Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 18
MÖVZU 8 Fəlakətlər zamanı zərərçəkənlərin tibbi çeşidlənməsi Bütün fəlakətlər zamanı - istər hərb, istər sülh şəraitində əhalinin sanitar itkisinin ölçüsü,
strukturu müxtəlif və gözlənilməz olur. Əgər tibbi yardım vaxtında göstərilməzsə zədələnənlərin
letallığı, ağırlaşması yüksək həddi keçər. Təxminən hər 3-4 nəfərdən birinin təxirəsalınmaz tibbi
yardıma ehtiyacı olur. Əhalinin eyni vaxtda kütləvi məhvinə səbəb olan fəlakətlər zamanı tibbi
qüvvənin və tibbi vasitələrin çatışmadığı halda bütün zədələnənlərə vaxtında yardım etmək qeyri-
mümkündür. Bu zaman zədələnənləri tibbi yardıma və təxliyyəyə görə növbələşdirmək lazımdır.
Seçmə aparılır, əgər tibb işçisi bu işi gecikdirərsə, onda təbiət bu işi ən qəddar şəkildə aparır. Belə
hallar üçün N.İ.Piroqov 140 il əvvəl xüsusi ―tibbi çeşidlənmə‖ adlı metod təklif etmişdir. Bu üsül belə
ardıcıllıqla gedir: əvvəlcə ümidsiz xəstələr seçilir və dərhal müalicəyə göndərilir.
Çeşidlənmə prosesində Piroqov yaralıları travmanın ağırlığından, yardıma və təxliyyəyə
ehtiyacıdan asılı olaraq qruplara bölünməsini tövsiyyə edir. Onun təklifləri müasir nəzəriyyə və
təcrübədə tibbi yardım göstərilməsində başlıca rol oynayır.
Tibbi çeşidlənmə müalicə - profilaktik və təxliyyə tədbirlərində tibbi göstərişlərdən asılı olaraq
konkret şərtlərlə zədələnənlərin ehtiyac prinsipinə görə bölgü mütodudur. Bu kütləvi zədələnmələr
zamanı tibbi yardımın başlıca metodudur.
Çeşidlənmənin məqsədi – zərərçəkənlərə vaxtında tibbi yardım göstərilməsi və regional
təxliyyənin təşkilidir. Vaxtında göstərilən yardım yaralıların həyatını xilas edir və ağırlaşmaların
qarşısını alır. Buna görə də tibb işçisinin əsas vəzifəsi fövqəladə hallar zamanı tibbi göstərişlərə əsasən
tibbi vasitələri vaxtında hazırlamaqdır.
Mahiyyət etibarilə tibbi çeşidlənmə dərin humanizm, rəhmlilik rəmzidir. Tibbi yardımın uğurları
kütləvi qırğınlarda, fəlakətlərdə tibbi çeşidlənmənin vaxtında və düzgün aparılmasından asılıdır.
Bütün yardım növlərindən tibbi çeşidlənmə daha konkret, arasıkəsilməz prosesdir. Bu iş
bilavasitə yaralıların yayıldığı məntəqlərdən və tibbi təxliyyənin müxtəlif mərhələlərindən başlayır.