Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


MÖVZU 56 ġÜA XƏSTƏLĠYĠ, SUDA BATMA, BOĞULMA, ELEKTROTRAVMA



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə4/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   165
Tibb bacısının işi

MÖVZU 56 ġÜA XƏSTƏLĠYĠ, SUDA BATMA, BOĞULMA, ELEKTROTRAVMA.
MÖVZU 57 ĠLDIRIMDAN NECƏ QORUNMALI? 
MÖVZU 58 ONKOLOGĠYA HAQQINDA ANLAYIġ 
MÖVZU 59 ĠLTĠHAB HAQQINDA ANLAYIġ 
MÖVZU 60 YANIQLAR ZAMANI ĠLK TĠBBĠ YARDIM 
MÖVZU 61 TERMĠNAL VƏZĠYYƏTLƏR. REANĠMASĠYA TƏDBĠRLƏRĠ 
MÖVZU 62 AĞIR VƏ CAN VERƏN XƏSTƏLƏRƏ QULLUQ. MEYĠTLƏ DAVRANIġ 
 
 
 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 3 
MÖVZU 1 
 
SAĞLAM HƏYAT TƏRZĠNĠN 
FORMALAġMASI, XƏSTƏLĠKLƏRĠN PROFĠLAKTĠKASI 
Orqanizmin normal inkişafını, sağlamlığını, yüksək əmək qabiliyyətini, nəhayət, uzun ömürlülüyünü 
təmin etmək üçün sağlam həyat tərzinin formalaşması vacibdir. Sağlam həyat tərzinin formalaşması 
səhiyyənin ən əsas vəzifələrindən biri olub, həyatın ilk günlərindən buna fikir verilməlidir. Çünki erkən 
yaşlardan uşaqda sağlam həyat tərzi formalaşmalıdır. Bu yaş dövründə əsas məsuliyyət səhiyyə işçilərinin 
və valideynlərin üzərinə düşür. Yetkin dövrdən sonra isə insan özü bilavasitə özündə bu həyat tərzini 
inkişaf etdirir. 
Sağlam həyat tərzi dedikdə düzgün rejim və vaxtında rasional qidalanma, normal əmək və yaşayış 
şəraiti, normal yuxu, idman məşğələləri və pis adətlərdən kənar olmaq nəzərdə tutulur. Alimlər belə 
nəticəyə gəlmişlər ki, insan həyatı xarici və daxili amillərin mürəkkəb qarşılıqlı münasibətindən və 
bunların vəhdətindən ibarətdir. İnsan özü də orqanizmə təsir edən mənfi amilləri aradan qaldırsa, ömrünün 
uzanmasına və bədəninin sağlam olmasına nail ola bilər. 
Sağlam həyat tərzinin tərkib hissələrindən biri düzgün və rasional qidalanmadır. Uşaq dünyaya 
gəldiyi gündən onun qidalanmasına xüsusi fikir verilməlidir. Həyatın müəyyən dövrlərindən asılı olaraq 
qida rasionu müəyyən edilməlidir. Rejimsiz, birtərəfli, keyfiyyətsiz qida qəbulu mədə-bağırsaq 
fəaliyyətinin pozulmasına, orqanizmin zəifləməsinə və xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qidanın 
zülal, yağ, karbohidratlar, minerallar və vitaminlərlə zəngin olması əsas faktordur. 
Çox yemək piylənməyə, orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur. Sağlam həyat tərzinin 
formalaşmasında düzgün rejimin, fəal və passiv fəaliyyətin növbələşdirilməsinin, fiziki və zehni 
fəaliyyətin bir-birini əvəz etməsinin də böyük əhəmiyyəti vardır. Əgər insan zehni işlə məşğul olursa, o, 
mütləq asudə vaxtını daha çox aktiv fəaliyyətə sərf etməlidir. Yəni daha çox idmanla məşğul olmalı, 
gəzməlidir. Fiziki əməklə məşğul olanlar isə asudə vaxtlarında passiv fəaliyyətə daha çox üstünlük 
verməlidirlər. 
İnsan ətraf mühitdən təcrid olunmuş deyildir. Həyatın çox hissəsi cəmiyyət arasında ictimai şəraitdə 
keçir. Ona görə də normal əmək şəraitinin yaradılması sağlamlığın ümdə şərtlərindən biridir. Insanın 
məişət şəraitinin də sağlamlıqda rolu təkzibedilməzdir. Müxtəlif məişət qayğıları, narahat yaşayış işdən 
sonrakı asudə vaxtın düzgün keçirilməməsinə səbəb olur. Normal və dərin yuxunun olması da sağlamlığın 
əsas şərtlərindəndir. Yuxu bütün canlılar üçün fizioloji proses olub, insanın sağlam və uzun ömürlü 
olmasında mühüm əhəmiyyət kəsb edir. Yuxusuzluq insana aclıqdan da pis təsir edir. Bu yaşayış 
tərzindən, sənətdən, orqanizmin ümumi vəziyyətindən və yaşdan asılıdır. Yeni doğulmuş uşaq sutkada 21 
saat, 14-15 yaşlarda 9 saat, yaşlı adamlar isə 7-8 saat yatmalıdır. İdman məşğələləri sağlam həyat tərzinin 
əsas tərkib hissəsidir. İdman həm sağlamlığın qorunmasında, həm də xəstəliklərin müalicəsində əsas 
dərman sayıla bilər. Bədən tərbiyəsi və idmanın köməyi ilə bədən möhkəmlənir, orqanizmdə maddələr 
mübadiləsi tənzimlənir. Bir sözlə, idmanla bütün orqanların normal fəaliyyətini tənzim etmək olar.
Ümumiyyətlə, idman növləri növbələşdirilməlidir. Çünki hər bir idman növü bu və ya digər orqanın 
fəaliyyətinə daha çox kömək edir. Həmçinin idmanın növü əmək fəaliyyətinin növündən asılı olaraq 
seçilməlidir. Ağır fiziki əməklə məşğul olan adam asudə vaxtını zehni idmana və əksinə, zehni əməklə 
məşğul olan isə aktiv idmana üstünlük verməlidir. Ən yaxşı idman növü isə yerişdir. Çünki bu zaman 
demək olar ki, bədəndə olan əzələlərin 80-90%-i hərəkət edir. İdman həm də insanda əhval-ruhiyyənin 
yüksəlməsinə səbəb olur. Gündəlik profilaktik gimnastika, səhər qaçışı, axşam gəzintisi və s. insanın həyat 
tərzinin tərkib hissəsi olmalıdır. 
Pis vərdişlərdən kənar olmaq, əsasən də siqaret və alkoqollu içkilərdən çəkinmək sağlam həyat üçün 
vacibdir. Bilirik ki, qəbul olunan alkoqolun əsas hissəsi qana sorularaq toxumalarda gedən bioloji 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin