Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə22/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 19 
MÖVZU 9 
 
XƏSTƏXANANIN QƏBUL ġÖBƏSĠ VƏ XƏSTƏLƏRĠ QƏBULU 
 
Qəbul şöbəsi xəstəxananın əhəməyyətli müalicə-diaqnostik şöbəsidir. Xəstəxana tək korpusludursa 
qəbul şöbəsi elə orada yerləşir. Çox korpuslu xəstəxanalarda qəbul şöbəsi korpuslardan birində yerləşir. 
Bəzən isə hər korpusda qəbul şöbəsi təşkil olunur.
Qəbul Ģöbəsi aĢağıdakı funksiyaları yerinə yetirir: 
-xəstələrin qəbulu və qeydiyyatı 
-xəstələrə baxış, ilkin müayinə, ekspress laborator-diaqnostika 
-təxirəsalınmaz ixtisaslaşmış tibbi yardım 
-tibbi sənədlərin yazılması 
-xəstələrin sanitar işlənməsi və şöbələrə daşınması 
Xəstəxananın qəbul şöbəsində qeydiyyat otağı, tibb bacısı postu, prosedura otaqları, həkim 
kabinetləri, diaqnostika kabinetləri, ekspress laboratoriya, bir neçə sanitar qovşağı, infeksion xəstələr üçün 
xüsusi bokslar, yardımçı otaqlar vəs vardır.
Tibb bacısı postu lap girişdə yerləşdirilir ki, daxil olan ağır xəstəni vəziyyətinə görə yönləndirə 
bilsin. Xəstələr xəstəxanaya başqa tibb müəssisələrindən göndərişlə, təcili yardım maşını ilə və ya sərbəst 
şəkildə daxil ola bilərlər. Burada onlar növbə ilə ilkin müayinə olunur, ehtiyac olarsa tibbi yardım 
göstərilir, sanitar işləmədən keçirilib müvafiq şöbələrə köçürülür. Bəzən ilk yardım göstərdikdən sonra 
xəstəni evə buraxırlar. İnfeksion xəstəliyə şübhə olduqda xəstə xüsusi infeksion boksda yerləşdirilir.
Xəstənin diaqnozunun dəqiqləşdirilməsi tələb olunan vəziyyətlərdə digər şöbələrdən ixtisas 
həkimləri dəvət olunur.
Ağır vəziyyətdə daxil olan xəstələr isə çox vaxt qəbul şöbəsində yubadılmadan, dərhal reanimasiya 
və ya cərrahiyyə şöbələrinə göndərilir.
Qəbul şöbəsinə müraciət edən hər bir xəstənin qeydiyyatı aparılır. Tibbi sənədləri tibb bacısı yazır. 
O, həmçinin, həkim təyinatlarını yerinə yetirir:xəstənin temperaturunu, təzyiqini ölçür, digər proseduraları 
yerinə yetirir.
Xəstəxanaya qəbul olunan xəstə üçü “xəstəlik tarixi” açılır, tibb bacısı onun titul vərəqini-pasport 
hissəsini də doldurur. Sonra xəstənin sanitar işlənmədən keçirilməsini təşkil edir, şəxsi əşyalarını qəbul 
edib qeyd edir, saxlama kamerasına verir və xəstənin müvafiq şöbəyə daşınmasına nəzarət edir.
Xəstəxanaların qəbul şöbəsi sutka ərzində fasiləsiz olaraq əhalitə tibbi yardım göstərir. Şöbənin 
divarında iş rejimi, işçilərin iş cədvəli və xəstələr üçün maarifləndirici plakatlar asılır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin