M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
FT tibb xidmətinin əsas vəzifələri aşağıdakılardır: 1. Zərərçəkənlərin iş qabiliyyətlərini bərpa etmək, əlilliyin və letal nəticələrin maksimal azaldılması
məqsədilə kütləvi zədələnmə ocaqlarında zərərçəkmiş əhaliyə bütün növ tibbi yardımların
göstərilməsi;
2. Kütləvi yoluxucu xəstəliklərin baş vermə və yayılmasının qarşısını alan epidemiya əleyhinə və
sanitar-gigiyenik tədbirlərin vaxtında həyata keçirilməsi;
3. Texniki fəlakətlərin və müasir döyüş silahının zədələyici amillərinin təsirindən əhalinin və FT
tibbi xidmətinin şəxsi heyətinin qorunması üçün kompleks tədbirlərin keçirilməsi;
Hərb və sülh dövrünün fövqəladə hallarında bu vəzifələri yerinə yetirmək üçün FTTX xüsusi
təşkilati struktura malikdir. FT tibbi xidmətinin tərkibinə daxildir: rəhbərlik, idarəetmə orqanları,
qüvvə və vasitələr.
Rəhbərliyə FT tibb xidmətinin rəisləri daxildir. Şəhərdə Fəlakət tibb xidməti rəisi-şəhər səhiyyə
şöbəsinin müdiri, rayonda-mərkəzi rayon xəstəxanasının baş həkimi, iqtisadi obyektdə-tibbi sanitar
hissənin baş həkimidir (tibbi məntəqənin baş həkimi).
FT tibb xidmətinin idarəetmə orqanları- FT tibb xidmətinin qərargahları və xəstəxana baza
idarəsi, FT tibb xidmətinin qərargahlarına daxil olan vəzifəli şəxslər fövqəladə hallarda xidməti
vəzifələrini yerinə yetirməyə və FT tibb xidmətinin işinin təşkili məsələlərini həll etməyə qadirdir.
Xəstəxana baza idarəsi şəhərətrafı ərazidə xəstəxanaların açılması və işinin təşkili üçün yaradılır.
FT tibbi xidmətinin idarəetmə orqanları FT tədbirlərinin təşkilində əhalinin tibbi təminatı
məsələlərinin həlli üçün daim hazırlıqlı vəziyyətdə olmalıdır.
FT tibb xidmətinin qüvvəsinə aiddir: qeyri-hərbi tibbi qurumlar və müəssisələr.
FT tibbi qurumları: sanitar postları (SP), sanitar dəstələri (SD), ilk tibbi yardım dəstələri (İTYD),
xüsusiləşmiş tibbi yardım briqadaları və dəstələri (XTYD və XTYB), toksiko-terapevtik hərəki
hospitallar (TTHH), yoluxucu hərəki hospitallar (YHH), cərrahi hərəki hospitallar (CHH), hərəki
epidemiya əleyhinə dəstələr (HEƏD), xüsusiləşmiş epidemiya əleyhinə briqadalar (XEƏB),
epidemioloji kəşfiyyat qrupları (EKQ).
Bu tibbi qurumların ümumi xarakter xüsusiyyəti ondan ibarətdir ki, onlar birbaşa zədələnmə
ocağında iş üçün təyin olunublar. Bu zaman hər bir qurum əvvəlcədən təyin olunmuş, sırf ona aid
müalicə-profilaktik və ya epidemiya əleyhinə tədbirlər işi ilə məşğuldur.
FT tibbi qurumları tabeçilikdən asılı olaraq obyekt və ərazi qurumlarına bolünür. FT-nin obyekt
qurumları iqtisadi obyektlərdə, müəssisələrdə, təhsil yerlərində və s. yaradılır. Buna aiddir: sanitar
postlar, sanitar dəstələr.
Sanitar post 4 nəfərdən: sanitar postun rəisi və 3 postçudan ibarətdir.
Hərb və sülh dövründə sanitar postlar ilk tibbi yardım göstərilməsi, sanitar-gigiyenik və
epidemiya əleyhinə tədbirlər keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə tibb məntəqələrində,
köçürülmə yollarında zərərçəkənlərə və xəstələrə qulluq işini də yerinə yetirir. Post lazımi tabel
avadanlığı ilə təmin olur. 10 saatlıq iş ərzində sanitar sanitar post 100 zərərçəkənə ilk tibbi yardım
göstərə bilər (axtarışsız və çıxarılmasız).
Sanitar dəstələr zədələnmə ocaqlarında sərbəst iş fəaliyyəti üçün nəzərdə tutulub.
Sülh dövründə SD təbii fəlakətlərin və sənaye qəzalarının aradan qaldırılması, plan üzrə sanitar-
gigiyenik və epidemiya əleyhinə tədbirlərin yerinə yetirilməsi və əhali arasında sanitar maarifçilik işi
üçün nəzərdə tutulub.