Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə5/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 4 
prosesləri pozur. Tütün bir sıra orqanlara, xüsusilə də tənəffüs, mədə-bağırsaq sisteminə qıcıqlandırıcı 
təsir göstərərək bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Insanda sağlam həyat tərzini 
formalaşdırmaq, xəstəliklərin qarşısını almaq istiqamətində Beynəlxalq Səhiyyə Təşkilatı müxtəlif 
profilaktik və sağlamlaşdırıcı tədbirlər həyata keçirir. 
Profilaktika dedikdə baş verə biləcək xəstəliyin müəyyən yollarla qarşısının alınması başa düşülür. 
Xəstəliklərin profilaktikası səhiyyə işçilərinin ən əsas vəzifələrindən biridir. Profilaktik iş əsasən 
poliklinika işçilərinin vasitəsi ilə həyata keçirilir. Ambulator- poliklinika müəssisələrində profilaktik iş 
əsasən aşağıdakı istiqamətlərdə aparılır:dinamik tibbi müşahidə və nəzarət, terapevtik və ixtisaslaşmış 
həkimlər tərəfindən aparılan kompleks müayinələr, dispanser müşahidələr, epidemiya əleyhinə tədbirlər, 
profilaktik peyvəndlər aparılması. Poliklinikalarda sahə həkimi əsasən insanların sağlamlığına, 
xəstəliklərin vaxtında aşkara çıxarılması və qarşısının alınmasına nəzarət edir. Bu, xüsusilə, uşaq 
müəssisələrində yaxşı təşkil edilməlidir. Uşaq yaşından asılı olaraq ayda 1 dəfə həkim müayinəsindən 
keçirilməlidir, onun qidalanmasına, fiziki inkişaf göstəricilərinə fikir verilməli, yaşa uyğun profilaktik 
peyvəndlər edilməlidir. Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə aparılan epidemiya əleyhinə 
tədbirlərə xüsusi fikir verilməlidir. Xüsusilə də uşaq müəssisələrində və ictimai iaşə müəssisələrində tez-
tez dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmalıdır. Bəzi həyat üçün təhlükəli olan və 
tez yayılan xəstəliklərə qarşı profilaktik peyvəndlər olunmalıdır. Bunun üçün Beynəlxalq Səhiyyə 
Təşkilatı tərəfindən xüsusi peyvənd təqvimi tərtib olunmuşdur. Bütün dünyada həmin təqvimə müvafiq 
olaraq profilaktik peyvəndlər aparılır:Məsələn:vərəm, poliomielit, göy öskürək, difteriya, tetanus, qızılca 
və s. xəstəliklərə qarşı aparılan peyvəndlər nəticəsində bu xəstəliklərin qarşısı alınmış, bəziləri isə 
tamamilə ləğv edilmişdir. 
Əhali arasında sanitar maarifi təbliğatın da xəstəliklərin profilaktikasında xüsusi rolu var. Bu iş 
əsasən əhalinin çox cəmləşdiyi ictimai yerlərdə söhbətlər aparmaq, müxtəlif sanitar vərəqələri yaymaqdan 
ibarətdir. Həmçinin məktəblərdə məktəb həkimi və tibb bacısı tərəfindən müxtəlif sanitar maarifi dərsləri 
keçirilir.
Mövsümi xəstəliklər, onlardаn qorunma yolları şagirdlərə izah edilir. Tibbi müəsisələrdə xüsusi 
təbliğat xarakterli plakatlar, vərəqələr tətbiq olunur. İri müəssisələrdə işçilərin vaxtaşırı həkim 
müayinəsindən keçirilməsi də xəstəliklərin profilaktikası və vaxtında aşkar edilməsi istiqamətində çox 
əhəmiyyətlidir. 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin