Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Bütün yanıqları toxumaların zədələnmə ağırlığından asılı olaraq dörd dərəcəyə bölürlər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə99/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Bütün yanıqları toxumaların zədələnmə ağırlığından asılı olaraq dörd dərəcəyə bölürlər 
I dərəcə - dərinin hiperemiyaya uğraması 
II dərəcə - suluqların əmələ gəlməsi 
III dərəcə - bu, iki cür olur:III dərəcəli A yanığı zamanı dərinin səthi qatlarında nekroz baş verir; III 
dərəcəli B yanığında nekroz dərinin bütün dərinliyini əhatə edir. 
IV dərəcə -dəridən aşağı müxtəlif dərinlikdə yayılan toxumaların nekrozudur. Yanmış adamın 
vəziyyətinin ağırlığı yanığın dərinliyi ilə bərabər yanıq sahəsinin bütövlüyündən də asılıdır. Bədən 
səthinin 10%-ni əhatə edən yanıqlar yerli əlamətlərlə, 10%-dən çox sahəsini əhatə edən zaman uzun 
müddətli əlamətlərlə özünü biruzə verir və yanıq xəstəliyi kimi özünü göstərir. Yanıq xəstəliyi ilk 
növbədə xəstənin sinir sistemini pozur. Bu pozğunluq ən əvvəl yanıq nahiyyəsində sinir uclarının 
qıcıqlanması nəticəsində baş verir. 
Klinikası - Termiki yanığın diaqnozunu qoymaq çətinlik törətmir. Toxumaların zədələnmə 
dərinliyini ölçmək və yanıq sahəsini müəyyən etmək üçün bir sıra üsullar vardır:
1. Ovucla ölçmək. Yaşlı adamın ovcunun sahəsi dəri örtüyünün ümumi sahəsinin təxminən 1-2% 
-ni təşkil edir. Bu üsulla kiçik və böyük sahəli yanıqların sahəsi müəyyən olunur. 
2. Doqquz qaydası üzrə ölçmək. Bu zaman başın və boyunun sahəsi bədənin bütün sahəsinin 
9%-ə qədərini, bir yuxarı ətraf 9%, gövdənin ön və arxa səthi 18%, bir aşağı ətrafın səthi 18% təşkil 
etdiyini nəzərə alırlar. Aralığın səthi isə 1%-i təşkil edir. Bu ölçü təxmini ölçü kimi qəbul edilmişdir. 
Yanıq xəstəliyinin kliniki gedişinə görə şok, toksemiya, septika-toksemiya və rekonvalensensiya 
(sağalma) dövrlərinə bölünürlər. 
Şok dövrü - Yanıq travmatik şokun bir növüdür. Bu ağrı impulsların mərkəzi sinir sisteminə 
külli miqdarda getməsi nəticəsində baş verir. Yanıq şokunun gedişini iki fazaya bölürlər: qısamüddətli 
erektil və uzunmüddətli - torpid faza. 
Erektil fazanın əsasını sinir sisteminin həddən artıq oyanması, torpid fazasının əsasını sinir 
sisteminin tormozlanması təşkil edir. 
Toksemiya dövrü - Bu dövr bir sutka ərzində baş verə bilər. Ağrı ilə bərabər ön plana 
orqanizmin intoksikasiyası çıxır. Bu dövrdə zülal mübadiləsi ciddi pozulur. Toksemiyanın inkişafında 
orqanizmdə suyun azalması da baş verir. Toksemiya dövrü yüksək temperatur ilə keçir. Nəbz sıx olur, 
tənəffüs tezləşir, səthi olur, iştaha olmur. Çox vaxt yuxusuzluq, mədə bulanması, qusma baş verir. 
Eritrositlərin və hemoqlobinin miqdarı yüksəlir. Leykositoz yüksək olur. Leykoformula sola meyilli 
olur. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin