Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
3
MÖVZU 1
Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin
təşkili, quruluşu, fənni, vəzifələri
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə fəlakət (faciə, bədbəxtlik)
qəflətən meydana
çıxan, yaxud bir müddət davam edən, ayrı-ayrı qrupların və ya hətta bütövlükdə cəmiyyətin tamamilə
sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan habelə adi həyat tərzinin və ətraf mühitin vəhdətinin
pozulması ilə nəticələnən gözlənilməz bir vəziyyətdir. İrihəcmli fəlakətlər kütləvi insan tələfatına
səbəb olduğu üçün fövqəladə hallar zamanı tibbi yardımın təşkili vacibdir. Əhalinin tibbi təminatını
təmin etmək üçün aşağıdakı prinsiplər mövcuddur.
I prinsip
fəlakətlər təbabəti dövləti xarakter daşıyır. Onun fəaliyyəti Azərbaycan hökümətinin
qanunları ilə, fövqəladə halların xəbərdarlığı və qarşısının alınması üzrə, Azərbaycan Respublikasının
vahid sistemi üzrə müvafiq nazirliklərin qərarları ilə əhalinin xilasetmə, mühafizə, müdafiə, təcili tibbi
yardım, fəlakətlər zamanı əhaliyə tibb vasitələrin paylanması ilə həyata keçirilir.
Fəlakətlər təbabətinin
öncül xarakteri qəzalar, bədbəxt hadisələr, təbii fəlakətlər zamanı
qüvvələrin səfərbərliyə alınması, əhalinin təcili tibbi təminatı, fövqəladə hallar komissarlığının, mülki
müdafiə qərargahlarının daşınması, fəlakət ocağının öyrənilməsi, kəşfiyyat və əhatəsi, xilasedicilərin
təcili qruplaşması ilə izah edilir.
Bu zaman:
1. axtarış-xilasetmə işləri, ilk yardım, yaralıların həyatını və sağlamlığını
qorumaq şərti ilə
müvəqqəti yığılma məntəqələrinə daşınması, fəlakət ocağının öyrənilməsi, kəşfiyyatı və əhatəsi;
2. zərərçəkənlər üçün müvəqqəti toplanma məntəqəsi yaratmaq, onları isti su,
maye vermək,
evakuasiya yollarını tapmaq və evakuasiyaya hazırlamaq;
3. yaxınlıqdakı tibb məntəqələrinin, təcili tibbi yardım briqadalarının həkim və tibb bacılarının
sayını artırmaq, sərnişin daşıya bilən nəqliyyat vasitələrindən istifadə etmək, yükləmə və boşaltma
işlərinə kömək məqsədilə tələbələrdən və gənclərdən komandalar təşkil etmək;
4. qan çatışmazlığında donor axtarmaq;
5. əhalinin tam sanitar işləməsi üçün xəstəxanalarda dezinfeksiya, yuyucu dezaktivasiya tədbirlərini
genişləndirmək;
6. şəhər xəstəxanalarını kütləvi daxil olan yaralıların qəbuluna hazırlamaq;
7. fələkatlər zonasından yaralıların, uşaqların, tibbi personalın təcili evakuasiyası
üçün nəqliyyat
təşkil etmək.
Dostları ilə paylaş: