IX prinsip – fövqəladə hallar zamanı birbaşa məsuliyyəti fəlakətlər təbabəti idarəsinin rəisi,
səhiyyə rəhbəri daşıyır.
X prinsip – fəlakətlər təbabəti xidmətinin universallığıdır. Bu onunla izah olunur ki, fəlakətlər
təbabəti əhaliyə hər cür təcili yardım göstərir, xəbərdar edir, onları hazırlaşdırır, fəlakət zonasından
uzaqlaşdırılır.
XI prinsip – qanuni cavabdehlik ilk tibbi və digər işçi qüvvələrinin əhaliyə yardımı zamanı
özlərinə zərər dəyirsə hüquqi və sosial mühafizəsini təmin etmək.
XII prinsip - əhalinin, həmçinin ilk təcili yardım zamanı həyatı təhlükəyə məruz qalan
şəxslərin hazırlanması (mülki müdafiənin şəxsi heyəti, qəza xilasetmə xidməti, könüllü sürücülər,
peşəkar sürücülər, yanğınsöndürənlər)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi fəlakətlər təbabəti qarşısında aşağıdakı vəzifələri
qoyur:
1. vahid dövlətçilik siyasəti daxilində tədbirlər keçirilməsi, mümkün fəlakətlərin qarşısının
alınması;
2. aidiyyatlı orqan və təşkilatların rəhbərlərinin, şəxslərin yüksək dərəcəli hazırlığı;
3. vaxtında ilk tibb yardımın göstərilməsi, əhalinin mümkün qədər tez sağalması və normal
vəziyyətə qaytarılması;
4. fəlakətlər xidmətinin işçilərinin şəxsi heyətinin təminatı, onların özlərinə tibbi yardımın təşkili;
5. müalicə-profilaktika tədbirlərin aparılması, emosional təsirin aradan qaldırılması və reabilitasiya;
6. fəlakət zonalarında əhalinin sanitar təminatı,bu zonalarda infeksion xəstəliklərin baş verməsinə
imkan verməmək;
7. həlak olanların məhkəmə-tibbi ekspertizanın təşkili.
.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 5
MÖZVU 2 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin qüvvə və vasitələri FT tibb xidməti səhiyyədə xüsusi təşkilat olub, əsas vəzifəsi sülh dövrü baş vermiş təbii
fəlakətlərin, iri sənaye qəzalarının nəticələrini aradan qaldırmaq və hərb dövründə zərərçəkmiş
əhalinin tibbi təminatını təşkil etməkdir.
Öz vəzifələrinə görə FT tibb xidməti Fəlakətlər təbabətinin digər xidmətlərindən fərqlənir.