Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə5/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   2   3   4   5   6   7   8   9   ...   108
Mövzu 1 1

     Predaqonal dövrdə-orqanizmin mühüm həyati funksiyalarının və mübadilə proseslərinin 

pozulmasından asılı olaraq meydana çıxan bir sıra əlamətlərlə xarakterizə olunur. Ümumi 

tormozlanma fonunda xəstənin huşu tez-tez itir və alaqaranlıq vəziyyətdə olur. Arterial təzyiq 

kəskin enir, təyin edilmir. Nəbz kəskin taxikardiya ilə müşaiyət edilir, sapvari olur, periferiyada 

deyil, yalnız magistral arteriyalar üzərində əllənir. Tənəffüs səthidir, tezləşib və təngnəfəslik 

qeyd edilir. Dəri kəskin avazıyır, kəskin akrosianoz müşahidə edilir. Bu dövrdə MSS-nin 

birincili (bilavasitə MSS-nin zədələnməsi nəticəsində-travma, qansızma, şişlər, meningit, 

ensefalit və s.) və ikincili (başqa sistemlərin fəaliyyətinin pozulması səbəbindən) zədələnməsi 

baş verir ki, bu da özünü klinik olaraq huşun yüngül tormozlanmasından tutmuş dərin koma 

halına qədər olan pozulması ilə göstərir və yüksək oyanıqlıq, eyforiya, qıcolmalarla müşaiyət 

oluna bilər.  

Qan dövranının pozulma dərəcəsi xəstəni ölüm vəziyyətinə salan patoloji prosesin növündən 

asılıdır. Bu isə əksər hallarda özünü arterial təzyiqin proqressiv enməsi, toxuma qan dövranının 

kəskin pozulması ilə biruzə verir. Qan dövranının bu cür pozğunluqları müxtəlif səbəblərdən-qan 

dövranının mərkəzi tənziminin pozulmasından, dövran edən qanın həcminin azlığından, ürəyin 

nasos funksiyasının pozulmasından, böyrəküstü vəzin funksional çatmazlığından və s. olur. 

Bütün bu pozğunluqlar üçün ümumi olan cəhət qan dövranı aparatının orqanizmi O2-ilə, 

energetik maddələrlə təchizinin kəskin azalması və toxumalardan (üzvlərdən) metobolizm 

məhsullarının tam çıxarılmamasıdır.  

Toxuma və üzvlərin O-ilə təchizinin pozulması orqanizmdə metobolik asidozun inkişafına səbəb 

olur. Metabolik asidoz hüceyrə membranının keçiriciliyini yüksəldir, hüceyrə öz funksional 

qabiliyyətini itirir. Sinir hüceyrəsi impuls göndərə bilmir, əzələ hüceyrəsi təqəllüs qabiliyyətini 

itirir, vəz hüceyrəsi sekret ifraz edə bilmir. Fermentlərin fəaliyyəti pozulur və xəstənin vəziyyəti 

proqressiv surətdə ağırlaşır.  

Predaqoniya zamanı elektrolitlərin kalium ionlarının miqdarının artması- hiperkaliemiya 

müşahidə edilir. Klinik olaraq bu özünü ətrafların paresteziyasının və zəif ifliclərin baş verməsilə 




göstərir. Həmçinin, ürək tonları karlaşır, hipotoniya, bradikardiya, elektrokardiaqrammada T 

dişinin yüksəlməsi və sıxılması, QRS kompleksinin genişlənməsi və P dişinin itməsi də 

xarakterikdir. Ağır hallarda mədəciklərin fibrilyasiyası və ürək fəaliyyətinin dayanması baş verə 

bilər. Terminal hallar həmişə qlükokortikoid hormonlara tələbatın artması, böyrəküstü vəzlərin 

isə bu tələbatı ödəyə bilməməsidir. Qlükokortikoid çatmazlığı miokardın yığılma qabiliyyətinin 

pozulması, katexolaminlərə həssaslığının azalması və s. ilə müşaiyət olunur. Hüceyrədaxili 

fermentlərin fəaliyyəti kəskin pozulur. Bu dövrdə toxumaların O2 ilə təchizatının kəskin 

pozulması, maddələr mübadiləsində baş verən dərin dəyişikliklər orqanizmdə üzvi turşuların 

(süd və piroüzüm turşusu) və karbon qazının toplanmasına səbəb olur.  

Predaqoniya dövrü uzandığı təqdirdə baş beynin ödemi, kəskin böyrək çatmazlığı, kəskin qara 

ciyər çatmazlığı, hemakoaqulyasiyanın pozulması və digər ağırlaşmalar inkişaf edir.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin