu  orqanlarda  virusların  toplanması  iltihabi  infiltratları  infeksiyasının 
müşayiəti ilə gedir. 
İnfeksiya  mənbəyi  - 
Əsasən  xəstə  şəxslərdir.  Xəstə  insandan  yoluxma  prodromaldövrdən 
başlayaraq (3-4 gün) və səpkilərin əmələ gəlməsinin ilk 4 günü ərzində baş verir. Ən yüksək yoluxuculuq 
kataral  dövrdə  və səpkilərin  yaranmasının 1-ci  günü qeyd  edilir.  Səpkinin  3-cü  günündən kontagiozluq 
kəskin  azalır,  4-cü  günü  isə  xəstə  yoluxucu  sayılmır.  Zəiflədilmiş  olunmuş  qızılca  ilə  xəstələr  də 
həmçinin yoluxdurucu hesab edilir. 
İnfeksiyanın ötürülməsi - 
Çox vaxt hava-damcı yolu ilə baş verir  –  öskürmə,  asqırma zamanı 
qızılca zamanı virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və 
hava axını ilə  böyük məsafələrə  -  qonşu  otaqlara  və dəhliz   və  pilləkanlararası   sahələr  boyunca digər 
mənzillərə yayıla bilər. Qızılca virusunun aşağı mərtəbələrdən ventilyasiya sistemi ilə yuxarı mərtəbələrə 
daşınması mümkündür. 
Ağırlaşmalar: 
Pnevmoniya, Otit, Laringit, Ensefalit, Stomatit. 
İnkubasiya dövrü
Orta hesabla 8-10 gün davam edərək 17 günə qədər uzanır, qamma- 
qlobulin yerildildikdə isə 21 gün təşkil edir. 
Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: kataral  və ya  başlanğıc, səpkilər və 
piqmentqasiya. 
Daha sonra səpkilər dövrü başlayaraq 3-4 gün davam edir. Səpki əvvəl çəhrayı ləkələr şəklində 
burun ətrafında, qulaq ardında, göz qapaqlarında eləcə də  bütün sifətə boyuna və döşün yuxarı 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
31 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
hissələrinə yayılır. Bəzən səpkilər bir birilə birləşirlər 2 -ci gün gövdəyə və qollara yayılır. 3 cü günü isə 
bütün  bədən  səthində  olur.  Səpkinin  bu  cür  etap  şəklində  olması  qızılca  üçün  differensial  diaqnostik 
əhəmiyyətə malikdir. 
Piqmentasiya dövründə isə səpkilər tündləşir və qəhvəyi rəng alır. Bu dövr 5 -8 gündür. Səpkilər 
itdikdən  sonra  kəpəkvari  qabıqlanma  meydana  çıxır  və  üzdə  daha  yaxşı  nəzərə  çarpır.  Piqmentasiya 
dövründə xəstənin ümumi vəziyyəti yaxşılaşır, kataral əlamətlər zəifləyir, temperatur normallaşır. 
Keçirilmiş qızılcadan sonra uzun müddət asteniya və allergiya vəziyyəti qalır. Bu səbəbdəndir ki, 
xəstəlik keçirmiş adamlarda klinik sağalmaya baxmayaraq hələ də  bir müddət  yorğunluq, ümumi halsızlıq, 
yuxu pozğunluğu qeyd edilə bilər. 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
32 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  13 
Məxmərək 
 
Məxmərək 
kəskin yoluxucu xəstəlik olub, qızılcayabənzər səpkilərlə, yuxarı tənəffüs yollarında 
cüzi kataral əlamətlərlə və periferik limfa vəzilərinin böyüməsi ilə  səciyyələnir. Məxmərəyin törədicisi 
- RNT tərkibli Togaviridae ailəsi Rubi virus cinsinə aid virusdur. Miksoviruslar qrupuna daxildir, 1938-ci 
ildə J.Hiro və S.Tasaka tərəfindən aşkar edilmişdir. Məxmərək virusu toyuq embrionunun xorionallantois 
qişasında  becərilir,  ətraf  mühitdə davamsızdır.  Məxmərəyə    qarşı  uşaqların  həssaslığı  yüksəkdir,lakin 
qızılcaya  nisbətən  aşagıdır.Əsas  etibarilə  1  yaşdan 7  yaşa  qədər  uşaqlar  xəstələnirlər.  6  aylıq  uşaqlar 
anadangəlmə immunitetin həsabına çox nadir  hallarda xəstələnirlər. Əgər ana məxmərək keçirməmişsə, 
onda uşaq istənilən yaşda xəstələnə bilər. 
Yayılması. 
Məxmərəyə  bütün  ölkələrdə  rast  gəlinir.  Onun  epidemiyası  Yaponiyada,  İsveçdə, 
İslandiyada, Çexoslovakiyada və s. ölkələrdə qeyd edilmişdir. 
Etiologiyası. 
Xəstəliyin  virus təbiəti ilk  dəfə 1938-ci  ildə  yapon tədqiqatçıları Hiro  və Tasaka 
tərəfindən  sübut  edilmişdir.  Onlar  məxmərəkli  xəstələrin  burun-udlaq  yuyuntusunun  filtratı  ilə 
könüllüləri  yoluxduraraq  xəstəliyi  eksperimentdə  təkrar  etmişlər.  Virus  ilk  dəfə  yaşıl  meymunların 
böyrək  hüceyrələrini  yoluxdurmaqla amerikalı  Rarkman  və Weller  (1962)  tərəfindən  əldə  edilmişdir. 
Məxmərək virusu Togaviridae ailəsinə,Rubivirus cinsinə aid edilmişdir. O RNT tərkibli  virusdur, ölçüsü 
70 mm-ə yaxındır, çox vaxt girdə şəkildə olur. Xarici örtüyünün tərkibində lipidlər var, bu səbəbdən  də 
efir və xloroforma qarşı həssasdır,formaldehid,tripsin və ultrabənövşəyi  şüaların təsirindən məhv olurlar. 
pH-ın dəyişməsindən  tez  parçalanır,  yoluxuculuğu pH<3,5  və pH  9,5-də itir,pH 7,0-8,0  olduqda sabit 
qalır.Virus termolabildir, 56
0
C-də 30,70
0
C-də 4,100
0
C-də 2 dəqiqə ərzində məhv olurlar. 4
0
C hərarətdə 
zülallı məhlulda  virus bir  həfdə  ərzində  öz  davamlığını saxlayır,  -  60
0
C  hərarətdə  uzun müddət  qalır. 
Formalin(1:400) və etilen-oksidi 37 virusu tez məhv edilir. 70
0
spirt,sərbəst xlor təsirindən virus bir neçə 
dəqiqə ərzində məhv olur. 
İnfeksiya mənbəyi 
xəstə şəxsdir,yoluxma hava-damcı yolu ilə  baş  verir.Xəstə  praktik  olaraq 
xəstəliyin klinik siptomları üzə çəxdəqdan sonra və səpkinin başlanğıcından 5 gün ərzində 
yoluxdurucu 
sayılır. Lakin təsdiq olunmuşdur ki, virus səpkinin yaranmasından bir neçə gün əvvəl əmələ gələ bilər və 2 
həftə və daha çox ifraz olunmaqda davam edir. Keçirilmiş xəstəlikdən sonra davamlı immunitet inkişaf 
edir. 
Məxmərək zamanı xəstə şəxs inkubasiya dövrünün sonu və bütün kəskin  dövrdə  infeksiya mənbəyi 
kimi təhlükəlidir.Lakin xəstəliyin 8-12-ci günündə də  xəstə virusu ətrafa udlağın burun nahiyəsindən yaya 
bilər.  Xəstə virusu səpkilər  dövründə virusu xəstə  nəcis  və sidik  vasitisilə ifraz edir.Prodromal  dövrdə 
xəstələr,xəstəliyi örtülü gedən şəxslər, rekonvalessentlər virusgəzdirənlərdir. Hamilə qadın üçün uşaqdan 
(inkubasiya dövründə) yoluxma xüsusilə təhlükəlidir. 
Yoluxma  mexanizmi
.  Yoluxma  havada  asılı  olan  virusların  nəfəsalma  zamanı  daxil  olması 
nəticəsində  baş  verir.  Orqanizmə  daxil olan  virus qan cərəyanına  düşür  və bir  həftə  ərzində  dövr  edir. 
Hamiləlik  vaxtı cifitin  bol  qanla təchiz  olunması  ilə  əlaqədar  qan-cift  maneəsini  keçən  viruslar  ciftin 
xorion  epitelinə  və kapillyarların  endotelinə  daxil  olur,  oradan  isə  dölün  qan  dövranına  keçərək  dövr 
edirlər.  Virus inkişafda  olan dölə  teratogen təsir  göstərərək  həmin  dövrdə orqanogenezdə  olan üzvləri 
zədələyir.Viruslar hüceyrələrin mitotik fəallığını pozur,onların inkişafını dayandırır,nəticədə xromosom 
absersiyaları və dölün inkişaf qüsuru baş verir. 
Epidemioloji  xüsusiyyətləri
.  Məxmərəyə  əhalinin  bütün  təbəqələri  və  yaş  qrupları 
həssasdır.Yüksək sıxlığa malik kollektivdə məxmərək virusu həssas şəxslərin 100%-ni yoluxdurur. Çox 
vaxt yasli və kiçik məktəb yaşlı uşaqlar xəstələnirlər.  Onlar kollektiv immuniteti  və epidemik vəziyyəti 
müəyyən edirlər. Məxmərək xəstəliyinin qızılcadan fərqli olaraq nisbətən az kontaqiozluğu nəticəsində 
çoxları uşaqlıqda bu xəstəliyi keçirmirlər, ona görə böyüklər arasında həssas şəxslərin sayı artır (10-20%). 
Böyük  yaşlı  əhalinin  4,6-9,2%-ə  qədəri,  qadınların  isə  50%-i  məxmərəklə  xəstələnirlər.  Ona  görə 
məxmərəyin teratogen təsirinin təhlükəsi böyükdür. Xəstəliyin səviyyəsi əhalinin sıxlığından 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
33 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
və yerdəyişməsindən asılıdır, ona görə şəhərdə kəndə nisbətən yüksək olur. Çox vaxt əhalinin kiçik yaşlı 
qrupları (8-10 yaşa qədər) xəstələnirlər, 16-20 yaşda əhalinin immun təbəqəsi 80-90%-ə çatır. 
Məxmərək  üçün  qış-yaz  mövsümiliyi  səciyyəvidir.  Xəstəliyin  müəyyən  səviyyədə  artması  payız 
aylarında,  uşaqların yay istirahətindən qayıtdığı  vaxt qeyd edilir. Xəstəliyin ən yüksək səviyyəsi fevral-
aprel aylarına düşür, sonra xəstəlik tədricən azalır. Xəstəliyi keçirdikdən sonra  əmələ gələn immunitet 
davamlı deyildir. Virusu neytrallaşdıran və hemaqlütinin əkscisimlərin titri vaxt keçdikdə azalır (ilkin zəif 
titrdə 10 ildən sonra yox ola bilər). 
Profilaktika  və  mübarizə  tədbirləri
.  Xəstələri  ev  şəraitində  səpki  anından  5  gün  ərzində 
izolyasiya  edirlər.  Dezinfeksiya  aparılmır.  Məxmərəkli  xəsdə  ilə  təmasda  olan  uşaqlar  digərlərindən 
ayrılmır.  Məxmərəklə  xəstələnməmiş  və  hamiləliyin  birinci  aylarında  xəsdə  ilə  təmasda  olan  hamilə 
qadinlarda  hamiləliyin  pozulması  məsələsini  həll  etmək  lazımdır.  Profilaktik  məqsədlə  qamma- 
qlobulinin  hamilə  qadına  yeridilməsinin  effektivliyi  təsdiq  edilməmişdir.  Qanda  leykopeniya,nisbi 
limfositoz  və  plazmatik  hüceyrələrin  əmələ  gəlməsi  (10  -30%-ə  qədər)  müşahidə    olunur,bəzən 
monositlərin sayı artır. Bəzən məxmərək silinmiş və simptomsuz keçir. 
Təcili profilaktika məqsədilə hamilə qadının məxmərəkli xəstə ilə təmasından sonra ilk 3 -4 gündə 
(əgər hamiləliyi hansısa səbəbdən pozmaq mümkün deyilsə) immunoqlobulin vurulur.Lakin məxmərəkdə 
passiv immunizasiya təsirli deyildir,  vurulan immunoqlobulinin  adi dozası klinik  ağır keçən  xəstəliyin 
ancaq  yüngülləşməsinə səbəb olur. Müəyyən edilmişdir ki, immunoqlobulinin venadaxili yeridildilməsi 
(40%) ərzələdaxili yeritməyə (5-20%)nisbətən daha təsirlidir. 
Ümumi profilaktik tədbirlərdən geniş istifadə edilir. Məxmərək xəstəliyi  mütəşəkkil müəssisələrə 
sirayət  edirsə  karantin  qoyulmur.  Virusun  teratogen  xassələrini  nəzərə  alaraq,xəstə  uşaqları  hamilə 
qadınlardan  ayrı  saxlamaq  lazımdır.  Xəstəliyin  yayılmasının  qarşısını  almaq    üçün  udlağın  burun 
nahiyəsindən  ifraz  olunan  möhtəviyyət  (selik,bəlğəm)  3-5%-li  fenol  və  ya  xloramin  məhlulu  ilə 
dezinfeksiya  edilir,  otaqlar  nəm  üsulla  yığışdırılır.Qab-qacaq,alt  paltar,burun  dəsmalı  və tənzif  maska 
qaynadılır. Xəstə və ona qulluq edənlər şəxsı gigiyenaya əməl etməlidirlər. 
Epidemioloji  nəzarət
.  Hər  bir  məxmərək  xəstəsi  haqqında  GEM-ə  təcili  vərəqəsi 
göndərilməlidir.  Xəstə  evdə  və  ya    uşaq  müəssisəsində  (internat  məktəbi,  uşaq  sağlamlaşdırma 
müəssisələri) xüsusi otaqda təcrid olunmalıdır. Səpkilərdən 4 gün əvvəl ağırlaşma baş verərsə, xəstələr 
8-10  günə  qədər  təcrid  edilməlidirlər.  Onlar  xəstəxanaya  klinik  ağır  gediş  zamanı  gösdərilir.  Uşaq 
müəssisələrində xəstə ilə təmasda olan uşaqlar 3 həftə ərzində ayrı  saxlanılırlar. 
Laborator diaqnostikası
Məxmərəyin diaqnozu HALR vasitəsilə retrospektiv təsdiq etmək 
olar ki,  o da 10 gün intervalla  götürülmüş cüt  zərdablarla qoyulur. Bu  zaman əkscisimləırin  titrinin 4 
dəfə  və  daha  çox  artması  diaqnostik  meyar  sayılır.  Məxmərəyin 
gedişi  və  nəticəsi 
yaxşıdır. 
Ağırlaşmalar,  o  cümlədən  ensefalit,  ensefalomielit  olduqca  nadir  hallarda  baş  verir.  Böyüklərdə 
məxmərək  daha  yüksək  temperaturla,  güclü  baş  ağrısı,  əzələlərdə  ağrılar,  limfa  düyünlərinin  kəskin 
böyüməsi ilə müşayiət olunur. 

1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 
34 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  14 
Su çiçəyi 
 
Su  çiçəyi  hava-damcı  yolu  ilə  yayılan,əsasən  uşaqları  yoluxduran  geniş  yayılmış 
xəstəlikdir(sinonimləri:varicella,chikenpox). 
Sərbəst xəstəlik kimi su çiçəyi ilk dəfə italyan həkimi Vidus tərəfindən XXI əsrdə təsvir edilmişdir. 
Etiologiyası. 
1911-ci  ildə  Araqao  su  çiçəyi  suluqlarından  hazırlanmış  yaxmada  Paşen 
cisimciklərinə  bənzər,hüceyrədən  kənarda  yerləşən  kiçik  ibtidai  cisimcikləri  aşkar  etdi.  Belə  ibtidai 
cisimciklər kəmərləyici dəmrovda da tapıldı. Təbii  şəraitdə heç bir heyvanda su çiçəyi  virusu tərəfindən 
törədilən  xəstəlik  müşahidə  edilməyib.  Su  çiçəyi  virusu  DNT  genomlu  Herpesvirus  cinsinə  aiddir. 
Morfoloji cəhətdən sadə herpes virusundan fərqlənir. 
Patogenez və  klinikası
Su çiçəyi prodromal dövr olmadan qəflətən  başlayır.İnkubasiya dövrü 
10-21 gün,orta hesabla 13-17 gündür. Dəri üzərində ayrı-ayrı səpkilərin yaranması ilə bərabər, köhnələrin 
yetişməsi başlanır, səpkilərin müxtəlifliyi aydın görünür. 
Yoluxma  mexanizmi
.  İnsan  su  çiçəyi  ilə  hava-damcı  yolu  ilə  yoluxur.Törədicinin  intensiv 
keçirilmə imkanina baxmayaraq,ilk xəstə uşağın kollektivdə məhdud vaxtda qalması çox vaxt bütün həssas 
uşaqları  yoluxdura  bilmir.  Su  çiçəyinin  epidemik  alovlanması  2  -3  aya  qədər  davam  edir.Uşaq 
müəssisələrində epidemik prosesin gərginliyi uşaqların bir-biri ilə təmaslarının müddəti,xəstələrin təcrid 
vaxtı, uşaqların yaşı, ilin fəsli, kütləvi tədbirlərin təşkili və immun təbəqənin səviyyəsindən asılıdır. 
Epidemioloji xüsusiyyətləri. 
İnsan su  çiçəyi  virusuna  çox  həssasdırlar,uşaq müəssisələrində 
alovlanma zamanı əvvəllər xəstələnməyən  bütün uşaqlar  yoluxurlar.Simptomsuz xəstələnmə az hallarda 
qeyd edilir və bu,onu göstərir ki, ya yoluxanlar virusun az miqdarını qəbul etmişlər,ya  da  genotiplərinə 
görə  xəstəliyə az həssasdırlar.  Su çiçəyini keçirən  xəstələrdə uzun müddətli immunitet  yaranır. Təkrar 
xəstələnmə nadir hallarda baş  verir. 
İnfeksiya  mənbəyi insandır. Çox vaxt o xəstəliyin kəskin dövründə,bəziləri çoxlu  səpkilərdən bir 
neçə saat sonra, digərləri isə səpkilərin əmələ gəlməsindən 20 saatdan tez olmayaraq yoluxucu olurlar. 
Xəstənin yoluxdurucu olması virusun  yuxarı tənəffüs yollarının selikli qişasında əmələ gələn suluqlardan 
ifraz edilməsi ilə bağlıdır. Xəstələrin çoxunda yoluxduruculuq müddəti səpkilərdən sonra 3-4 gündən artıq 
deyildir. Kəmərləyici dəmrovda xəstələrin yoluxduruculuq qabiliyyəti yüksək deyil (bu, virusun udlağın 
burun nahiyəsindən qısa müddətli ifraz edilməsı ilə  əlaqədardır),  lakin  belə  şəxslər törədicinin əlavə 
mənbəyinə çevrilə bilərlər. 
İmmunoloji  üsullarla  aparılan  geniş  tədqiqat  işləri  görtərdi  ki,kəmərləyici  dəmrovu  keçirən 
xəstələrdə su çiçəyi virusuna qarşı əkscisimlərin titrləri su çiçəyini keçirənlərdən yüksəkdir. 
Xəstəliyin  çoxillik  dinamikası  xəstəlik  səviyyəsinin  dövri  olaraq  qalxması  və  enməsi  ilə 
səciyyələnir. Dövri qalxmalar şəraitdən asılı olaraq 2,3,5,7 ildən (kiçik dövrlər), eləcə də 20-22 ildən bir 
(böyük dövr) baş  verir. 
Uşaqlar 1 yaşına qədər nisbətən az xəstələnirlər (passiv immunitet, təcrid sayəsində). Bir yaşdan 
sonra  xəstəlik  artır,  4  yaşa yaxın yüksək səviyyəyə  çatır.  Böyük şəhərlərdə  3-5  yaşlarında, xüsusilə  4 
yaşında  uşaqlar  arasında xəstələnmə daha çox qeyd edilir. Kənd yerlərində, eləcə də  cənub rayonlarında 
xəstəliyə əsassən yuxarı yaş qrupları tutulurlar. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin