Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə115/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
93
MÖVZU 46 
 
Fövqəladə vəziyyətlərdə xəsarətalmış əhalinin toplanması və
müalicə-köçürmə təminatının əsasları 
Müalicə-köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən 
səmərəli üsullarından biridir. Müalicə - köçürmə tədbirləri həm sülh dövrünün (təbii fəlakət, bədbəxt 
hadisə və qəzalar) həm də müharibə dövrünün fövqəladə hallarında (müasir kütləvi və adi qırğın 
vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Müalicə təxliyyə 
dedikdə xəsarətalmışlara tibbi yardımın göstərilməsi ilə müştərək olaraq təxliyyə də təşkil edilir. Hal-
hazırda kütləvi qırğın silahları ilə əlaqədar olaraq müalicə təxliyyədə xarakter dəyişikliklər meydana 
çıxmışdır.
Müalicə təxliyyə insan həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil 
surətdə çıxarılıb təhlükəsiz zonalara yerləşdirilməsi və eyni zamanda köçürülmə müddəti ərzində ilk 
tibbi yardım göstərilməsi üzrə tədbirlər kompleksidir. Müalicə təxliyyə təminatının əsasını mərhələli 
müalicə sistemi təşkil edir. Müasir adi silahlar və kütləvi qırğın vasitələrin tətbiqi, həmçinin təbii 
fəlakətlər, güclü istehsalat qəzalarının baş verməsi ehtimalı müalicə - təxliyyə sistemini çox variantlı 
edir. Yəni mərhələli sistem özvaxtlı, ardıcıllıqla və qəbuledici prinsiplər əsasında təşkil olunur və 
xəstəxana bazasına qədər təxliyyə tədbirləri ilə birgə həyata keçirilir. Mülki Müdafiə Tibb Xidmətində 
2 mərhələli müalicə sistemi fəaliyyət göstərir: 1-ci tibbi təxliyyə mərhələsi- fövqəladə vəziyyət elan 
olunmuş əraziyə və ya ora yaxın ərazidə açılmış İlk Həkim Yardımı Dəstəsi ayrılır. Bu mərhələdə 
ehtiyacı olanlara ilk həkim yardımı göstərilir və onları növbəti 2-ci mərhələyə hazırlayırlar. 2-ci 
mərhələdə şəhərətrafı və ya təhlükəsiz yerlərdə təşkil olunmuş Xəstəxana Bazasında həyata keçirilir. 
Burada zədələnmişlərə təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım göstərilir. İlk tibbi yardım 
birbaşa ocaqlarda öz-özünə və ya yoldaşına qarşılıqlı yardım qaydası əsasında sanitar post və ya 
sanitar drujinaların şəxsi heyəti tərəfindən göstərilir. İlk tibbi yardım göstərməkdə əsas məqsəd həyat 
üçün təhlükə yaradan fəsadların aradan götürülməsidir. İlk həkim yardımı həkimlər tərəfindən 1-ci 
mərhələdə göstərilir. Bu yardımın vaxtında göstərilməsi baş verə biləcək fəsadların qarşısını alır və 
onları növbəti təxliyyəyə hazırlayır. Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım xəstəxana 
bazasının müəssisələrində göstərilir. Təkmilləşdirilmiş tibbi yardım xəstəxana bazasında geniş profilli 
cərrah və terapevtlər tərəfindən göstərilir. Məqsəd inkişaf edə biləcək fəsadların qarşısını almaq, 
müalicə və tam sağalmaq üçün əlverişli şərait yaratmaqdır. İxtisaslaşdırılmış tibbi yardıma İTYB və 
İTYD-in mütəxəssisləri cəlb olunurlar. Bu yardım növü ali tibbi yardım hesab olunur və tibb xidməti 
bu yardımı yerinə yetirməklə müalicə işi başa çatdırılır. Tibbi təxliyyə tədbirləri zamanı aşağıdakılara 
riayət olunmalıdır:

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin