Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə8/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 7 
MÖVZU 3 
 
SANALOGĠYANIN ƏSASLARI. ĠNSAN SAĞLAMLIĞININ QORUNMASINDA TĠBB 
ĠġÇĠLƏRĠNĠN ROLU VƏ VƏZĠFƏLƏRĠ 
 
Sağlamlıq yalnız canlı orqanizm üçün səciyyəvi olan anlayışdır. Sağlamlıq orqanizmin həyat və 
fəaliyyətinin normal keçən mərhələsini əhatə edir. Tibb işçilərinin əsas vəzifəsi insanin həyatının sağlam 
keçən dövrünü uzatmaqdan ibarətdir. Bunun üçün sağlamlığı və ona təsir edən faktorları öyrənmək 
lazımdır. Sağlamlığın öyrənilməsinə sanalogiya (sanus-sağlam, loqos-elm) deyilir. Sağlamlıq mütləq ifadə 
deyildir. Onun bir çox göstəriciləri vardır. Bu göstəricilər isə yüzlərlə insan üzərində aparılan müşahidələr 
nəticəsində qəbul edilmiş “norma”lardır. Təbabətdə istifadə olunan normal temperatur, arterial təzyiq
nəbz, tənəffüsün sayı, qanın tərkibi və s. göstəricilər müxtəlif qrup sağlam insanların statistik 
göstəricilərinə əsasən müəyyən edilmişdir. Lakin bu normativlər həmişə sağlamlığın göstəricisi ola 
bilməz. Yəni müəyyən göstəriciləri normadan fərqli olan insan da sağlam hesab edilə bilər. Məsələn, 
boyun uzunluğu, əqli keyfiyyətlər, əxlaqi keyfiyyətlər və s. ilə fərqlənən insanlar sağlam hesab edilə 
bilərlər.
Sağlamlıq dedikdə orqanizmin ən mükəmməl fəaliyyətinin və rahat yaşayışının mümkün olduğu 
vəziyyət başa düşülməlidir. Yəni sağlamlıq təkcə fiziki qüsurların və xəstəliklərin olmaması deyil, həm də 
tam fiziki, ruhi və ictimai rahatlıqdır. Sağlamlıq nisbi anlayışdır, çünki bu gün sağlam olan şəxslərin 
bədən quruluşunda, toxumaların kimyəvi tərkibində, orqan və sistemlərin fəaliyyətində bədənin fərdi 
xüsusiyyətləri və həyat tərzi ilə əlaqədar fərqlər ola bilər. Buna görə də sağlamlıq və xəstəlik haqqında 
çıxarılan nəticə nisbidir.
Sağlamlığın xəstəliyə keçməsinə səbəb ola biləcək çoxlu miqdarda faktorlar vardır. Bunlara risk 
faktorları deyilir. Bu faktorların bir çoxu ictimai-sosioloji vəziyyətdən və insanın həyat tərzindən asılıdır. 
Belə faktorların aradan qaldırılması idarə rəhbərlərinin və insanın öz üzərinə düşür. Məsələn, insan üçün 
normal iş və yaşayış şəraitinin yaradılması, iş və istirahət saatlarının düzgün növbələşdirilməsi, fiziki və 
zehni fəaliyyətin növbələşdirilməsi, düzgün həyat tərzinin keçirilməsi insanın özündən daha çox asılıdır.
İnsanın sağlamlıq dövrünün uzadılmasında sağlam həyat tərzinin formalaşmasının xüsusi rolu 
vardır. Bunu uşaq doğulan gündən onun valideynləri və tibb işçiləri həyata keçirirsə, insan yaşa dolduqca 
özü bilavasitə bu işdə məsuliyyət daşıyır. Uzun ömür sürmək və sağlam yaşamaq üçün insan özündə 
sağlam həyat tərzi formalaşdırmalıdır. Burada düzgün rejim, qidalanma, normal yuxu, iş və həyat 
şəraitinin yaradılması, idmanla məşğul olmaq, zərərli adətlərdən (spirtli içkilər, siqaret və s. ) kənar olmaq 
xüsusi rol oynayır. İnsan öz həyat və fəaliyyəti dövründə orqanizmin sağlamlığına nəzarət etməlidir. 
Lakin, insan ətraf mühitdən təcrid olunmuş deyil, yəni onun həyatının yarısı cəmiyyətdə insanlar arasında, 
ictimai şəraitdə keçir. Ona görə də bir sıra faktorlar insanın özündən asılı olmayaraq sağlamlığa təsir edir. 
Elə risk faktorları vardır ki, onları bilavasitə tibb işçilərinin köməyi ilə aradan qaldırmaq olar. İnsan 
sağlamlığının keşiyində dayanan tibb işçiləri xəstəliklərin vaxtında və fəsadsız sağalmasına çalışdıqları 
kimi, həm də insanın xəstələnməməsinə şərait yaratmalıdır.
İnsanın sağlam həyatını uzatmaq və xəstəliklərin qarşısını almaq üçün Beynəlxalq Səhiyyə Təşkilatı 
tərəfindən müxtəlif profilaktika və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirlərin həyata 
keçirilməsində əsas vəzifə profilaktik və sağlamlaşdırıcı tibb müəssisələrinin, onların işçilərinin üzərinə 
düşür. Profilaktika dedikdə baş verə biləcək xəstəliyin müəyyən yollarla qarşısının alınması başa düşülür. 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin