Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 13 MÖVZU 6 MÜALĠCƏ MÜƏSSĠSƏLƏRĠNĠN TĠPLƏRĠ. Ölkəmizdə xəstələrin müalicəsi ilə məşğul olan səhiyyə müəssisələri yerinə yetirdikləri vəzifələrinə
görə şərti olaraq iki əsas qrupa bölünür:ambulatoriya və stasionar tipli müalicə müəssisələri. Bəzi
müəssisələr həm ambulatoriya, həm də stasionar tipli müalicə ilə məşğul olurlar.
Ambulatoriya tipli müalicə müəssisələrində həm ora müraciət edən, həm də evdə olan xəstələr
müalicə olunurlar. Ambulatoriya tipli müalicə müəssisələri bunlardır:poliklinika, ambulatoriya, tibbi-
sanitariya hissələri, dispanser, təcili yardım stansiyaları, qadın məsləhətxanası, həkim məntəqəsi, feldşer-
mama məntəqələri və s. Ambulatoriyada əhaliyə əsas ixtisasdan olan həkimlər-terapevtlər, pediatrlar,
bəzən cərrah və ginekoloqlar yardım göstərir.
Ambulatoriya kiçik şəhər tipli qəsəbələrin, kənd yerləri əhalisinə, kiçik sənaye müəssisələri
işçilərinə yardım göstərmək məqsədilə yaradılır. Həkimlərin sayı beşdən çox olmur. Ştatı:həkim, feldşer,
mama, tibb bacıları, kiçik tibb işçiləri.
Poliklinikada müxtəlif ixtisasdan olan həkimlər əhaliyə yüksək səviyyədə xidmət göstərir. Bura,
həmçinin, xəstəyə düzgün diaqnoz qoymaq üçün hər cür tibbi avadanlıqla təmin edilmişdir.
Tibbi-sanitar hissələr iri sənaye müəssisələrində işləyən insanlara xidmət edən müalicə
müəssisəsidir. əsas vəzifəsi iş prosesində baş verən hadisələr zamanı xəstələrə yardım etmək, müalicə
etmək, profilaktika işləri aparmaqdır. Böyük tibbi-sanitar hissələrin nəzdində stasionar da var. İşçilər
gündüz işləyir, axşam stasionarda müalicə olunur, səhər yenidən işə gedirlər.
Fabrik və zavodlarda, kənd təsərrüfatı müəssisələrində tibb məntəqələri, feldşer-mama məntəqələri
var ki, bunlar da poliklinikalara və ya tibbi-sanitar hissələrə tabe olurlar. Poliklinikalar sahə prinsipi üzrə,
tibbi-sanitar hissələr sex prinsipi üzrə işləyir. Poliklinikanın yerləşdiyi ərazi sahələrə bölünür, hər sahədə
yaşayan əhaliyə xidmət göstərmək üçün həkim və tibb bacısı təyin olunur.
Dispanser-dar çərçivədə müəyyən xəstəlikdən əziyyət çəkən xəstələrə xidmət göstərən müalicə
müəssisəsidir. Məs., vərəm dispanseri vərəmli xəstələrin müalicəsi, profilaktika işləri, əhalinin
maarifləndirilməsi, peyvəndlərin, kütləvi flüroqrafiyanın aparılması və s işlərlə məşğul olur. Onkoloji,
psixonevroloji və s dispanserlər də müvafiq işlərlə məşğul olur.
Uşaq qadın məsləhətxanaları poliklinika və ya xəstəxanaların tərkibinə daxil olur, müalicə,
müşahidə və profilaktika işləri ilə məşğul olur.
Stasionar tipli müalicə müəssisələrində (hospital, klinika, sanatoriya, xəstəxana, doğum evləri)
müalicə xəstə bu müəssisələrdə yatdıqda aparılır. Həcmindən asılı olaraq xəstəxanalar respublika, vilayət,
şəhər, rayon və kənd xəstəxanalarına bölünür. Bundan başqa ümumi və ixtisaslaşdırılmış xəstəxanalar
vardır. Məs., uşaq, infeksion, psixiatrik, kardioloji və s xəstəxanalar.
Klinika-həstəxananın bir növüdür, burada müalicə ilə yanaşı tələbələrin tədrisi, elmi-tədqiqat işləri
aparılır.
Hospital-hərbçilərə, onların ailə üzvlərinə və təqaüddə olan hərbçilərə xidmət göstərir.
Sanatoriya-daha çox müalicənin tamamlanması ilə məşğul olur. Bu və ya digər xəstəliyin tam
müalicəsi əlverişli iqlim şəraiti, mineral sular, qaynaqlar olan sanatoriya və kurortlarda davam etdirilir.
Xəstəxana quruluşunun ümumi prinsipləri