Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

.


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
6
Hərb dövründə SD zərərçəkənlərin axtarışı və onlara ilk tibbi yardımın göstərilməsi, xəstəxana 
bazalarında və FT tibb xidmətinin qurumlarında işlərə, o cümlədən sanitar-gigiyenik və epidemiya 
əleyhinə tədbirlərin keçirilməsinə cəlb olunur. 
Ştat üzrə SD tərkibinə 24 nəfər, o cümlədən SD rəisi, onun müavini, təsərrüfat üzrə müdir, 
sürücü daxildir. Göstərilən qurum 5 bölmədən ibarətdir (hər bölmədə 4 nəfər). SD tabel avadanlığı ilə 
təmin olunur. Bu avadanlıq təşkil olunduğu sənaye obyektində toplanır, saxlanır və təzələnir. SD-nin 
hazırlığı təcrübə məşğələləri və taktiki xüsusi dərslərlə əldə olunur. Yaxşı təşkil edilmiş iş nəticəsində 
SD 5 saat ərzində 250 zərərçəkənə ilk tibbi yardım göstərə bilər. 
İlk tibbi yardım dəstəsi (İTYD) FTTX-nin ərazi qürumu olub, kütləvi sanitar itkiləri ocaqlarında 
zərərçəkənlərə ilk həkim yardımı üçün nəzərdə tutulub. 
Ştat cədvəli üzrə dəstədə 146 nəfərdən ibarət şəxsi heyət, o cümlədən -8 həkim, 36 tibb bacısı və 
feldşerlər, 2 sanitar dəstələr və xidmət heyəti (52 nəfər) olur. 
İTYD strukturuna 8 şöbə daxildir: 
1. qəbul-növləşdirmə, çeşidləmə; 
2. əməliyyat-sarğıdəyişmə; 
3. hospital; 
4. zərərçəkənlərin köçürülməsi; 
5. laboratoriya; 
6. zərərçəkənlərin hissəvi sanitar təmizlənməsi və onların ayaqqabı və geyimlərinin dezaktivasiyası; 
7. tibbi təchizat (əczəxana); 
8. təsərrüfat; 
İTYD 12 saatlıq iş ərzində 500 zərərçəkəni qəbul edib növləşdirə, ilk həkim yardımı göstərə və 
köçürülməyə hazırlaya bilər. 
Xüsusiləşmiş tibbi yardım briqadaları (XTYB) tibb institutlarının bazalarında, iri şəhərlər, ərazi 
xəstəxanaları bazalarında yaradılır, yəni buraya daha təkmilləşmiş tibbi kadrlar daxildir. Ştat cədvəli 
üzrə daxildir: 2 həkim, 2 tibb bacısı (feldşerlər) və sürücü. Briqadanın əsas təyinatı yaradıldığı ərazidə 
FTTX-nin 
istiqamətlər 
(profil) 
üzrə yaradılır: neyrocərrahi. dermatoloji, travmatoloji
torakoabdominal, yanıq, toksiko-terapevtik, psixo-nevroloji və s. Məs: cərrahi profilli XTYB 10 saat iş 
ərzində 10-12 cərrahi müdaxilə edə bilər. 
Xüsusiləşmiş tibbi yardım dəstələri 8 TTYB və idarədən ibarətdir (dəstənin rəisi, onun müavini 
və rabitəçi-sürücü). Bu dəstələr şəhərətrafı ərazidə FTTX-nin xəstəxanalarında iş üçün təyin olunub. 
Toksiko-terapevtik hərəki hospital (TTHH) toksikoloji mərkəzlərin bazalarında və ya tərkibində 
terapevtik şöbə olan çoxprofilli xəstəxanalarda yaradılır. Bu hospital GTZM ilə zərərçəkənlərə 
xüsusiləşmiş tibbi yardım və müalicə üçün nəzərdə tutulub. Tərkibinə daxildir: idarə, tibbi hissə
material-texniki təchizat şöbəsi və qəbul-köçürmə, 2 terapevtik və 1 psixonevroloji şöbə. Bundan əlavə 
tərkibində müalicə-diaqnostik və köməkçi bölmələr ( əczaxana, rentgen kabinet, laboratoriya, 
elektrostansiya və s.) nəzərdə tutulub. TTHH-ın çadır fondu olduğundan kimyəvi zədələnmə ocağı 
yaxınlığında açılır. 
Yoluxucu hərəki hospital (YHH)-yoluxucu profilli səhiyyə şöbəsinin müalicə - profilaktik 
bazalarında qurulur. Təkmilləşmiş və xüsusiləşmiş tibbi yardım göstərilməsi, yoluxucu xəstələrin 
müalicəsi, təhlükəli yoluxmalar ocağında tibbi personala məsləhətlərin verilməsi, bakterial vasitələrin 
laborator indikasiyası üçün nəzərdə tutulub. Tərkibində təşkil olunur: qəbul-diaqnostik, müalicə-
diaqnostik, müalicə şöbələri, o cümlədən kliniki—diaqnostik, bakterioloji laboratoriyalar, əczaxana, 
nəqliyyat, dezinfeksion, təsərrüfat şöbələri, yeməkxana. 
Xüsusiləşmiş epidemiya əleyhinə briqadalar (XEƏB)- vəba əleyhinə institutların, stansiyaların 
bazalarında yaradılır. Təhlükəli yoluxmalar ocaqlarında və iri fəlakət rayonlarında epidemiya əleyhinə 
tədbirlərin həyata keçirilməsinə təyin olunub. Tərkibinə daxildir: epidemioloji və bakterioloji şöbələr, 
ştat cədvəli üzrə 30 nəfər, eləcə də 10 həkim və epidemioloq və sanitar həkimi, 11 köməkçi. 
Epidemioloji kəşfiyyat qrupu (EKQ)- sanitar-epidemioloji nəzarət mərkəzlərinin bazalarında 
yaradılır. Yoluxucu ocağın epidemioloji müayinəsi, epidemioloji kəşfiyyatın aparılması və xarici 
mühit obyektlərindən nümunə üçün materialın götürülməsi üçün nəzərdə tutulub. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin