Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
7
EKQ 3
nəfərdən,
eləcə də rəis, həkim, epidemioloq -feldşerin köməkçisindən (laborant) və
sürücü-sanitardan ibarətdir, onlar nümunə üçün material götürmə ləvazimatı və vəba əleyhinə xüsusi
geyimlə təchiz olunur. Epidemioloji kəşfiyyat qrupu 1 saat ərzində 2 km
2
ərazidə sınaq üçün material
götürməklə müayinə aparmağa qadirdir.
FTTX-nin müəssisələri - şəhərətrafı ərazi xəstəxanaları, qanköçürmə stansiyaları dövlət sanitar-
epodemioloji nəzarət mərkəzləri, xüsusi tibbi təchizat anbarları, əczaxanalar və s-dir.
FTTX müəssisələrinin və qurulmasının hazırlıqlarına, onların açılmasına və işinə rəhbərlik üçün
xüsusi idarəetmə orqanları yaradılır. Onların işini FTTX-nin rəhbərliyi həyata keçirir.
Beləliklə,
FTTX-nin qüvvə və vasitələrin təşkilinin əsasına aşağıdakı prinsiplər daxildir:
FTTX-nin qurumları, müəssisələri və idarəetmə orqanları, mövcud
səhiyyə müəssisələri və
orqanların bazalarında yerləşən insan və material ehtiyyatlarından, iqtisadi obyektlərdən maksimum
istifadə etməklə yaradılır (ərazi-sənaye prinsipi).
Qurumlar va müəssisələr istənilən kütləvi zədələnmə ocaqlarında
iş üçün nəzərdə tutulub
(hazırlığın universallaşdırılması prinsipi.
.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
8
MÖVZU 3
Fövqəladə halların növləri
Fövqəladə hal – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına,
əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya
səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış
vəziyyətdir.
FH-lar
tiplərinə,
növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə
digər əlamətlərinə görə
təsnif edilir. Əgər, ehtimal olunan bütün FH-ları cəm halında götürsək, onda onları iki növə ayırmaq
olar: I.Münaqişəli FH-lar, II.Münaqişəsiz FH-lar
Dostları ilə paylaş: