Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Poliklinikalarin iĢi, tibb bacilarinin burada iĢ xüsusiyyəti



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə23/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   165
Tibb bacısının işi

Poliklinikalarin iĢi, tibb bacilarinin burada iĢ xüsusiyyəti.
Dispanserizasiya 
 
Poliklinika-ambulator tipli müalicə müəssisələrinə aiddir. Nisbətən ixtisaslaşmış tibbi müəssisə 
olub, tərkibində əsas ixtisaslar üzrə yardım göstərən həkim və kabinetlər olur. Poliklinikada xəstələri 
müxtəlif ixtisasdan olan həkimlər qəbul edir. Məs., cərrah, terapevt, nevropatoloq, okulist və s. Habelə 
burada laboratoriya analizləri, rentgenoloji və s müayinələr aparılır. Funksional diaqnostika, inyeksiya 
otağı, fizioterapiya otağı fəaliyyət göstərir. Poliklinikanın böyüklüyündən və xidmət etdiyi əhalinin 
sayından asılı olaraq daha dar ixtisaslı mütəxəsislər də olur:endokrinoloq, uroloq, ftiziatr və s. 
Poliklinikaya gələ bilməyən xəstələr həkimi evə çağırır. Həkim onları müayinə edir, yardım göstərir, 
məsləhət verir və müalicə yazır.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 20 
Poliklinikalar səhər saat 8-dən axşam 8-ə qədər işləyir. Poliklinikaya gələn xəstə qeydiyyat otağına 
müraciət edir. İlk dəfə gələn xəstəyə burada ambulator kitabçası açılır. Təkrar gələn xəstə qeydiyyat 
otağından kitabçasını götürür. Burada ona həkimin iş saatı, xəstənin növbə saatı, kabinetin nömrəsi 
yazılmış talon verilir. Sahə tibb bacısı sahə həkiminə xəstələri qəbul etməkdə kömək edir, sənədləri 
doldurur, xəstəni müayinə və müalicə olunması üçün başqa kabinetlərə göndərilməsi ilə əlaqədar bütün 
yazı işlərini görür, növbə talonu və başqa sənədlər verir, yüksək temperaturlu və ya digər ağır xəstələrin 
növbədən kənar qəbulunu təşkil edir, lazım gəldikdə xəstələrə ilk yardım göstərir və onları digər müalicə 
müəssisələrinədək müşayət edir. Həkim xəstələri qəbul edənədək tibb bacısı otağın normal temperatur 
rejimini təmin edir, təmizlənməsini təşkil edir. Müayinə zamanı lazım olan alətləri, dərmanları hazırlayır. 
Qəbula gələn xəstələrin ambulator kitabçalarını seçib ayırır.
Poliklinika tibb bacısı həm də patronaj işi aparır. Onlar ərazidə yaşayan xəstələrin dəqiq 
qeydiyyatını aparır, onların sənədlərini qaydaya salır, profilaktika işlərini vaxtlı-vaxtında aparılmasına 
nəzarət edir, xəstələrin patronajını həyata keçırır, xəstələri həkimin müayinəsinə çağırır, analızlər üçün 
göndəriş kağızı yazır.
Tibb bacısı müayinə işindən başqa infeksion xəstələrin və onlarla təmasda olan qohumların evində 
sanitariya-profilaktika işi də aparır, onları yoluxucu xəstələrlə davranış qaydaları ilə tanış edir.
Dispanser qeydiyyatda olan xəstələrin poliklinikaya vaxtında gəlməsinə nəzarət etmək
dispanserizasiyaya aid qeydiyyat-statistika işi aparmaq (müxtəlif qeydiyyat sənədlərinin pasport hissəsini 
doldurmaq, arayış, göndəriş yazmaq və s), dispanserizasiyadan keçirilmiş xəstələrin məişət və sanitar-
gigiyenik şəraitini yoxlamaq, xəstələrlə sanitar-maarif işi aparmaq, onlara fərdi profilaktika metodlarını 
öyrətmək, tuberkulin sınağı qoymaq, profilaktik peyvəndlər aparmaq da poliklinika tibb bacısının 
vəzifəsidir.
Sağlam insan ildə bir dəfə tibbi müayinədən keçməlidir ki buna dispanserizasiya deyilir. 
Dispanserizasiya-əhalinin sağlamlığının qorunmasına yönəlmiş tədbirlər kompleksi olub, xəstəliklərin 
profilaktikasını, xroniki xəstəliklərin vaxtında aşkar olunmasını, ağırlaşmaların, əlilliyin, erkən ölümlərin 
qarşısının alınmasını nəzərdə tutur. Dispanserizasiya zamanı terapevt və ixtisaslı həkimlər ərazidə yaşayan 
əhalini müayinə edir, müvafiq laborator-instrumental müayinələr aparır, insanların sağlamlığına qiymət 
verirlər. Düzgün aparılan dispanserizasiya bir çox xəstəlikləri erkən dövrdə aşkar etməyə kömək edir. 
Xüsusilə ürək-damar xəstəlikəri, endokrinoloji, onkoloji xəstəliklər, vərəm, müxtəlif xroniki xəstəliklərin 
vaxtında aşkar olunması xəstəliyin proqnozu və xəstənin həyatı baxımından çox vacibdir. Bir çox xəstələr 
müvafiq dispanserlərin nəzarətinə göndərilir (vərəm, endokrinoloji, zöhrəvi, nevroloji, onkoloji dispanser 
və s) . Digər xəstələr poliklinikada dispanser nəzarətə götürülür. Tibb bacısı bu xəstələrə patronaj nəzarət 
edir, onların sənədlərini qaydaya salır, vaxtlı-vaxtında həkim qəbuluna dəvət edir, laborator-instrumental 
müayinələr üçün göndəriş yazır. Xroniki xəstəliyi olan xəstələr tam müalicə olunub sağaldıqdan sonra 
dispanser qeydiyyatdan çıxarılır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin