Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Təhlükəli amillərin toplanma mərhələsi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

1. Təhlükəli amillərin toplanma mərhələsi - Fövqəladə halın növündən asılı olaraq bu 
mərhələnin müddəti bir sutkadan bir neçə on ilə qədər ola bilər. Bu amillər təhlükəli və zərərli təsir 
mənbələrində tədricən yığılırlar. Zəhərli və radioaktiv maddələrin müəyyən bir ərazidə yığılması, 
onların mühitə yayılması, tikili və qurğuların layihə-istehsalat defektlərinin artması, texnoloji 
proseslərin aparılmasında norma və qaydalardan kənara çıxması, hərbi fəaliyyət, sosial-siyasi 
münaqişələr və s. bu qəbildəndir. 
2. Fövqəladə halın başlanmasına təkanvermə mərhələsi - Bu mərhələ təhlükəli amillərin 
həddindən artıq yığılması və böhranqabağı vəziyyətə xas olan əlamətlərin meydana gəlməsi ilə 
fərqlənir. Məsələn, dəmir yolu nəqliyyatında meydana gələn qəzaların çoxusunun əsas səbəbləri əmək 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
11
intizamının aşağı olması, vaqon, lokomativ və dəmir yollarının işlənib köhnələrək yarasız hala 
düºməsidir. Sənaye, tikinti və s. sahələrində FH-ın başlanmasına təkanvermə mexanizminin rolunu 
nəzarət-ölçü cihazlarının nasazlığı, yanğın siqnalizasiya sisteminin sıradan çıxması, elektrik 
naqillərinin qısa qapanması və partlayıcı maddələrin detonasiyası oynaya bilər. 
3. Fövqəladə hal prosesinin gedişi mərhələsi - Bu mərhələdə risk amilləri (enerji yaxud 
cisimlər) artıq öz mənfi təsirini ətraf mühitə göstərməyə başlayır. Yaranmış şəraitin mürəkkəbliyi və 
onun qiymətləndirilməsi qeyri-mümkün olduğuna görə prosesin davametmə müddətini və nəticələrini 
qabaqcadan (xüsusilə onun ilkin dövründə) proqnozlaşdırmaq çətin olur. 
4.Sönmə mərhələsi - Bu mərhələ fövqəladə halın zədələyici amillərinin lokallaşdırma anından 
onun fəsadlarının tam ləğv edilməsinin sonuna qədər olan dövrü əhatə edir. Onun davametmə müddəti 
fövqəladə halın növündən asılıdır. Bu müdət bir neçə saat, sutka, ay yaxud on illər təşkil edə bilər. 
Sönmə mərhələsinin davametmə müddəti hərbi və etnik münaqişələrdə (cəmiyyətdə müvazinət 
pozulur, doğum azalır, milli ədavət dərinləşir və s.) həmçinin güçlü təsirli zəhərli və radioaktiv 
maddələrin ətraf mühitə yayılma hallarında (insanlar həm onların bilavasitə təsirinə, həm də genetik 
fəsadlarına məruz qalırlar) artır. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin