Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
24
Astenik tip-uzun və nazik ətraflar, barmaqların uzun və nazik olması, nazik skelet, boyun uzun, döş
qəfəsi dar, qabırğa aralarının enli olması, əzələ qatının zəif inkişaf etməsi, dərinin nazik olması əsas yer
tutur.
Hiperstenik tip-bədənin şaquli ölçülərinin üfüqi ölçülərə nisbəti azalmış olur. (Astenik tipin əksi ) .
Normostenik tip-astenik tiplə hiperstenik tip arasındakı orta vəziyyət.
Daha
sonra ətraflara,
oynaqlara, tənəffüsə fikir verilir. Əgər xəstə aktiv vəziyyətdədirsə, üzünün
ifadəsi normal, şüuru aydındırsa, onda xəstənin vəziyyəti kafidir. Orta ağırlıqda olan xəstə vaxtının
çoxunu yataqda keçirməyi üstün tutur, üzünün ifadəsi əzablı olur.
Ağır vəziyyətdə olan xəstə yataqda olur, şikayətləri və simptomlar geniş ifadə olunur.
Auskultasiya-bəzi orqan və sistemlərdə gedən fizioloji və patoloji proseslərin nəticəsində yaranan
səs fenomenlərini oyrənən müayinə metoduna deyilir. Auskultasiya aparmaq üçün ən geniş yayılmış
müayinə aləti fonendoskopdur. Auskultasiya ağ ciyərlərdə xırıltıları, küyləri, tənəffüsün növlərini, ürək
xəstəlikləri zamanı ürək yığılmalarının ritmikliyini, ürək tonlarını, küyləri öyrənir.
Palpasiya-əlləmə baxışla paralel aparılır, həkimin əlləri isti olmalı, həkim xəstənin sağında
durmalıdır. Palpasiya zamanı dərinin vəziyyəti (nəmliyi, elsatikliyi, turqoru) müəyyən olunur. Bundan
başqa ödemlər, əzələnin vəziyyəti, limfatik düyünlərin vəziyyəti, həmçinin sümüklərin, oynaqların, ağrılı
sahələrin, əyriliklərin, iri oynaqlar nahiyəsində dərialtı düyünləri də aşkar etmək olar.
Perkussiya-
döyəcləmə vasitəsilə daxili orqanların yerləşməsini aşkar edir. Bunun
üçün sol əli müayinə olunan
nahiyəyə sıx söykəyib, sağ əlin orta barmağının, son falanqasının yumşaq yeri ilə sol əlin orta barmağının
üçüncü falanqasına döyəcləyirlər.
Zərbələr eyni qüvvə ilə,
ritmik vurulur,
perkussiya vasitəsi ilə
orqanların sərhədlərinin dəyişib dəyişməməsini müəyyənləşdirir.
Dostları ilə paylaş: