Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə21/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   165
Tibb bacısının işi

 
STERĠLĠZASĠYA.
 
Dezinfeksiya patogen mikroorqanizmlərin məhvini nəzərdə tutursa, sterilizasiya göbələklər, viruslar, 
sporlar da daxil olmaqla bütün növ canlıların məhv edilməsini nəzərdə tutur.
Sterilizasiya, onun profilaktikada əhəmiyyəti:Hazırda mərkəzləşmiş sterilizasiyadan istifadə olunur. 
Bütün steril materiallar və xəstəxana ağları şöbəyə mərkəzi sterilizasiyadan gətirilir. Lakin buna 
baxmayaraq 1 dəfə işlənib atılan materiallar daha əlverişlidir. Bəzi şeyləri isə sterilizasiya etmək lazım 
gəlir. Məs:pinsetlər, sıxaclar və s.
Qabaqca sabunlu suda yuduqdan sonra kranın altında bir daha yuyur və distillə edilmiş və ya 2 dəfə 
qaynadılmış suda qaynadılır. Həmin suya natrium hidrokarbonat əlavə olunur. Bunları 30 dəqiqə 
arasıkəsilmədən qaynatdıqdan sonra sterilizasiya qurtarır. Kəsici alətləri soyuq üsulla sterilizasiya edirlər. 
2 saat 96%-li etil spirti məhlulunda saxlayırlar. Şprislər və iynələr başqa alətlərdən ayrı qaynadılır, 
həmçinin venaya istifadə olunan şpris və iynələr də ayrıca qaynadılmalıdır.
Peyvənd üçün istifadə olunan şpris və iynələr bir-birindən ayrı saxlanılır və sterilizə olunur. Şprisləri 
hissələrə ayırdıqdan sonra kranın altında, sonra isə qələvi məhlulunda yuyub saxlayırlar. İynələri 
mandrenlə təmizləyir, şprisdən 1%-li qələvi məhlul iynəyə vurulub yuyulur. Sonra qələvini təmizləmək 
üçün su ilə yaxalayırlar. Şüşə hissələr tənzifə bükülür, iynələrə mandrenləri taxırlar. İynələri tənzif salfetə 
bükürlər. Şprisləri elə qruplaşdırırlar ki, onların hissələri qarışmasın. Distillə olunmuş və ya qaynanmış 
suda 45 dəqiqə qaynadılır. Növbənin axırında sterilizator isti suda yuyulur, yaxşı qurudulur.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 18 
Rezin drenajları, kateterlər, habelə rezin əlcəklər avtoklavda sterilizə olunmalıdır. Əlcəkləri 2%-li 
xloramin məhlulunda 1-2 saat, süleymani məhlulunda 30 dəqiqə saxlayıb dezinfeksiya etmək olar. 
Əlcəkləri geydikdən sonra steril salfetka ilə qurudurlar və spirtlə silirlər. Sintetik materiallardan 
hazırlanmış borucuqları yaxşı yuduqdan sonra soyuq üsulla zərərsizləşdirirlər.
Tibb işçilərinin əllərinin işlənməsi-əlləri steril şotka ilə krandan axan ilıq suyun altında barmaqların 
ucundan dirsəyə qədər sabunla yuyur, steril salfet və ya dəsmalla qurulayırlar. Biləkdən yuxarıya doğru 
96%-li, yaxud 70%-li spirtdə isladılmış salfetlə işləyirlər, sonra barmaqların uclarını və arasını yodun 
10%-li məhlulu ilə sürtürlər. Əlləri sadə bir üsulla-serigel adlanan xüsusi bakteriosid maddələrlə yuyurlar. 
Bu dəri üzərində mikrob buraxmayan pərdə əmələ gətirir. Palata tibb bacısı iynə vurmağa hazırlaşanda 
əllərini bu iki üsuldan biri ilə yuyur.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin