Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə19/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   165
Tibb bacısının işi

Fiziki dezinfeksiya-fiziki üsullardan ən çox tətbiq olunanı qaynatmadır. Qaynatdıqda suya 2%-li 
natrium-bikarbonat məhlulu və ya sabun qatdıqda bakteriosid təsir güclü olur. Dəyişəyi 60-90 dəqiqə 
qaynatmaq və qarışdırmaq lazımdır. İnfeksion xəstələrin dəyişəyini 1 kq quru paltara 10 l məhlul hesabilə 
götürülmüş qaynar sabunlu-sodalı məhlula salır və 2 saat qaynadılr, bir neçə dəfə qarışdırır və sonra təmiz 
su ilə azı 3 dəfə yaxalayırlar. Dəyişəyi dezinfeksiya etməyin II üsulu qələvidə oynatma üsuludur:dəyişəyi 
0,5-1%-li kalsiumlaşdırılmış soda məhlulunda 6-12 saat isladır və sonra 1-1,5 saat dezinfeksiya çənində 
qaynadırlar. Çəni divara elə qoyurlar ki, bir hissəsi çirkli paltar, o biri hissəsi təmiz paltar şöbəsinə çıxır. 
Dezinfeksiya üçün su buxarından da istifadə olunur. O, parçanın içərisinə girib nəinki mikrobları, 
həmçinin onun sporlarını da tələf edir. Su buxarından xüsusi dezinfeksiya kameralarında və avtoklavda 
istifadə olunur.
Kimyəvi üsul-daha çox yayılıb. Bunun üçün müxtəlif kimyəvi maddələr:xlorlu maddələr (xlorlu 
əhəng, xloramin və s.), fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə olunur. Xlorlu əhəng-kəskin 
xlor iyi verən ağ tozdur. Təsiredici maddə xlordur. Dezinfeksiya üçün tərkibində 25% fəal xlor olan xlorlu 
əhəng işlədilir. O, tez parçalanıb fəallığını itirir, buna görə də onu qaranlıq, quru yerdə ağzı bağlı 
saxlamaq lazımdır. Quru xlorlu əhənglə nəcisi, irini, bəlğəmi dezinfeksiya edirlər. Zibil qablarını 
dezinfeksiya etmək üçün quru xlor qabın səthinin 1 m2-nə 1 kq hesabilə işlədilir. Zibil qablarını 3-10 
gündə 1 dəfə dezinfeksiya edirlər. Ləyənləri, döşəmə yuyulan əsgiləri, şotkaları yumaq üçün, vannaları 
silmək üçün 0,5-5%-li xlorlu əhəng məhlulu işlədilir. 1 kq xlorlu əhəng 10 l suya tökülür, emal vedrədə 
qarışdırılır, qapağı örtülür. 24 saat qaldıqdan sonra tənzifdən keçirilir, qara şüşəyə tökülüb ağzı möhkəm 
bağlanır, sərin yerə qoyulur. Təsir müddəti 5-6 gündür. Xlorlu əhəng məhlulları bağırsaq infeksiyalarında, 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin