Həqiqi boğulma zamanı tənəffüsün qısamüddətli dayanmasından sonra məcburi nəfəsalma
nəticəsində su ağciyərlərə dolur. Həqiqi sudaboğulma 3 dövrdə olur:
başlanğıc
aqonal
klinik ölüm dövrü
Başlanğıc dövrdə boğulan şəxslərdə huş, iradi hərəkətlər və suyun altında nəfəsalma aktını
iradi saxlamaq qabiliyyəti hələ qalır. Xəstələrdə ümumi zəiflik, baş ağrıları və öskürək qeyd
olunur.
Aqonal dövrdə boğulan şəxs huşunu itirir, lakin tənəffüs və ürək fəaliyyəti saxlanılır. Dəri
örtükləri soyuq, kəskin göyümtül rəngdə olur, xəstənin ağzından və burnundan çəhrayı köpüklü
maye xaric olur.
Dostları ilə paylaş: