Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   5   6   7   8   9   10   11   12   ...   108
Mövzu 1 1

VƏ ONUN VƏZİFƏLƏRİ 


İlkin təxirəsalınmaz həkiməqədərki yardım zamanı aşağıdakı üç qrup mühüm vəzifələr yerinə 

yetirilir: 



1.  Ətraf mühitin xəsarət törədən faktorlarının təsiri dərhal ləğv edilməsi (yüksək, yaxud 

aşağı temperatur, elektrik cərəyanı, ağır əşyalarla sıxılma və s.) və zərərçəkən şəxs 

düşdüyü həyat üçün çox təhlükəli şəraitdən (yanan binadan, torpaq altından, sudan, dəm 

qazı toplanmış yerdən və s.) təcili olaraq çıxarılmalıdır. 



2.  Şəxsin aldığı xəsarətin, bədbəxt hadisənin, yaxud ağır qəfləti xəstəliyin xarakterindən, 

növündən və ağırlıq dərəcəsindən asılı olaraq müvafiq ilkin təxirəsalınmaz tibbi yardım 

göstərilməlidir (xarici qanaxmanın müvəqqəti saxlanılması, süni tənəffüs, ürəyin qapalı 

masajı və s.) 



3.  Xəstənin yaxud zərərçəkmiş şəxsin tezliklə xəstəxanaya aparılmasının təşkili. 

Birinci qrup tədbirləri hamı bacarmalıdır və adətən, bu tədbirlər şəxsin özü-özünə və qarşılıqlı 

yardım şəklində həyata keçirilir.  

İkinci qrup tədbirlər təxirəsalınmaz xarakter daşıyır və tibb işçiləri, yaxud ilkin tibbi yardım 

elementlərini bilən şəxslər tərəfindən, yaxud xəstənin özü tərəfindən hadisə yerində göstərilir.  

Təxirəsalınmaz həkiməqədərki yardım göstərilmiş şəxs dərhal xəstəxanaya göndərilməlidir. 

Xəstənin, yaxud xəsarət almış şəxsin xəstəxanaya aparılması zamanı onun xəstəliyin xarakterinə, 

yaxud travmanın növünə müvafiq olaraq düzgün nəql olunmasına ciddi fikir verilməlidir.  Orta 

tibb işçisi belə xəstələrin nəql olunması zamanı onları müşayiət edir və yolda da lazımi 

təxirəsalınmaz tibbi yardım tədbirlərini davam etdirir.  




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin