Münaqişəli FH-ların təsnifatı: 1. hərbi toqquşma
2. ekstremist siyasi mübarizə
3. sosial partlayışlar
4. milli və dini zəmində olan münaşiqələr
5. terrorizm
6. tüğyan edən cinayətkarlıq və s.
Münaqişəsiz FH-ların təsnifatı : 1. təbii
2. texnogen
3. ekoloji xarakterli
Respublikamızın ərazisində bütün bu növ fövqəladə halların baş vermə ehtimalı mövcuddur.
Miqyasına və nəticəsinin ağırlığına görə təsnifat. 1. Lokal hadisə - iş yerindən (iş sahəsindən), mənzildən kənara yayılmaz; zərərçəkənlərin sayı 10
nəfəri keçmir.
2. Obyekt miqyaslı hadisələr – sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır.
Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-dən 1000-ə qədərdir.
3. Yerli hadisələr – ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhər və ya kənd təsərrüfatı müəssisəsinin
ərazisində özünü göstərir. Həlak olanların sayı 100-1000 nəfərə qədər, zərər çəkən əhalinin sayı
125.000-dən 500.000-ə qədərdir.
4. Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri
və onun ətraflarını (təşkil) əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000 nəfərə qədər, zərər çəkən
əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.
5. Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – Respublikanın xeyli ərazilərini əhatə
edən lakin, dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı
25.000-dən 1000000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 500.000-dən 20.000.000-a qədərdir.
6. Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərində
ərazilərinə yayılır. Həlak olanların sayı 1000.000-dən artıq, zərər çəkən əhalinin sayı 20.000.000-dən
artıq olur.
Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş verən insan tələfatının
miqdarına, zədələnmiş (köçürməyə məruz qalmış) əhalinin sayına, habelə, dəyişmiş zərərin miqyasına
görə də təsnif edilir.