Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə96/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

İlk tibbi yardım 
1.Qanaxmanın növünü müəyyənləşdirmək və onun qarşısını almaq; 
2.Venadaxilinə itirilən qanın həcmini bərpa etmək üçün qanəvəzedicilər köçürmək: 
Kolloid məhlulları – poliglükin, reopoliqlükin 
Kristalloid məhlulları – boktiosol, ringer məhlulu 
Şəkər məhlulları – qlukoza, qlikosteril. 
Məhlulun miqdarı və köçürülmə sürəti travmanın növündən, klinik əlamətlərin dərinliyindən və 
Alqover əmsalından asılıdır. İmkan olarsa təzə donor qanından (yaxın qohumlardan) istifadə etmək 
daha məqsədəuyğundur. 
Nəzərə almaq lazımdır ki, qanitirmə kimi ağırlaşma ən çox damarların bütövlüyünün cərrahi 
əməliyyatı mümkün olmayan halda baş verir. Ona görə hemotransfuziya təxliyyənin bütün 
mərhələlərində davam etməlidir. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
76
MÖVZU 37
 
 
Travmatik şok, təsnifatı. Göstərilən ilk tibbi yardım 
Təbii fəlakətlər və texnogen fövqəladə hallar zamanı zərbə dalğasının təsirindən, ağır əşyaların 
düşməsi və zədələyici təsir altında insanlarda mexaniki travmalar əmələ gəlir. Bunun da ən çox 
təhlükəli fəsadı travmatik şokdur. 
Şok terminini fransız həkim Le Dran tərəfindən irəli sürülüb və tərcüməsi ―sarsılma‖ deməkdir. 
Etiologiyasından asılı olaraq təsnifatı: 
1. Travmatik şok – ağır travmalar zamanı 
2. Hipovolemik şok – qanitirrmə zamanı 
3. Hemotransfuzion şok – qanköçürmə zamanı RH(rezus) və qan qrupu uyğun olmayanda 
4. Kardiogen şok – ürəyin nasos funksiyası pozulduqda ( infarkt) 
5. Anafilaktik şok – sensibilizə olunmuş orqanizmin hiperergik reaksiyası nəticəsində inkişaf edir. 
6. Yanıq şoku – yanıqlar zamanı, yanıq xəstəliyi inkişaf edəndə. 
Etilologiyası müxtəlif olsa da orqanizmdə baş verən proseslər demək olar ki, eynidir – həyati 
vacib orqanların fəaliyyətinin pozulması. Bunun əsasında isə sinir sisteminin, hemodinamikanın, 
tənəffüsün, endokrin sistemin və maddələr mübadiləsinin pozulması durur. Beləliklə, ekzogen və 
endogen faktorların təsiri nəticəsində orqanizmdə həyatı vacib orqanların fəaliyyətinin pozulmasına 
şok deyilir. Şokun əmələgəlmə tezliyi travmanın ağırlığından, ağrıya səbəb olan faktorun gücündən və 
təsir müddətindən, yaranın lokalizasiyasından (şok zonası) əlavə faktorlardan (qanitirmə, infeksiya
soyuqlama) asılıdır. Mexaniki təsir altında beyin qabığında oyanma baş verir və bu da şokun 
klinikasının mərhələlərini müəyyən edir. 
I mərhələ oyanma – erektil 
II mərhələ tormozlanma – torpid

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin