1. İlkin ixtisaslaşmamış tibbi yardım
2. Həkiməqədərki yardım
3. Təxirəsalınmaz ilkin həkim yardımı
4. Təxirəsalınmaz səriştəli həkim yardımı
5. Təxirəsalınmaz ixtisaslaşmış həkim yardımı
Həkiməqədərki yardım: Bu növ tibbi yardım orta tibb işçiləri (feldşer, tibb bacısı)
tərəfindən göstərilir. Bu yardım tibbi biliyə malik tibb işçiləri tərəfindən göstərildiyindən ilkin
ixtisaslaşmamış yardıma nisbətən bir qədər keyfiyyətli olur. Əgər xəstəyə, yaxud zərərçəkmiş
şəxsə heç bir yardım göstərilməyibsə, orta tibb işçisi ona həkiməqədərki yardım göstərir. Yaxud
xəsarət almış insanlara ilkin yardım göstərildiyi hallarda feldşer həmən yardım zamanı buraxılan
nöqsanları aradan qaldırır (məs. Esmarx kəmərini düzəldir, yaraya sarğını təzədən qoyur), onu
tamamlayır(ağrıkəsicilər, ürək-damar dərmanları yeridir və s.). Həmçinin lazımi hallarda xəstəyə
infuzion terapiya (venadaxilinə mayelərin köçürülməsi, məs. poliqlukin, hemodez və s.) aparılır.
İLKİN TƏXİRƏSALINMAZ HƏKİMƏQƏDƏRKİ YARDIM
Dostları ilə paylaş: |