Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə11/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   165
Tibb bacısının işi

Aeroterapiya-müalicə və profilaktika məqsədilə açıq havadan istifadə olunmasına deyilir. 
Aeroterapiya gəzinti, ekskursiya və idman oyunları və s. zamanı təmiz havanın təsirinə əsaslanır. Onun 
fizioloji sağlamlaşdırıcı təsiri orqanizmin daha çox oksigen alması, habelə bədənin soyuması effekti ilə 
əlaqələndirilir. Soyuğun təsiri uzunmüddətli və fasilələrlə ola bilər, lakin müntəzəm surətdə təkrar 
olunmalıdır. Buna hava vannaları da deyilir. Aeroterapiyaya istər-istəməz işıq şüalarının da təsiri olur. Bu 
cür proseduralara işıq vannası deyilir. Hava vannaları dərinin tənəffüsünü yaxşılaşdırır, onun 
reseptorlarını oyadır, çünki açıq havadakı temperatur həmişə dərinin üzərindəki temperaturdan aşağı olur. 
Havanın hərəkəti isə soyuducu təsiri artırır. Bütün bunlar mərkəzi sinir sisteminə, reflektor olaraq 
tənəffüs, ürək-damar sistemlərinin funksiyasına, əzələ tonusuna, maddələr mübadiləsinə təsir edir. 
Orqanizmin soyuğa müqavimətini artırır və beləliklə də bədəni möhkəmləndirir.
İnsan dərisi daim xarici mühitlə qarşılıqlı təmasda olur. Şaxtadan, isti və küləkdən, müxtəlif 
infeksiyalardan insanı yalnız sağlam və elastik dəri qoruyur. Dəri atmosferdə baş verən dəyişikliklərə daha 
tez cavab verir:soyuq havada məsamələr qapanır, istini xaricə buraxmır, istidə isə əksinə, məsamələri açıb, 
artıq istini xaric edir. Beləliklə, dəri orqanizmdə temperaturu tənzimləyir. Qırışmış, solğunlaşmış, tez-tez 
zədələnən dəri bu qiymətli xüsusiyyəti zəif yerinə yetirir. Müxtəlif üsullarla dərini massaj etməklə biz 
nəinki dərini qıcıqlandırır, həm də sinir sistemini də möhkəmləndiririk. Dəri sürtünmələri zamanı həm də 
əzələlər hərəkət edir və sinirlər qidalanır.
Əzələlər nə qədər tez-tez ritmiki hərəkət edərsə, sinirlər də bir o qədər sağlam və möhkəm olar. 
Deməli, bədənin massajı və müxtəlif dəri sürtünmələri bədəni möhkəmləndirmək üçün ən vacib 
proseduralardan sayılmalıdır. Sürtünmə zamanı insan müxtəlif vəziyyət alır. Bu cəhətdən özünüsürtmə və 
özünümassaj daha əhəmiyyətli sayılır. Çünki bu zaman həm də insan sanki idman hərəkətləri edir. Özünü 
massaj zamanı insanın aldığı müxtəlif vəziyyətlər daxili orqanlar üçün də sərfəlidir. Ürək və ağ ciyərlərə 
qan cərəyanı üçün yol açılır. Ətraflarda qan dövranı yaxşılaşır. Səhər massajı gündəlik yerinə yetirilərsə, 
daha yaxşıdır. Massaj yaş dəsmal və ya əlcəklə aparılır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin