Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
25
MÖVZU 12
ƏSAS LABORATOR VƏ ĠNSTRUMENTAL MÜAYĠNƏLƏRĠN
XARAKTERĠSTĠKASI. XƏSTƏLƏRĠN MÜAYĠNƏYƏ HAZIRLANMASI
Xəstələr xəstəxana şəraitində, poliklinikada müayinə edilirlər. Xəstə poliklinikaya gələ bilmirsə,
evdə həkim tərəfindən müayinə olunur. Xəstə müayinə edilərkən müxtəlif laborator müayinələrdən,
rentgenoloji və instrumental müayinədən də geniş istifadə olunur.
Laborator müayinə-bu zaman qan, nəcis, sidik və başqa ifrazatlar müayinə olunur. Qanın analizi
diaqnostikanın mühüm bölmələrindən biri olub, 3 əsas istiqamətdə aparılır:baktereoloji; biokimyəvi;
morfoloji.
Adətən ümumi analiz üçün barmağın ucuna xüsusi iynə (neştərçə) ilə 2-2,5 mm dərinliyə batırırlar,
birinci damcı silinir. Sonra müayinə üçün qan götürülür. Bu üsulla hemoqlobin, EÇS, leykositlər,
eritrositlər, trombositlər, qanın laxtalanması, qanın rəng göstəricisi təyin olunur. Qanı götürdükdən sonra
barmağı yenidən efirdə isladılmış pambıqla silirlər. İynə yerindən çıxan qana əşya şüşəsi 2-3 yerdən
toxundurulur, sonra bu damcılar birləşdirilir və şüşə üzərinə yığılır. Standart serumlarla qan qrupu təyin
edilir.
Biokimyəvi analiz üçün venadan 5-10 ml qan götürülür.
Baktereoloji müayinə üçün material steril şəraitdə götürülməlidir. Material laboratoriyaya tez
çatdırılmalıdır. Mümkün deyilsə, sərin yerdə saxlanılmalıdır, çünki bakteriyalar soyuğa dözümlüdürlər.
Əsnəkdən və burundan material steril tamponla götürülür. Yaxşı olar ki, materialın götürülmə və əkilməsi
arasında 5-6 saat vaxt keçsin.
Dostları ilə paylaş: