Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə84/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
65
MÖVZU 31 
 
Kombinəolunmuş zədələnmə ocağında yaranmış şəraitin 
qiymətləndirilməsi
 
Müasir dövrdə nüvə, kimyəvi və bakterioloji silahların eyni zamanda, ya da onların ardıcıl tətbiqi 
təhlükəsi mövcuddur. Onlar aşağıda göstərilən variantlardır: 
1. Nüvə və kimyəvi;
2. Nüvə və bakterioloji; 
3. Kimyəvi və bakterioloji;
4. KQS-ri adi silahlarla da tətbiq oluna bilərlər. 
İki və ya daha artıq kimyəvi qırğın silahlarının yaxud digər hücum vasitələrinin təsiri nəticəsində 
yerin və obyektlərin zərərləşməsi və xilasedici işlərinin aparılmasını tələb edən vəziyyət yaranmış 
əraziyə kombinəolunmuş zədələnmələr ocağı deyilir. 
Kombinəolunmuş zədələnmələr ocağında ümumi vəziyyət çox böyük dağıntılarla, 
kommunikasiyaların sıradan çıxması ilə, obyektlərin zədələnməsi, çoxlu itkilərlə, son dərəcə ağır 
vəziyyətlə, əhali arasında vahimə və kütləvi kombinəolunmuş zədələnmələrin ağırlığı ilə, eyni vaxtda 
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanların sayının kəskin surətdə artması ilə digər ocaqlardan 
fərqlənir. 
Bir neçə silahın insan orqanizminə təsiri nəticəsində kombinəolunmuş zədələnmələr:
1. Mexaniki travmalar, yanıqlar, radiasiya zədələnmələri; 
2. Mexaniki travmalar, zəhərlənmələr, yoluxucu xəstəliklər; 
3. Şüa zədələnmələri, mexaniki travmalar, yanıqlar və s. kütləvi halda baş verməsi.
Məlum olduğu kimi bir növ zədələnmələr digərlərinin gedişini ağırlaşdırır. Kombinəolunmuş 
zədələnmələrin bu xüsusiyyəti ―qarşılıqlı ağırlaşdırma sindromu‖ kimi məlumdur. Məsələn, şüa 
xəstəliyi yoluxucu xəstəliklərin gedişini xeyli ağırlaşdırır. Kombinəolunmuş zədələnmələr ocağında 
yaranmış şəraiti qiymətləndirəndə bütün qeyd edilmiş amilləri o cümlədən, yerin meteoroloji və 
coğrafi xüsusiyyətlərini, yaşayış məntəqələrinin xarakteristikasını təhlil edərək MMTX qurumlarının 
fəaliyyəti və əhalinin tibbi təminatının səmərəli təşkili üzrə qərar qəbul edilməlidir. Belə hallarda tibb 
xidməti ―ekstremal postsindrom‖ diaqnostikası taktikasını tətbiq edir, yəni həyatı vacib orqanların 
funksiyasının bərpası ön plana çəkilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin