Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Xəstəxananın sahəsi 3 zonaya ayrılır



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə16/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   165
Tibb bacısının işi

Xəstəxananın sahəsi 3 zonaya ayrılır: 
1. müalicə binalarının zonası; 
2. təsərrüfat; 
3. yaşıl mühafizə zonası.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 14 
Xəstəxanaların tikilişində iki tərəfində, ən yaxşısı isə bir tərəfində otaqlar olan dəhliz sistemi əsas 
götürülür. Dəhlizin eni ən azı 2,2 m olmalıdır. Ümumiyyətlə, xəstələrin xəstəxanada təmiz havada 
olmaları üçün örtülü və açıq eyvanlar da nəzərdə tutulmalıdır.
Xəstəxananın əsas quruluş tərkibi bunlardır:qəbul şöbəsi, ixtisaslaşmış şöbələr və ya palatalar olan 
stasionar, yardımçı şöbələr:aptek, mətbəx, müdiriyyət üçün lazım olan otaqlar və digər yardımçı binalar. 
Müalicə müəssisələrinin rejimi 
Hər bir müalicə müəssisəsində müəyyən iş rejimi olur ki, xəstələrin tez sağalması üçün ən yaxşı 
şərait yaradılsın. Müalicə müəssisələrinin növündən asılı olaraq ambulatoriya və stasionar tipli rejimlər 
ayırd edilir
Həmçinin müalicə müəssisələrinin rejimi məqsədinə görə 2 qrupa ayrılır: 
1. ümumi rejim; 
2. müalicə rejimi.
Ümumi rejim:Müalicə müəssisələrinin ümumi rejimi aĢağıdakı elementlərdən ibarətdir: 
1. sanitariya rejimi; 
2. xəstələrin və tibbi heyətin şəxsi gigiyenası; 
3. daxili intizam qaydaları; 
4. xəstənin fərdi rejimi. Bu rejimin məqsədi xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla 
yanaşı, onlar üçün lazımi sanitar-gigiyenik şərait yaratmaqdır.
Qeyd etmək lazımdır ki, hər bir xəstəxana və ayrı-ayrı şöbələrinin öz profilinə uyğun xüsusi iş 
rejimləri olur. Belə ki, uşaq xəstəxanasının rejimi böyüklər üçün olan xəstəxananın rejimindən, həmçinin 
cərrahi şöbənin rejimi yoluxucu xəstəliklər şöbəsinin rejimindən fərqlənir. Eyni zamanda bir xəstəxananın 
öz daxilində müxtəlif şöbələrin də rejiminin fərqli cəhətləri olur. Həmçinin hər bir xəstəyə onun 
xəstəliyinə uyğun fərdi reji əyin oluna bilər.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin