Epidemiya
– sporadik xəstələnmə səviyyəsindən yüksək olan və ya onun qeydə alınmadığım
yerdə baş verən xəstələnmədir.
Epidemiyalar başvermə vaxtına, yayılma ərazisinə, intensivliyinə, inkişaf mexanizminə görə təsnif
edilir. Kəskin bağırsaq infeksiyalarının epidemiyalarının diferensiyası təsnifat meyarı sayıla bilər.
Pandemiya
– yoluxucu xəstəliklərin ölkənin bütün ərazisində, qonşu dövlətlərdə, bəzən isə
dünyanın bir çox ölkələrində yayılamsı ilə xarakterizə olunur. Yəni pandemiya yoluxucu xəstəliyin bir
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
14
neçə ölkə və ya qitə arasında kütləvi yayılması ilə səciyyələnən epidemik prosesin intensivliyinin bir
formasıdır. Keçən əsrdə dəfələrlə qrip, vəba pandemiyaları olmuş, İİV-infeksiyasının pandemiyası
başlamışdır.
Endemiya
– müəyyən ərazi üçün xas olan və ya daim rast gəlinən xəstələnmə səviyyəsi olub,
konkret ərazidə epidemik prosesə təsir göstərən təbii, bioloji və sosial amillərdən asılıdır.
Ekzotik xəstəliklər
– həmin ərazi üçün xas olmayan (orada epidemik prosesin saxlanması üçün
lazımi şəraitin olması ilə əlaqədar) yoluxucu və parazitar xəstəlikdir. Ekzotik xəstənmə bu infeksiyanın
rast gəlmədiyi əraziyə törədicinin xaricdən gətirilməsi hesabına inkişaf edir. Yoluxma həmin ərazidən
kənarda baş verir. Yoluxucu xəstəlyin ekzotik yoluxma hadisəsi həmişə gətirilmə sayılır, lakin heç də
gətirilmə xəstəliklərin hamısı ekzotik deyildirlər. MDB hüdudlarında dəri leyşmaniozu halları
gətirilmədir, lakin ekzotik deyildir, sarı qızdırma halları isə eyni zamanda həm gətirilmə, həm də
ekzotikdir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
15
MÖVZU 4
Yoluxucu xəstəliklərin profilaktikasının əsas prinsipləri.
Profilaktik və əksepidemik tədbirləri
Ocaqda aparılan əksepidemik tədbirlər
: Ocaqda əksepidemik tədbirlər 3 istiqamətdə
aparılır: infeksiya mənbəyinə (xəstə və törədicigəzdirən); yoluxma mexanizminə; təmasda olan şəxslərə
(ehtimal olunan infeksiya mənbəyi kimi) qarşı. Xəstə və törədicigəzdirənlərə qarşı aparılan tədbirlər,
onların erkən aşkar edilməsi, təcrid olunması (onu əhatə edən şəxslərdən ayırmaq) və müalicəyə cəlb
olunmasından ibarətdir.
Xəstələrin aşkar edilməsi passiv (xəstənin tibbi yardım üçün müraciət etməsi zamanı) və aktiv
şəkildə (tibbi müəssisələrində profilaktik müayinə və sorğu zamanı, həyatı yoxlamalar vasitəsilə) həyata
keçirilir. Xəstənin erkən diaqnozu həkim və ya feldşer tərəfindən kliniki əlamətlərə əsasən qoyulur. Onu
təsdiq etmək üçün epidemoloji məlumatlardan, laborator müayinələrdən və allergik sınağın
nəticələrindən istifadə olunur.
Göstərilən diaqnostik üsaullar müxtəlif yoluxucu xəstəliklərdə eyni əhəmiyyətə malik deyildir.
Belə ki, karantin və təbii-ocaqlı xəstəliklərin (taun, vəba, sarı qızdırma, gənə ensefaliti, Kü-qızdırması və
s.) aşkar edilməsində epidemioloji anamnez xüsusi əhəmiyyət daşıyır. Xəstənin karantin xəstəliklərinin
qeydə alındığı ölkələrdə və ya epidemik ərazilərdə olması klinik və başqa məlumatlarla yanaşı, diaqnozun
qoyulmasında da böyük rol oynayır.
Erkən diaqnostika üçün aşağıdakı laborator üsullardan geniş istifadə etmək
lazımdır:
1. Bakterioloji;
2. Seroloji;
3. Allergik;
4. Antitoksik dəri reaksiyalrı;
5. Mikroskopiya;
6. Hemokultura və s.
Son zamanlar bir çox xəstəliklərin (bağırsaq xəstəlikləri, rikketsiozlar, tulyaremiya, bruselyoz,
taun və s.) ekspress diaqnostikasında flüoressensiya edən əks-cisimlər üsulu və dolayı hemaqlütinasiya
reaksiyasından istifadə edilir.
Baş verən yoluxucu xəstəlik hadisələri müalicə-profilaktika idarələri tərəfindən mütləq qeydə
alınır.
Xəstə 24 saatdan gec olmayaraq rayon səhiyyə şöbəsinə və GEM-ə göndərilir. İmkan olduqda
məlumat telefonla çatdırılır, əlavə olaraq təcili bildiriş vərəqəsi poçt və ya faksla göndərilir. Karantin
xəstəlikləri (taun, vəba, sarı qızdırma) aşkar edildikdə və ya olara şübhə yarandıqda məlumat təcili şəkildə
telefonla verilir və ya faksla göndərilir.
İnfesksiya mənbəyinə qarşı görülən tədbirlər:
Qeyd edildiyi kimi, ocaqda epidemiya
əleyhinə tədbirlər 3 istiqamətdə aparılır: xəstəyə (infeksiya mənbəyi), ətraf mühitə (yoluxma amilləri)
və xəstə ilə təmasda olanlara (həssas şəxslərə) qarşı. İnfeksiya mənbəyinə qarşı yönəldilmiş tədbirlər
infeksiya mənbəyinin növünə əsasən müəyyən edilir.
İnfeksiya mənbəyi kimi insanlar (antroponozlar) iştirak etdikdə aşağıdakı tədbirlər nəzərdə tutulur:
xəstələrin erkən aşkar edilməsi, təcrid edilməsi və xəstəxanayayerləşdirilməsi (hospitallaşdırılması).
Xəstələrin aşkar edilməsi passiv (xəstənin özü bilavasitə yardım üçün müraciət etdikdə) və fəal yolla
(profilaktik müayinələr zamanı, müəssisələrdə dispanserizasiya zamanı, həyətbəhəyət yoxlamalarla)
aparılır. Klinik diaqnoz həkim və ya feldşer tərəfindən qoyulur. Onu təsdiq etmək üçün epidemioloji
məlumatlardan, müasir laborator müayinələrdən istifadə olunur. Xəstənin hospitalizasiyası və təcrid
edilməsi bir çox xəstəliklərdə, xüsusilə yüksək kontagiozlu yoluxucu xəstəliklər zamanı olduqca vacibdir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
16
Bəzən xəstənin təcrid edilməsi evdə, uşaq bağçalarında, internatda aparıla bilər. Belə hallarda
xəstəxanaya hospitalizasiya edənə qədər xəstəni xüsusi təcrid otaqlarına yerləşdirirlər. Xəstə evdə
saxlanılarsa törədicinin ətraf mühitə yayılmasının və xəstəlik törədicilərinin ocaqdan kənara
çıxarılmasının qarşısının alınması üzrə tədbirlər görülür. Bu məqsədlə xəstə ayrı otaqda təcrid olunur,
fərdi qab-qacaq və başqa lazımi əşyalarla təmin edilir. Ailə üzvləri xəstəyə qulluq üsulları ilə tanış edilir.
Xəstəyə daimi nəzarət Səhiyyə idarələri və GEM-lər tərəfindən həyata keçirilir.
Xəstəyə diaqnoz qoyduqdan sonra onu müasir effektiv üsullarla müalicə edirlər. Müalicənin tez
başlaması xəstənin tez sağalmasına və xəstəliyin xroniki formaya keçməsinin qarşısının alınmsına səbəb
olur.
Yoluxucu xəstələrin sağlam törədicigəzdirənliyinin böyük epidemioloji əhəmiyyəti vardır. Bəzi
xəstəliklərdə (məs.: qarın yatalağı) sağlam törədicigəzdirənlərin törədicini bütün ömür boyu ifraz edirlər.
Onların aşkar edilməsi və müalicə olunmasının epidemioloji əhəmiyyəti böyükdür. Belə
törədicigəzdirənlərə qida, su təchizatı ilə əlaqədar idarələrdə işləmək qadağan edilir.
Yoluxma mexanizminə qarşı görülən tədbirlər:
Yoluxucu xəstəliyin yoluxma
mexanizminin qarşısının alınması epidemik prosesin inkişafına mane olur. Bu, mürəkkəb tədbirlər
kompleksini nəzərdə tutur və adətən, ona nail olmaq o qədər də asan deyil.
Məlum olduğu kimi, yoluxucu xəstəliklərin yoluxma mexanizmi 3 mərhələdən ibarətdir:
törədicinin yoluxmuş orqanizmdən (xəstə və ya törədicigəzdirən) xaric edilməsi, onun ətraf mühitdə
qalması (yaşama müddəti ərzində) və nəhayət, sağlam şəxsin orqanizminə daxil olması ( hər bir törədiciyə
xas olan giriş qapısı ilə). Bu zaman törədicinin mütləq inkişaf edə biləcəyi orqana düşməsi vacibdir.
Törədicinin örtülürməsində ətraf mühitin müxtəlif amilləri iştrak edə bilər. Əsas məsələ ondadır ki,
epidemik prosesin istənilən mərhələsində törədicinin yayılmasının qarşısı alınsın. Bunun nəticəsində
epidemik prosesin inkişafı dayandırılır. Beləliklə, yoluxucu xəstəliklərin hər bir qrupunun yoluxma
mexanizmi aydınlaşdırıldıqdan sonra onlara qarşı profilaktik və mübarizə tədbirlərini tətbiq etməklə
xəstəliyin inkişafının qarşısını almaq olar.
Yoluxma mexanizminin aydınlaşdırılması və yoluxucu xəstəliyin yayılma yollarının müəyyən
edilməsi və onlara qarşı yönəldilmiş tədbirlərin aparılması nəticəsində törədicinin ötürülməsi
dayandırılır. Bu tədbirlər məcmuyunda ocağın zəzərsizləşdirilməsi böyük yer tutur.
Dezinfeksiya və dezinseksiya yoluxucu xəstəliyin yayılmasında iştirak edən ətraf mühit
amillərinin zərərsizləşdirilməsində həyata keçirilən əsas tədbirlərdəndir.
Dezinfeksiya (dezinseksiya) ocaqlı və profilaktik şəkildə aparılır. Ocaqlı dezinfeksiya öz
növbəsində cari və son (yekun) dezinfeksiyaya bölünür. Cari dezinfeksiya xəstənin yatağı yanında bir neçə
dəfə aparılır (xəstəxanada, evdə), son dezinfeksiya isə ocaqda xəstə (törədicigəzdirən) təcrid olunduqdan
(hospitallaşdırıldıqdan, öldükdən) və ya sağaldıqdan sonra aparılır. Son dezinfeksiya bir dəfə aparılır.
Profilaktik dezinfeksiyanın (dezinseksiya) aparılması infeksiya mənbəyinin olub-olmamasından
asılı deyildir, onu törədicinin ifraz edildiyi və ətrafa yayılması ehtimalı olan yerlərdə və insanların sıx
toplaşdığı yerlərdə həyata keçirirlər. Son dezinfeksiyanı məcbur qaydada qarın yatalağı, paratiflər,
dizenteriya, vəba, hepatit, polimielit, difteriya, skarlatina, vərəm, cüzam təbii çiçək, səpkili və qayıdan
yatalaq, dabaq, manqo, qara yara, göbələk xəstəlikləri və taun xəstəliklərində aparılır. Yoluxucu xəstənin
bütün əşyaları, məişət əşyaları dezinfeksiya edilir. Ocaqda ilk növbədə ən çox yoluxmuş obyektlər
(xəstənin ifrazatı, paltar, qab-qacaq) zərərsizləşdirilir və kamera üsulu ilə dezinfeksiya ediləcək əşyalar
(yataq ləvazimatı – matras, adlay, və s., üst geyimi, kitab, sənədlər) toplanır. Bunlar dezinfeksiyaedici
məhlulla islanmış torbalara yığılır və dezinfeksiya kameralarına göndərilir. Xəstənin yatdığı otaq
dezinfeksiya edilir. Bağırsaq qrupu yoluxucu xəstəliklərinə qarşı ocaqda dezinfeksiya apararkən həyət
ayaqyolularını, zibil yeşiklərini və s. dezinfeksiya etmək lazımdır. Yoluxucu xətə evdə saxlanılırsa,
ocaqda cari dezinfeksiya aparılır. Onu xəstəyə qulluq edən şəxslər yerinə yetirir. Cari dezinfeksiya
üzərində nəzarət GEM-lər tərəfindən aparılır.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
17
MÖVZU 5
Yoluxucu xəstəliklərin spesifik profilaktikası
Aktiv immunlaşdırma: Vaksinlər. Onların tərkibində antigenlər vardır və süni immunitet
yaradırlar. Antigenin alınmasından asılı olaraq vaksinlər bir neçə tipə bölünür:
Diri – təbiətdə mövcud olan attenuasiya edilmiş (zəiflədilmiş) ştamlardan alınır. Bunlara təbii
çiçək, polimielit, tulyaremiya vaksinləri aiddir. Vaksinlər seleksiya yolu ilə alına bilər (BÇJ, qrip). Onlar
orqanizmdə çoxalmaqla vaksinal proses törədə bilir və bunula da qeyri-həssaslıq formalaşır. Belə
ştamlarda virulentliyin itməsi genetik kodlaşdırılmışdır, lakin immundefisti olan şəxslərdə ciddi problem
yarana bilər.
Öldürülmüş – yüksəkvirulent ştamlardan hazırlanır, onları fiziki (tempratur, radiasiya,
ultrabənövşəyi işıq) və ya kimyəvi (spirt, formaldehid) metodlarla öldürürlər. Belə vaksinlər
reaktogendirlər, az tətbiq olunurlar (göyöskürək, quduzluq, herpes, qrip, leptospiroz, vəba, A hepatitinə
qarşı).
Kimyəvi – bakteriyaların kimyəvi yolla ayırd edilmiş antigenlərdən hazırlanır (qarın yatalağı, vəba,
meninqokok).
Anatoksinlər – bakteriyaların ekzotoksinlərdən ibarət olub, bir ay ərzində termostatda 0,3 -0,4%
formalinlə zərərsizləşdirilir. Belə işləmə nəticəsində toksik xüsusiyyətlər itir, immunogen xassələr qalır.
Assosiasiya olunmuş – bir neçə komponentlərdən ibarət vaksinlərdir (AGDT).
Sintetik – mikroorqanizmlərin süni yaradılmış antigen determinantlarıdır.
Vektor (rekombinant) – gen mühəndisliyi nəticəsində əldə olunmuşdur. Onun mahiyyəti: protektiv
antigenlərə cavabdeh olan virulent mikroorqanizmin genləri hər hansı zərərsiz mikroorqanizmin
genomuna yeridilir ki, o, yetişdirmə zamanı müvafiq antigenləri hasil edir və toplayır (B hepatit).
Vaksinlərin hazırlanması zamanı əsas tədbirlər bunlardır:
1. onlar vaksin immun cavab induksiya etməlidirlər, təhlükəsiz olmalıdırlar;
2. areaktogen – əlavə effektlər verməlidir;
3. sabit – öz xüsusiyyətlərini saxlamalıdır;
4. standart olmalı – mikroorqanizmlərin zülalların sayına və s. görə;
5. assosiasiya edilmək imkanı olmalıdır.
Vaksinoprofilaktika planlı və epidemik göstərişlərə əsasən aparılır. Müasir dövrdə bir çox geniş
yayılmış yoluxucu xəstəliklərə qarşı profilaktik vaksinlər yaradılmışdır, lakin onların heç də hamısı
planlı peyvəndələr siyahısına daxil deyildir.
Vaksinoprfilaktikanın növləri:
1. Planlı peyvəndlər – təsdiq edilmiş peyvənd təqviminə əsasən aparılır.
2. Epidemik göstərişlərə əsasən aparılan peyvəndlər.
Böyüklərə peyvəndlər ümumi tibb şəbəkəsi və müəssisələrin tibbi xidməti tərəfindən aparılır.
Son illərdə böyüklərə edilən vaksinasiyanın səviyyəsinin yüksəldilməsinə daha çox diqqət verilir.
Tetanus qarşı təciili profilaktika və quduzluq əleyhinə peyvəndlər travmatoloji məntəqələrə
aparılır. Ölkədə istehsal edilən bütün peyvəndlər mütləq nəzarətdən keçir.
Revaksinasiya başa çatdırılmış vaksinasiyadan müəyyən müddət keçdikdən sonra vaksinin
yeridilməsidir ki, o da öz növbəsində birinci immunizasiya ilə məhdudlaşa və ya buster immunizasiya ilə
tamamlana bilər.
Vaksinasiya da keçirilmiş yoluxucu xəstəlikdə olduğu kimi, protektiv immuntetin formalaşmasını
müəyyən edir.
Vaksinə qarşı qarşı reaksiya 1-2 sutkadan sonra baş verir. 2-8 sutka qalır, adsorbsiya olunmuş
yerildildikdə isə inyeksiya yerində şişkinlik 15-30 sutka saxlanır.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
18
Vaksinə qarşı ümumi reaksiya tempratur 37,5-38,5°C həddində yüksəlməsi, halsızlıq, bayılma,
qusma, konyuktivlik, burun-udlaqda kataral dəyişikliklər şəklində təzahür edir. Vaksinə qarşı reaksiya,
adətən, 10-12 saat sonra əmələ gəlir xə 1,5-2 sutka ərzində saxlanır.
Vaksinlərin əksəriyyəti üçün ümumi reaksiyaların tezliyi 7%-dən yüksək olmamalıdır, ümumi
güclü reaksiyalar qızılca vaksinindən 4%-dən, AGDT – 1%-dən yüksək olduqda işlədilməsinə icazə
verilir.
Əlavə reaksiyalardan fərqli olaraq, vaksinasiyanın ağırlaşmasına çox nadir hallarda rast gəlinir.
Qızılca vaksininə qarşı yaranan ağır fəsadlaşma – ensefalit 5-10 milyon peyvənddən birində, yayılmış
BSJ-infeksiya (BSJ vaksinin düzgün yeridilməməsi nəticəsində əmələ gələn) 1 mln. peyvənddən birində,
vaksinassosiasiyalı polimielit – 1, 1,5 mln. yeridilmiş dozadan birində təsadüf edir.
Yerli ağırlaşmalara diametri 3 cm-dən böyük olan və oynaqdan kənara çıxan şişkinlik; inyeksiya
yerində irinli (vaksinasiya qaydaları pozulduqda) və “steril” (BSJ-nin düzgün yeridilməsi) iltihab aiddir.
Ümumi ağırlaşmalar qrupunu təşkil edir:
1. Tempratur 40°C -dən çox artması və intoksikasiya ilə müşayiət olunan son dərəcə güclü ümumi
reaksiyalar; MSS-nin zədələnməsi ilə gedən ağırlaşmalar (davamlı, kəskin uşaq ağlaması, qıcolmalar,
ensefalopatiyalar, postvaksinal seroz meningit);
2. Vaksin mikroorqanizmi nəticəsində yayılmış infeksiya;
3. Müxtəlif orqanların (böyrəklərin, oynaqların, ürəyin, mədə-bağırsaq yolunun) zədələnməsi;
4. Yerli (Kvinke ödemi) və ümumi xarakterli (allergik səpkilər, boğaz ağrısı, təngnəfəslik, müvvəqqəti
yüksək qanaxma, toksik-allergik vəziyyət, ürəkgetmə, anafilaktik şok).
Anafilaktik şok son dərəcə nadir ağırlaşma sayılsa da, onu istənilən vaksin törədə bilər.
Ağırlaşmalar, adətən, peyvənddən sonra ilk 30 dəq. müddətində inkişaf edir və reanimasiya tədbirləri tələb
edir.
Seroz meningit – 10.000 peyvənddən birində rast gəlinir, qızılca və epidemik parotitə qarşı
vaksinasiya zamanı inkişaf edir. Vaksinin virusları ilə beyin qişalarının qıcıqlanması nəticəsində baş verir.
Baş ağrıları, digər nevroloji simptomlarla təzahür edir, ağırlaşmalar vermədən keçib gedir.
Ağır fəsadların olması vaksinasiyalara qarşı əks göstərişlərin işlənib hazırlanmasına ehtiyac
yaratdı. Əks göstərişlər bölünür:
Həqiqi – vaksinlərə dair təlimatlarda sadalanan əks-göstərişlərdir, onlar, adətən, vaksinin
müəyyən komponenti tərəfindən törədilir (AGDT vaksinində göyöskürək komponenti);
Yalançı – həqiqətdə onlar yoxdurlar, ancaq həkimlər və pasiyentlər tərəfindən yaranmış və
müəyyən mülahizələr əsasında vaksinasiyadan yayınmaq üçün verilmişdir;
Mütləq – mütləq qüvvəyə malik əks göstərişlər, bu zaman həmin peyvənd heç bir şəraitdə
yeridilmir;
Nisbi – həqiqi əks göstərişlər olub, onun yeridilməsi haqqında son qərar bir sıra amillərin –
epidemiyaların yaxınlaşması, infeksiya mənbəyi ilə təmas ehtimalının dərəcəsi əsasında həkim
tərəfindən verilir.
Müvvəqəti – əks göstərişlər həmin anda var, lakin müəyyən müddət keçdikdən sonra o götürülə
bilər;
Daimi – bu zaman hətta müəyyən müddət keçdikdən sonra belə əks göstərişlər götürülmüş
(məsələn, birincili immundefisit zamanı);
Xüsusi – yalnız həmin peyvəndə və ya konkret vaksinə aid olan, lakin digərlərinə aid olmayan əks
göstərişlər (hamiləlik – diri vaksinlərlə, məsələn, məxmərək, sarı qızdırma üçün əks-göstərişdir, ancaq
inaktivasiya olunmuş preparatlarla – qrip, B hepatitinə qarşı vaksinasiya edilə bilər);
Ümumi – bütün peyvəndlər üçün ümumi sayılır: məs, tempraturun yüksəlməsi ilə müşayiət edilən
kəskin infeksiyaların olması, xronik xəstəliyin ağırlaşması və ya kəskin xəstənmə.
Profilaktik vaksinlərin yaradılmsı idarə olunan infesksiyaların ləğv edilməsi məsələsini real
etmişdir. İdarə olunan infeksiyalar – kütləvi tətbiq olunan, uzunmüddətli və davamlı immunitet yaradan,
vaksinlərlə xəstələnmə səviyyəsi azaldılan xəstəlikdir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Tibb Kolleci
19
Passiv immunlaşdırma - Vaksinlərlə aktiv immunlaşdırma ilə yanaşı, passiv immunizasiyanı
təmin edən immun zərdablar və immunoqlobunlinlər işlədilir. Onların nəticəsində yaranmış immuntet
bir neçə gündən 4-6 həftəyə saxlanır.
Hazırlanma üsulundan asılı olaraq homoloji (insan zərdabından alınır) və heteroloji
(hiperimmunlaşdırılmış heyvanların qanından) preparatlar ayırd edilir. Birincilər tam dozada birdəfəyə,
ikincilər – Bezredko metodu üzrə yeridilir.
Təsir istiqamətinə görə antitoksik, antivirus və antibakterial preparatlar ayırd ediilir.
Heteroloji antitoksik preparatlara aiddir:
1. Tetanus əleyhinə antitoksik zərdab;
2. Qazlı qanqrena əleyhinə polivalent zərdab;
3. Botulizm əleyhinə monovalent (A, B, C, E, F) zərdablar;
4. Difteriya əleyhinə zərdablar.
Heteroloji virusəleyhinə preparatlara aiddir:
1. Quduzluqəleyhinə immunoqlobulin;
2. Gənə ensefalitinə qarşı immunoqlobulin.
Homoloji preparatlar donor venoz, cift qanından, düşüklər zamanı alınmış ciftin
ekstraktlarından və qandan hazırlanır. Buraya aiddir:
1. Normal insan immunoqlobulini (tərkibində 10% zülal olub, 1000 nəfərdən çox insanın qanından
alınır). Preparat qızılca, A hepatiti, göyöskürək, hipoqlobulinemiya və aqammaqlobulinemiya zamanı
işlədilir.
2. Stafilokokkəleyhinə immunoqlobulin stafilokokk infeksiyasnın müxtəlif formaları ilə xəstələrdə
tətbiq edilir;
3. Tetanusəleyhinə insan immunoqlobulini peyvənd edilməmiş uşaqlarda tetanusun passiv təcili
profilaktikası və böyüklərdə müalicəsi məqsədilə işlədilir.
4. Gənə ensefalitinə qarşı insan immunqlobulini xəstəliyin təcili profilaktiksı və müalicəsində tətbiq
olunur.
Seroprofilaktika, yəni zərdabların və immunqlobulinlərin yeridilməsi qısa müddət ərzində passiv
immuntet yaradır. Zərdabların venadaxili yeridilməsi zamanı immuntet inyeksiyadan dərhal sonra yaranır,
əzələdaxili və dərialtı yeridilmə zamanı anticisimlərin maksimal miqdarı 12 -24 saat sonra əmələ gəlir.
Seroprofilaktikanın çatışmayan cəhəti – immuntetin qısamüddətli olmasıdır. Heteroloji zərdabın
yeridilməsindən sonra immuntet 1-2 həftə, homoloji – 4-6 həftə saxlanılır.
Bakteriofaqlar - Bakteriofaqlar mikrobların hüceyrədaxili parazitləri sayılır və bir sıra
infeksiyaların müalicə və profilaktikasında əlavə vasitə kimi tətbiq edilir. Onlar insan orqanizmində bir
neçə gün saxlanaraq patogen mikrobları dağıdırlar. Orqanizm tərəfindən əks-göstərişlər yoxdur. Daxilə
qəbul olunmuş 3-5 gün ərzində təsirini saxlayır.
Bağırsaq infeksiyaları qrupu bakterifaqların qarın yatalağı, salmanelyoz, koli-protey
bakteriyofaqları aiddir. Qarın yatalağı bakteriofaqlarına müxtəlif faqotiplərə münasibətdə aktiv olan
faqların qarışığı aiddir – o bu xəstəliklərin ocağında profilaktika zamanı tətbiq edilir. Salmanelyoz
bakterofaqı salmonellaların bir neçə serovarlarının faqositozlarının qarışığıdır, xəstələrin müalicəsi,
törədicigəzdirənlərin sanasiyası məqsədilə və ocaqda epidemik göstərişə əsasən istifadə olunur. Koli-
protey bakteriofaq enteropatogen bağırsaq çöpləri və protey bağırsaq infeksiyaları və aktiv olan faqların
qarışığıdır, kəskin bağırsaq infeksiyaları və disbakteriozlarla xəstələrin müalicəsində işlədilir. Yara
bakteriofaqları qrupuna stafilokokk, streptokokk, koli, protey bakteriofaqları daxildir. Yara
bakteriofaqları duru şəkildə tətbiq edilir. Stafilokokk bakterifaqı müxtəlif mənşəli stafilokokklara
münasibətdə aktivdir; stafilokokk infeksiyasının profilaktikası və müalicəsində işlədilir.Streptokokk
bakterifaqı bu infeksiyaların müalicəsində, o cümlədən angina, skarlatina zamanı tətbiq edilir.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
Dostları ilə paylaş: |