M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 17
üsullarından istifadə olunur. Sanitar patrulların köməyi ilə zədələnmişləri su səthini və sahili nəzarət
etməklə (çay, göl və s.) tapmaq və sanitar nəqliyyatın, qayıqların və s.-nin köməyi ilə çıxarmaqdan
ibarətdir. Gecə vaxtı dağ yerlərində, meşəlikdə, bataqlıqda, fəlakət baş vermiş yaşayış məntəqələrində,
çətin keçilən yerlərdə xüsusi hazırlanmış itlərin köməkliyi ilə yaralılar tapılır və yerində lazımi
tədbirlər görülür. Sanitar ―dırmıx‖ üsulu zamanı axtarıcılar bir-birini görə biləcək məsafədə yan-yana
zəncirvari düzülüb axtarış aparırlar. Fəlakət ocaqlarında uçqunların növündən və ölçüsündən asılı
olaraq FHN-nin mexanikləşdirilmiş qüvvələrindən (buldozerlərdən) istifadə olunur. Bu məqsədlə
uçqunun üst səthi buldozer vasitəsilə təmizlənir və basıb bərkidirlər. Uçqunlarda axtarışlar zamanı
nəzərə çarpan paltar hissələri, ayaqqabı, bədənin bir qismi, habelə uçqun altından gələn hənirti yaralı
qaldığını göstərən əlamət ola bilər. Yanaraq tüstü bürümüş binalarda insanları tapmaq çətin
olduğundan təhlükəsizlik qaydalarına dəqiq əməl etmək lazımdır. Belə binalarda adətən aşağı əyilərək
hərəkət edir, adamları səsləməklə axtarırlar. Xüsusən uşaqları diqqətlə axtarmaq tələb olunur. Onlar
qorxudan ən gözlənilməz yerlərdə gizlənə bilərlər. Zərərçəkən uçqunun üstünə yaxın yerdə qalıbsa,
uçqunu üstdən yaxud kənardan çox ehtiyatla sökməyə başlayırlar. İri hissələri qaldırıb kənara atmaq
üçün avtomobil kranından və digər yüngül qaldırıcı mexanizmlərdən istifadə olunur. Güclü təsirli
zəhərli maddələrin törətdiyi zəhərlənmə ocağında yanğınsöndürmə qüvvələri və vasitələrini zəhərli
buludun yayılmasını məhdudlaşdıran xüsusi texnika və avadanlıqları, eləcədə texnoloji xətləri
bağlamağı və neytrallaşdırıcı maddələrlə işləməyi bacaran heyət cəlb olunur. Bu heyət əleyhqazlarla və
digər fərdi tibbi mühafizə vasitələrilə təchiz edilir. Axtarış xilasetmə işləri apararkən əsas səylər
zədələnənlərə, yaralılara tibbi yardım göstərilməsinə, onları təhlükəsiz sahələrə çıxarılmasına yönəlir.
Xilasetmə işləri zamanı ilk tibbi yardım göstərərkən aşağıdakıları nəzərə almaq lazımdır:
1. xəsarətalmışı torpaq, bina altından, yanan sahədən və s. çıxarmaq və təhlükəsiz yerə aparmaq;
2. yanan paltarı söndürmək;
3. xarici qanaxmanın müvəqqəti dayandırmaq;
4. asfiksiyanı (boğulmanı) aradan qaldırmaq;
5. tənəffüsün qəfləti dayanması zamanı süni tənəffüsün verilməsi;
6. ağrıkəsicilərin vurulması;
7. ürək fəaliyyətinin dayanması hallarında ürəyin xarici massajına başlamaq;
8. yara yaxud yanıq səthinə aseptik sarğı qoymaq;
9. zədələnmiş ətrafın immobilizasiyası;
10. kəskin zədələnmələrdə antidot vurulması, əleyhqazların geyindirlməsi,
11. spesifik dərmanların yeridilməsi.